Texniki-peşətəhsili. Almaniyada abituriyentlərin sayı mütəmadi olaraq artır: getdikcə daha çox məktəb məzunu öz təhsilini ali təhsil müəssisəsində davam etdirməyi qərara alır. Ali məktəbə daxil olmaq hüququ olmayan məzunlar isə, adətən, texniki-peşə təhsili sisteminə gedirlər, bundan başqa bir çox abituriyentlər də peşə təhsilini seçirlər. Gənclərin əksəriyyəti öz təhsillərini “dual (ikili) sistem” çərçivəsində davam etdirirlər, yəni müəssisədə praktik hazırlığı texniki-peşə məktəbində nəzəri təhsillə uzlaşdırırlar. Beləliklə də, xüsusi sektor və dövlət, texniki-peşə təhsili sistemində işin vəziyyəti üçün birgə məsuliyyət daşıyırlar. Məktəbdənkənar peşə təhsili federasiyanın texniki-peşə məktəbləri isə ayrı-ayrı bölgələrin səlahiyyəti altındadır. Hal-hazırda demək olar ki, 1 milyon 6 min gənc 470 tanınmış peşə üzrə hazırlıq keçir. Lakin bu peşələr (ixtisaslar) populyarlıq və onlara olan tələbat səviyyəsinə görə bir-birlərində fərqlənirlər. Hazırda gənc oğlanların 40%, qızların isə 55%-dən çoxu on ən nüfuzlu peşə üzrə hazırlıq keçməkdədirlər. Oğlanlar daha çox avtomexanik, elektrik montyoru, istehsal mexaniki, ya da topdan və xarici satış sferasında kommersant peşələrini seçirlər. Qızlar isə həkim köməkçisi, pərakəndə satıcı, bərbər, kontor işçisi peşələrinə üstünlük verirlər. Tam texniki-peşə təhsili almamış gənclərə peşə əldə etmək imkanı yaratmaq üçün də tədbirlər həyata keçirilir.