N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə11/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   104
N. M. A AB yli

Odadavamlılıq. Materialın ərimədən və deformasiyaya uğ-
ramadan yüksək temperaturun təsirinə uzun müddət müqavimət gös-
tərmək qabiliyyətinə odadavamlılıq deyilir. 
Odadavamlılığına görə materiallar beş qrupa bölünür.
Asanəriyən materiallar. Bunlar 1350
0
S-dən aşağı temperatur-
da yumşalan materiallardır (adi gil kərpici və s.). 
Çətinəriyən materiallar. Bu qrupdan olan materiallar 
1350

1580
0
S temperatur arasında yumşalır (Qjelsk kərpici). 
Odadavamlı materiallar. Belə materiallar 1580

1770
0
S tem-
peraturun təsirinə uzunmüddət davam gətirir (şamot kərpici).


14 
14 
Yüksək odadavamlı materiallar. Bunlar 1770

2000 
0
S tempe-
raturun təsirinə davam gətirən materiallardır (yüksək alüminatlı 
kərpic). 
Ən yüksək odadavamlı materiallar. Bu qrupdan olan material-
lar 2000
0
S-dən yüksək teperaturun təsirinə uzunmüddət davam gətirir 
(maqnezit və qrafit materiallar). 
Odadavamlı materiallar metallurgiya və digər sənaye müəssi-
sələrinin sobalarının tikintisində tətbiq edilir. 
§ 4. Materialların mexaniki xassələri 
Deformativ xassələr. Bərk materialın xarici yüklərin, habelə 
öz kütləsinin, temperaturun və digər amillərin təsiri altında forma və 
ölçülərini dəyişməsinə deformasiya deyilir. 
Deformasiyalar xarakterinə görə elastik və plastik olur. 
Xarici yük götürüldükdən sonra yox olan deformasiyaya elas-
tik deformasiya deyilir. 
Xarici qüvvənin qiyməti müəyyən həddi keçdikdən sonra ma-
terialda həm elastik, həm də qalıq deformasiyası alınır. Xarici qüvvə 
götürüldükdə materialda qalan deformasiyaya qalıq yaxud plastik 
deformasiya deyilir. 
Bütün inşaat materialları deformasiyaların növünə görə elas-
tik, plastik və kövrək olur. 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin