Mustafayev Elvin Museyib oğlu Müəssisə iqtisadiyyatın əsas subyekti kimi



Yüklə 164,8 Kb.
səhifə15/39
tarix18.07.2022
ölçüsü164,8 Kb.
#62812
1   ...   11   12   13   14   15   16   17   18   ...   39
Mustafayev-Elvin

«Kaspi-Yıldız» Azərbaycan-Türkiyə birgə müəssisəsi, 1996-cı ildə yardılıb. «Kaspii-Yıldız» Azərbaycanda yanğından mühafizə sursatının hazırlanması və doldurulması ilə məşğul olan yeganə müəssisəsidir. BM «Azərbaycan Hava Yolları», «Azpetrol», «Xəzər Dəniz Gəmiçiliyi», «Kaspian-Trans», «Lukoyl «Koka-Kola», «Azersel», «Baksel» kimi şirkətlərlə sıx əməkdaşlıq edir. «Kaspi-Yıldız»ın məhsulları Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüstan bazarlarında da özünə yol tapıb.
«MKT» İstehsalat Kommersiya MMC, 23 oktyabr 2002-ci ildə yaradılıb. Şirkət son beş il ərzində pambıq becərilməsi və yüksək keyfiyyətli mahlıc emalı ilə məşğul olub. Məhsulun 90 faizi dünyanın müxtəlif ölkələrində ixrac olunur. Şirkət həmçinin pambıq məhsulunun tullantılarını xarici bazarda satır. İldə hər növ tullantıdan 2000 ton ixrac edilir. Firma həm də pambıq ipliyi əyirmək və parça toxumaqla məşğul olur. Texniki pambıq çiyidindən hər il 2000 ton təmizlənmiş (iaşə) yağı alınır ki, Türkiyədə və digər ölkələrdə ona böyük tələbat vardır.
«Bakelektroştamp» ATSC, 2002-ci ildə yaradılıb. «Bakelektroştamp» zavodu yarandığı vaxtdan avadanlıq və mexanizmlər üçün yüksək keyfiyyətli detallar, alətlər buraxmaq, habelə Azərbaycanın maşınqayırma sənayesi müəssisələrinin texnoloji təchizatını təmin edir. «Bakelektroştamp» Rusiya, Ukrayna, Moldova, Gürcüstan müəssisələri üçün sifarişləri yerinə yetirir. Bu gün ATSC–nin Türkiyədə nümayəndəliyi fəaliyyət göstərir. Rusiya, Ukrayna və Gürcüstanda da nümayəndəliyin açılması planlaşdırılır.
«Badamlı Mineral Sular» Zavodu, 1947-ci ildən fəaliyyətdədir. Mineral su istehsalı ilə məşğuldur. Müəssisənin məhsulları Respublikadan başqa Rusiya Federasiyasında satılır.
Bakı «BAKFEM» müəssisəsi, 1996-cı ildə yaradılıb. BAKFEM 20-dən çox ölkənin iri firmaları ilə əməkdaşlığı stabil qaydada inkişaf etdirir.
«Şəmkir Şərab-1» ATSC, 1998-ci ildən fəaliyyətə başlamışdır. Bu şərablar Azərbaycanın dilbər güşəsi olan Şəmkir və İsmayıllı rayonları ərazisində dağətəyi zonada yerləşdirilmiş Mədrəsə, Tavkveri, Bayanşirə və Rkasiteli üzüm sortlarından hazırlanmışdır. «Şəmkir ağ süfrə şərabı», «Şəmkir-qırmızı kəmşirin süfrə şərabı», «Fitnə-qırmızı kəmşirin süfrə şərabı», «Şəmkir-qırmızı süfrə şərabı», «Ömər-Xəyyam-qırmızı kəmturş süfrə şərabı», məhsulları Alman texnologiyasına əsasən hazırlanır. Kompaniyanın məhsulları Avropanın əksər ölkələrinə, Rusiyaya və s. ixrac olunur.
«Miri Pak» sənaye və ticarət şirkəti, 1996-cı ildə yaradılıb. «Miri Pak» Azərbaycanda ilk özəlləşdirilmiş zavodlardan biridir. Abşeron yarımadasının əlverişli iqlim şəraitində yetişdirilmiş məhsullar təbii şirələrin, kompotların, mürəbbə, cem və povidlaların, sousların keyfiyyətini təmin edir. Şirkət öz məhsullarını Rusiyaya, Ukraynaya, Moldovaya, Belarusa, Baltikyanı ölkələrə, qismən Avropa, İsrail, Kanada və ABŞ-a ixrac edir.

Yüklə 164,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin