Şotlandiya təhsil sistemi barədə qeydlər. Şotlandiyada bu sertifikatlara (GCSE) uyğun gələn Şotlandiyanın təhsil sertifikatıdır (GCE). Bu sertifikatı almaq üçün imtahanlar iki mərhələdə keçirilir. 16 yaşdan yuxarı tələbələrə standart sertifikat, 17 və 18 yaşından yuxarı olanlara yüksək attestat verilir. Bundan əlavə, 6 illik təhsil sertifikatı da vardır ki, bu müəyyən fənnlər üzrə yüksək səviyyədə imtahan vermiş tələbələrə verilir.
Administrasiya. İngiltərədə Təhsil üzrə Dövlət Katibi məktəb və məktəbdənsonrakı təhsil üçün məsuliyyət daşıyır. Şotlandiya, Uels və Şimali İrlandiya Dövlət Katibləri də öz ölkələrində eyni məsuliyyətə və səlahiyyətə malikdirlər.
Maliyyələşdirilən məktəblərin bir çoxu yerli təhsil orqanlarının (CE As) tabeliyindədir. Şimali İrlandiyada təhsil xidməti 5 yerli təhsil şöbəsi tərəfindən idarə olunur. CE As müəllim heyətinə maaş verir, bina, digər təchizat və materiallarla təmin edir. Özünü idarəetmə sisteminə malik dövlət məktəblərində isə bu işlə idarəedici orqanlar məşğul olur. İngiltərə və Uelsdə CE As təhsildə uğur qazanmış tələbələrə təqaüd verir.
Maliyyə. Hökumətin təhsil sahəsində xərclərinin 3 cəhəti nəzəri cəlb edir:
- İngiltərə və Uelsdə təhsil xidmətinin bir qismi bilavasitə mərkəzi hökumət tərəfindən maliyyələşdirilir. Kapitalın əksər hissəsi gələcək ali təhsilə ayrılır və müxtəlif fond şuraları tərəfindən paylaşdırılır. Hökumət eyni zamanda özünü idarəetmə sisteminə malik dövlət məktəblərinin də cari və kapital xərclərini ödəyir.
- Yerli təhsil şöbələri tərəfindən həyata keçirilən, hökumət üçün xüsusi əhəmiyyət kəsb edən layihələrin xərclərini dəstəkləmək məqsədilə mərkəzi hökumət dotasiya ayırır. Layihələrə göstərilən yardıma dövlət tədris planı, məktəblərin yerli özünüidarəsi, müəllimlərin təkmilləşdirilməsi, məktəblərdə texniki biliklərin və tibbi təhsilin dəstəklənməsi daxildir.
Özünü idarəetmə sisteminə malik dövlət məktəblərinə verilən dotasiyalar da bu işlərə yardım məqsədi daşıyır.
- Könüllü ödəniş əsasında fəaliyyət göstərən məktəblərin zəruri xərclərinin ödənilməsinə də əlavə yardımlar göstərilir.
Yerli hökumət orqanları dövlət tərəfindən edilən yardımın paylaşdırılmasında sərbəstdirlər.
Təhsil sistemində xərclərin qalan hissəsi yerli hökumət orqanları tərəfindən yerli vergi, xarici ticarət və biznesdən əldə edilmiş vergi əsasında ödənilir.
Şotlandiyada da təhsil eyni cür maliyyələşdirilir. Şimali İrlandiyada təhsil xərcləri Təhsil Nazirliyi tərəfindən ödənilir.
Əmək, Ticarət və Sənaye Departamentləri də təhsil proqramlarına maliyyə yardımı göstərirlər.
İngiltərə, Şotlandiya və Uelsdə universitetlərə və digər ali təhsil müəssisələrinə hökumət yardımı bu ölkələrdəki Ali Təhsilə Yardım Şuraları tərəfindən həyata keçirilir. Şimali İrlandiyada isə universitetlərə yardım Şimali İrlandiya Ali Təhsilə Yardım Şurasının məsləhətilə birbaşa Təhsil Nazirliyi tərəfindən edilir. Bekinqem Özəl Universiteti dövlətdən maliyyə yardımı almır.
Tələbə hazırlığı ilə yanaşı universitet və digər ali təhsil müəssisələri öz üzərinə kommersiya firmaları üçün tədqiqatlar aparmaq, məsləhətlər vermək kimi öhdəliklər götürmüşdür. Hökumət ali təhsil müəssisələrinin bu mənbələrdən gəlir əldə etməsinə geniş imkanlar yaradır.
Dostları ilə paylaş: |