Suyadavamlılıq. Su ilə doydurulmuş materialın əsas fiziki-
mexaniki xassələrini saxlaması qabiliyyətinə suyadavamlılıq deyilir.
Materialın bu xassəsi sıxlıq və məsamələrin quruluşu ilə əlaqədardır.
Bir sıra materiallar su ilə doymuş halda möhkəmliyini artırır (sement,
beton), digər materiallar isə əksinə, möhkəmliyini azaldır (gips
materialları).
Materialların suyadavamlılığı kəmiyyətcə yumşalma əmsalı
ilə xarakterizə olunur.
Su ilə doydurulmuş materialın möhkəmliyinin (R su
) quru hal-
dakı möhkəmliyinə (R q
) olan nisbətinə yumşalma əmsalı deyilir və
aşağıdakı düsturla hesablanır:
K y
= R su
/R q
.
9
9
Bu əmsalın qiyməti suda yumşalan materiallar üçün (gil) sıfra,
tamamilə sıx materiallar üçün (metal, şüşə) isə vahidə bərabərdir.
Yumşalma əmsalı 0,8-dən kiçik olan materialları suda və nəm yerdə
olan konstruksiyalarda işlətmək olmaz.
Yumşalma əmsalı 0,8-dən böyük olan materiallara suyada- vamlı materiallar deyilir.
Şaxtayadavamlılıq. Su ilə doydurulmuş materialın dəfələrlə
dondurulmağa və donu açılmağa davam gətirmə qabiliyyətinə
şaxtayadavamlılıq deyilir. Məlumdur ki, su donduqda həcmi təqribən
9% artır. Suyun həcminin ən böyük artımı
4
0
S temperaturda, yəni o
buza çevrildikdə baş verir. Lakin materialları laboratoriyada şaxtaya-
davamlılığa sınadıqda temperaturu mənfi 15
17
0
S götürürlər. Buna
səbəb suyun xırda kapilyaralarda
10
0
S temperaturdan aşağı tempera-
turda donmasıdır.
Materialların şaxtayadavamlılığı onların sıxlığından və məsa-
mələrin su ilə doyma dərəcəsindən asılıdır. Sıx materiallar şaxtaya-
davamlıdır. Məsaməli materiallarda su daxil ola bilən açıq məsa-
mələrin həcmcə 90 %-ə qədəri su ilə dola bilərsə, onda onları şax-
tayadavamlı hesab etmək olar. Əgər materialın bircinsli olmaması və
suyun məsamələrdə bir bərabərdə yerləşməməsi (materialdakı su daha
soyuq zonaya hərəkət edir) nəzərə alınarsa, açıq məsamələrin 80 %-ə
qədərinin su ilə dolmasını təhlükəsiz hesab etmək olar. Beləliklə,
şaxtayadavamlı materiallar üçün həcmə görə suhopma açıq
məsaməliliyin (R a
) 80%-dən az olmalıdır:
W h
0,8 P a . Müəyyən dəfə dondurulduqdan və donu açıldıqdan sonra ma-
terialda çat əmələ gəlmədikdə və kütləsi 5%-ə qədər azaldıqda o, şax-
taya davamlı hesab edilir. Bununla bərabər sınaq zamanı nümunələrin
möhkəmliyi
15
25
%-dən
çoz
azalmamalıdır.
Materialın
şaxtayadavamlılığı kəmiyyətcə şaxtayadavamlılığa görə marka ilə
qiymətləndirilir. Inşaat materiallarının şaxtayadavamlılığa görə mar-
kaları belədir: yüngül betonlar, kərpic, keramik daşlar (xarici divar-
larda işlədilən) üçün
F 15; F 25; F 35; körpü və yol tikintilərinin
betonu üçün
F 50; F 100 və F 200; hidrotexniki beton üçün isə F
300.
10
10
Kamerada bir-iki dəfə dondurma və donu açılmanın materiala
olan təsir effekti təbii atmosfer şəraitinin 3
5 il ərzində həmin
materiala olan təsirinə bərabərdir.