2005- 2013 –cü illərdə Azərbaycanda sənaye məhsulları istehsalının strukturu və dinamikası. (Milyon manatla).
|
2005
|
2010
|
2013
|
2013 cü il 2005 ə nis. %-lə
|
Bütün sənaye:
dövlət sektoru
özəl sektor
|
9309
2737
6572
|
27978
5578
22403
|
33898
6397
27501
|
364.1
233.7
418.5
|
Mədənçıxarma sənayesi:
xam neft və təbii qaz hasilatı
|
5673
5370
|
20862
20199
|
24655
23658
|
434.6
440.6
|
Emal sənayesi:
qida məhsullarının istehsalı
içki istehsalı
|
3073.1
1094.5
72.5
|
5735.7
1924.6
170.2
|
7243.8
2516.2
207.7
|
235.7
229.9
286.5
|
Tütün məmulatlarının istehsalı
|
30.5
|
22.3
|
13.1
|
43.0
|
Toxuculuq sənayesi
|
34.8
|
29.4
|
51.2
|
147.1
|
Geyim istehsalı
|
16.3
|
34.7
|
40.0
|
245.4
|
Ağac emalı və ağacdan məmulatların hazırlanması
|
9.6
|
12.1
|
15.1
|
157.3
|
Neft məhsullarının istehsalı
|
836.8
|
2160.6
|
2434.2
|
290.9
|
Kimya sənayesi
|
198.3
|
120.3
|
200.3
|
101.0
|
Rezin və plastmas məmulatları istehsalı
|
23.5
|
43.3
|
74.0
|
314.9
|
Tikinti materialları istehsalı
|
135.4
|
452.2
|
390.2
|
288.2
|
Mebel istehsalı
|
17.5
|
51.5
|
43.9
|
250.9
|
Maşın və avadanlıqların istehsalı
|
32.8
|
151.2
|
151.5
|
461.9
|
Metallurgiya sənayesi
|
271.9
|
135.2
|
305.2
|
112.2
|
Cədvəldən göründüyü kimi, 2005 – 2013- cü illərdə sənaye məhsullarının istehsalı ümumilikdə 3.6 dəfə artmışdır. O cümlədən, dövlət sektoru üzrə 2.3 dəfə, özəl sektor üzrə isə 4.2 dəfə artım olmuşdur. Göründüyü kimi, sənaye məhsulu istehsalı nın artım tempi özəl sektorda daha yüksək olmuşdur. Baxılan dövrdə sənaye məhsulunun strukturunda da ciddi dəyişikliklər baş vermiş, ayrı – ayrı məhsullar üzrə artım tempi müztəlif olmuşdur. Mədənçıxarma sənayesində 4.3 dəfə, emal sənayesində isə 2.4 dəfə artım baş vermişdir. Emal sənayesində içki istehsalının artım tempi qidq məhsullarına nisbətən daha yüksək olmuşdur. Sənaye məhsullarının strukturunda yüksək artım tempi maşın və avadanlıqların istehsalı (4.6 dəfə), rezin və plastmas məmulatları istehsalında (3.1dəfə), tikinti materialları istehsalında (2.9 dəfə) müşahidə olunmuşdur. Bu dövrdə tütün məmulatlarının istehsalında 2 dəfədən çox azalma baş vermişdir. Göründüyü kimi ölkənin sənaye sahəsinin müəssisələrinin biznes fəaliyyətində yüksək inkişaf meylləri müşahidə olunur.
Müəssisələrinin biznes fəaliyyətinin inkişafı onların xarici ticarət fəaliyyəti ilə də əlaqədardır. Belə ki müəssisələrin xarici bazarlarda fəaliyyəti onların rəqabətqabiliyyətliliyini və səmərəli biznes fəaliyyətini xarakterizə etməklə yanaşı ümumilikdə ölkə iqtisadiyyatının rəqabətqabiliyyətliliyinin formalaşmasını təmin edir.
Müasir dövrdə dünya iqtisadi sisteminə inteqrasiya ölkənin potensial inkişafının mütləq şərti hesab olunur. Xarici ticarətin inkişaf strategiyası idxal və ixrac arasında optimal nisbətin tapılmasına və bu əsasda iqtisadi artıma nail olunmasına istiqamətlənmişdir. Bu baxımdan müəssisələrin biznes fəaliyyəti ölkənin xarici ticarət dövriyyəsini, onun strukturunu və dinamikasını formalaşdırır. 1995 – 2013 -cü illərdə Azərbaycanda xarici ticarət dövriyyəsinin dinamikasını 2.2. saylı cədvəldə nəzərdən keçirək.
Cədvəl 2.2.
1995-2013-cü illərdə Azərbaycanda xarici ticarət
dövriyyəsinin dinamikası
(Mln ABŞ dolları)
Dostları ilə paylaş: |