Мустягил тящсил сийасяти



Yüklə 303,5 Kb.
səhifə17/37
tarix02.01.2022
ölçüsü303,5 Kb.
#2467
1   ...   13   14   15   16   17   18   19   20   ...   37
İcbari məktəb təhsili. İcbari məktəb təhsili 6 yaşdan 18 yaşına qə­dər olan uşaqları əhatə edir, yəni 12 il üçün nəzərdə tutulmuşdur. İcbari ümumi orta təhsil haqqında maddəni yerinə yetirmək üçün 9 il (bəzi əyalətlərdə 10 il) ərzində tam tədris həftəli məktəbi, daha sonra isə texniki-peşə məktəbini başa vurmaq lazımdır. Bütün dövlət mək­təblərində təhsil pulsuzdur. Məktəblilərə dərs vəsaitləri də qismən pul­suz verilir. Bəzən belə vəsaitlər müvəqqəti istifadə üçün verilir. Dərs və­saiti alarkən, valideynlərin gəlirindən asılı olaraq, bəzi şagirdlər on­ların qiymətlərinin bir hissəsini ödəməli olurlar.

Əsas qanuna görə ilahiyyat adi fəndir, bu halda yalnız qeyri-ila­hiyyat məktəblər istisna təşkil edir. Əsas qanuna görə, bu fənnin təd­ris edilib-edilməməsi haqqında qərarı valideynlər qəbul edirlər. Əya­lət qanunvericiliyi ilə başqa bir hal nəzərdə tutulmayıbsa, mək­təbli 14 yaşına çatdıqda, bu fənnin öyrənilib-öyrənilməməsi haqqında özü qərara gəlir. Dini istiqamətli, yəni bütün fənnlərin yalnız dini inanc əsasında qurulduğu məktəblər isə artıq öz əhəmiyyətini itir­miş­lər. Əyalətlərin əksəriyyətində ümumxristian məktəbləri mövcuddur. Bu məktəblərdə ilahiyyat bu və ya digər dini inanca müvafiq surətdə tədris edilir.

Bir qayda olaraq, oğlanlar və qızlar birlikdə oxuyurlar.

Əsas qanunda, müstəqil təsisçilər tərəfindən məktəblərin yara­dıl­ması və saxlanılması hüququna təminat verilir. Əgər bu xüsusi mək­təblər dövlət məktəblərinin əvəzində yaradılırlarsa, onların təsisi üçün dövlətin razılığı tələb olunur. Yalnız əyalətin səlahiyyətli dövlət or­qan­ları tərəfindən tanındıqdan sonra bu məktəblər imtahan qəbul et­mək və orta təhsil haqqında şəhadətnamə vermək səlahiyyəti əldə edirlər. Müstəqil təsisçilər tərəfindən yaradılan məktəblər təhsil sfe­rasında dövlət xidmətlərinin rəngarəngliyini artırır və buna görə də əyalətdən maliyyə dəstəyi alırlar. Getdikcə daha çoxları belə məktəb­lərdə oxumağa üstünlük verirlər. 1994/95-ci tədris ilində belə məktəb­lərin sayı 2082, bu məktəblərdəki şagirdlərin sayı isə 470000 nəfər olmuşdur. “Xüsusi” məktəb şagirdlərinin 44%-i gimnaziya, 13%-i “Val­dorf ad. məktəb”lərin, 10%-i isə əqli cəhətdən geri qalan və şikəst uşaqlar üçün olan məktəblərin şagirdləridir.




Yüklə 303,5 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin