13
13
teriallarından asbest ən kiçik [0,2 kC/(kq
0
S)], ağac isə ən böyük [2.51
kC/(kq
0
S)] istilik tutumlu materialdır.
Odadayanıqlıq. Materialın yanğın zamanı müəyyən müddət
odun və yüksək temperaturun təsirinə müqavimət göstərmək qabiliy-
yətinə
odadayanıqlıq deyilir.
Materialların odadayanıqlığını qiymətləndirdikdə yanğın sön-
dürən zaman yüksək teperaturun, suyun və digər mayelərin birgə təsiri
nəzərə alınmalıdır.
Inşaat materialları odadayanıqlığına görə üç qrupa bölünür:
yanmayan, çətinyanan və yanan.
Yanmayan materiallar. Belə materiallar odun və yüksək tem-
peraturun təsirindən alovlanmır, közərmir və kömürləşmir. Bu qrupa
təbii və süni qeyri-üzvi materiallar, metallar aiddir.
Çətinyanan
materiallar. Bu qrup materiallar odun və yüksək temperaturun
təsirindən çətinliklə alovlanır, közərir və kömürləşir. Belə
materiallardan od mənbəyi kənar edildikdən sonra yanma və közərmə
davam etmir. Bunlara fibrolit, gil hopdurulmuş keçə, üzərinə suvaq
çəkilmiş qamış tavalar, antipiren hopdurulmuş ağac və s. materiallar
aiddir.
Yanan materiallar. Belə materiallar odun və yüksək tempera-
turun təsirindən alovlanır. Bu qrupa ağac, ruberoid, qamış tavalar və
başqa materiallar aiddir.
Yanan materialların səthinə oddan mühafizə tərkibi çəkməklə,
yaxud antipirenlər hopdurmaqla onları çətinyanan materiallara
çevirmək mümkündür.
Dostları ilə paylaş: