Mərkəzi sıxılmada möhkəmlik həddi (R sıx , MPa) dağıdıcı
yükün (F d , N) nümunənin əvvəlki (sınaqdan qabaqkı) eninə kəsik sa-
həsinə (S, m
2
) bölünməsindən alınır:
R sıx = F d /S.
Inşaat materiallarının sıxılmada möhkəmlik həddi 0,2
MPa-dan 1000 MPa-a qədər və daha çox ola bilər.
Bəzi inşaat materiallarının sıxılmada möhkəmlik həddinin
qiymətləri cədvə l .1-də verilmişdir.
Inşaat materialları sıxılmada möhkəmlik həddinə görə mar-
kalara bölünür. Marka materialın keyfiyyətinin ən mühüm gös-
təricisidir. Normativ sənədlərdə marka kQ/sm
2
ilə ifadə olunur. Mə-
sələn, portlandsementin markası 400, 500, 550 və 600-dür. Marka
yüksək olduqca, materialın keyfiyyəti də yüksək olur.
Mərkəzi dartılmada möhkəmlik həddi (R d
, MPa) sıxılma-
da möhkəmlik həddinin təyinində istifadə edilən düsturula hesablanır.
Bəzi inşaat materiallarının dartılmada möhkəmlik hədlərinin
qiymətləri cədvəl 1.1-də verilmişdir.
Cədvəl 1.1 Bəzi inşaat materiallarının sıxılmada, dartılmada və əyilmədə möhkəmlik hədləri Materialın adı
Möhkəmlik həddi, MPa
sıxılmada
dartılmada
əyilmədə
Yüksəkmöhkəmlikli polad
850
850
Adi polad
380
380
Ağır beton
7,5
60
0,3
7,0
0,15
8,0
Qranit
80
250
4,9
7,8
10
14
Gil kərpici
7,5
30
1,5
3,0
0,8
2,7
Şam ağacı (liflər boyu
30
40
90
100
70
80
Ağac laylı plastik
180
200
250
300
80
280
Şüşə
700
1000
50
60
400
450
Dartılmada möhkəmlik həddinin sıxılmada möhkəmlik həd-
dinə olan nisbətindən asılı olaraq, materialları şərti olaraq üç qrupa
bölürlər: 1) R d
>R sıx
olan matnriallar (ağac və digər lifli quruluşlu
materiallar); 2) R d
R sıx
olan materiallar (polad); 3) R d
<R sıx
olan materiallar (kövrək materiallar
təbii və süni daşlar).