N. M. AĞABƏyli


Gilin çıxarılması, daşınması və saxlanması



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə42/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   ...   38   39   40   41   42   43   44   45   ...   104
N. M. A AB yli

 
Gilin çıxarılması, daşınması və saxlanması 
Keramik məmulat zavodları, adətən, gil yatağı yaxınlığında ti-
kilir və gil karxanası zavodun tərkib hissəsinə daxil olur. 
Gili açıq üsulla 

ekskavatorla, çox zaman isə çoxçalovlu eks-
kavatorla çıxarırlar. Sıx gilləri çıxartmazdan qabaq partlatma üsulu ilə 
onları parçalamaq gərək olur.


55 
55 
Qış zamanı gili çıxartdıqda onu donmaqdan qorumaq lazımdır. 
Belə ki, donmuş gil keramika istehsalı üçün yararlı deyildir və ondan 
hazırlanan məmulatda çat əmələ gəlir. 
Çıxarılmış gili zavoda yükünü özüboşaldan maşınla daşıyırlar. 
Gil karxanası zavodun qəlibləmə sexinə yaxın olduqda gilin daşınması 
vaqonetlərlə yaxud transportyorla yerinə yetirilir. 
 
 
Keramik kütlənin hazırlanması 
 
Tərkibi müəyyən nisbətdə götürülmüş və narın xırdalanmış 
xammal materiallarından ibarət olan qarışığa keramik kütlə deyilir. 
Keramik kütlə bir komponentli (tərkibi yalnız gildən), iki kom-
ponentli (gil və şamotdan) və çox komponentli (gil və bir neçə ma-
terialdan) ibarət ola bilər. 
Gil, keramik kütlənin əsas hissəsini təşkil edir. Odur ki, yüksək 
keyfiyyətli keramik material və məmulat əldə etmək üçün gili səylə 
hazırlamaq, onu bircinsli etmək lazımdır. Bundan ötrü gilin təbii 
quruluşunu dağıtmalı, ondan daş parçaları kənar edilməli və 
xırdalanmalıdır. 
Keramik kütləni hazırlamaq üçün üç üsuldan istifadə edilir: ya-
rımquru (kütlənin nəmliyi 8

13 %), plastik (kütlənin nəmliyi 18

26 
%) və şliker (kütlənin nəmliyi 45

60 %). 
Yarımquru üsul. Karxanadan gətirilmiş gilin nəmliyi az, qu-
ruluşu sıx və tərkibində daş qatışıqlarının miqdarı çox olduqda kera-
mik kütlənin hazırlanmasında yarımquru üsuldan istifadə edilir. Bu 
üsulla keramik kütlənin hazırlanması aşağıdakı ardıcıllıqla yerinə 
yetirilir: gilin kobud xırdalanması, onun qismən (müəyyən nəmliyə 
qədər) qurudulması, narın xırdalanması, iri qatışıqların kənar edilməsi, 
gil kütləsinin yavanlaşdırıcı materiallar və əlavələrlə birlikdə qarışdı-
rılması və nəmləndirilməsi. 
Gilin kobud xırdalanması bıçaqlı gilkəsən maşında, dişli və de-
zinteqrator vallarında yerinə yetirilir.


56 
56 
Dişli vallar içərisində daşlar olmayan böyük gil parçalarını 
xırdalamaq üçün işlədilir. Dezinteqrator valları gili həm xırdalayır, 
həm də daş qırıntılardan təmizləyir. 
Üyütmə aqreqatları və ələklərinin gözlərinin tutulmaması üçün 
gili narın xırdalamazdan qabaq onu quruducu barabanda qurudurlar. B 
halda gilin nəmliyi 15

25 %-dən 2

13 %-ə qədər azalır. 
Gilin narın xırdalanması zamanı dezinteqratordan, hamar səthli 
narın üyütmə vallarından, qaçağandan və müxtəlif növ 
dəyirmanlardan istifadə edirlər. 
Narın xırdalanmış gili müxtəlif konstruksiyalı və təyinatlı 
ələklərdən keçirərək, onu iri hissəciklərədən (qatışıqlardan) azad 
edirlər. 
Gili qabaqcadan üyüdülmüş yavanlaşdırıcı materiallar və 
əlavələrlə qarışdırıb, plastik kütlə almaq üçün ikivallı qarışdırıcıdan 
(şəkil 3.3), az plastiklikli keramik kütlə əldə etmək üçün vakuum tipli 
pərli qaçağandan və yavan keramik kütlə almaq üçün isə qarışdırıcı 
qaçağandan istifadə edilir.
Yarımquru üsulun çatışmayan cəhəti aşağıdakılardır: xammalın 
üyüdülməzdən qabaq qurudulması, üyüdülmə zamanı avadanlığın 
daha çox işlənib yeyilməsi, məmulatı qəlibləməkdən ötrü daha güclü 
(15

40MPa) preslərdən istifadə olunmasıdır. Bu üsul adi və boşluqlu 
gil kərpiclərin, daşların və keramik tavacıqların istehsalında tətbiq 
edilir. 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin