Məktəbtəhsili. 1993-cü ildə Almaniyada 12,2 milyon məktəblinin təhsil aldığı və 772600 (tam ştatlı) müəllimin işlədiyi 52400 məktəb qeydə alınmışdır. Əsas qanun hər bir vətəndaşa öz şəxsiyyətini azad surətdə inkişaf etdirmək və öz qabiliyyət və maraqlarına uyğun olaraq məktəbi, təhsil yerini və peşəni seçmək hüququ verir. Təhsil siyasətinin məqsədi hər bir insana öz maraqlarına cavab verən hazırlıq keçmək imkanı verməkdən ibarətdir. Təhsil siyasətinin əsas istiqamətlərindən biri gənclərin demokratik dövlətdə məsuliyyət daşımağa hazır olan müstəqil vətəndaşlar kimi tərbiyə edilib yetişdirilməsidir. Sənayecə inkişaf etməsinə baxmayaraq, xammal cəhətdən yoxsul olan Almaniya yüksək peşəkarlığa malik olan mütəxəssislərsiz keçinə bilməz. Məhz buna görə də dövlət təhsilə böyük məbləğdə pul vəsaitləri ayırır. 1994-cü ildə bütövlükdə ölkə üzrə büdcədən orta və ali məktəblərə, məktəbli və tələbələrə göstərilən maliyyə yardımları da daxil olmaqla 151,9 milyard marka vəsait ayrılmışdır.