Mustafayev Elvin Museyib oğlu Müəssisə iqtisadiyyatın əsas subyekti kimi



Yüklə 164,8 Kb.
səhifə16/39
tarix18.07.2022
ölçüsü164,8 Kb.
#62812
1   ...   12   13   14   15   16   17   18   19   ...   39
Mustafayev-Elvin

«Sabirabad konserv» ATSC, 25 mart 1998-ci ildə yaradılıb. Konserv məhsulları, satışı və qanunla qadağan olunmamış digər fəaliyyət növləri. Hazırda müəssisə təbii nar şirəsi, narşərab, nar ekstraktı, tomat pastası, müxtəlif turşular buraxılır. Məhsul daxili bazarda satılır və Rusiya, Ukrayna, Belarus respublikalarına ixrac edilir.
«RDR» firması, 5 may 1997-ci ildə yaradılıb. Firma ekoloji cəhətdən təmiz müxtəlif təbii şirələr, kompotlar, mürəbbə, cem, povidla, quru meyvə və tərəvəz kürüsü istehsal edir. Məhsul əsasən Rusiya, Ukrayna, Belarusa ixrac edilir.
«Nur-M» firması 6 sentyabr 1999-cu ildə yaradılıb. Konservləşdirilmiş tərəvəz, habelə biskvit və makaron istehsalı. Müəssisə tomat pastası, vermişel, tərəvəz konservləri istehsalı üzrə ixtisaslaşıb. Azərbaycandan kənarda-Ukrayna, Gürcüstan və Rusiyada müəssisənin məhsullarına tələbat vardır.
«Kenmak Medikal» MMC, 2002-ci ildə yaradılıb. «Kenmak Medikal» Azərbaycanda yüksək keyfiyyətli tibbi avadanlıqların və tibb obyektləri üçün mebellərin istehsalı və satışı üzrə ixtisaslaşmışdır. «Kenmak Medikal» zavodunun əsas təsisçisi tibb sahəsində 15 ilə yaxın fəaliyyət göstərən və Avropa standartlarına uyğun müasir tibb avadanlığının istehsalında liderlərdən biri olan məşhur Afrika «Kenmak» türk istehsalçısıdır. «Kenmak»ın məhsulları Avropa, Asiya ölkələrinə müvəffəqiyyətlə ixrac olunur.
«Əliyev & Ko» İKŞ, 1993-cü ildə yaradılıb. «Əliyev & Ko» istehsalat kommersiya şirkəti ticarət və məişət xidmətləri sferası-(kafelər, restoranlar, mehmanxanalar və sair) üçün nəzərdə tutulmuş və sahədə istifadə olunan avadanlıqların istehsalı, idxarı, satışı və təmir olunması sahəsində fəaliyyət göstərir. Eyni zamanda müəssisədə tnşaat materialları, həmçinin təbii kirəmit dam örtükləri və penoplast istehsal olunur. Hal-hazırda müəssisədə daxili bazarda olduğu kimi xarici bazarlarda satılan 30 müxtəlif adda məhsul istehsal edilir. Müəssisə, 20-dən çox ölkə ilə ixrac – idxal əməliyyatları aparır. Müəssisəmiz bir çox ölkələrin, o cümlədən Rusiya, Ukrayna, Qazaxıstan, Türkmənistan, İran, Türkiyə, Fransa, Almaniya və digər dövlətlərin müəssisə və şirkətləri ilə iqtisadi partnyorluq əlaqələri yaratmışdır.

Yüklə 164,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin