107
107
kimi su ilə qarışdırılır, sonra isə durulducu çənə tökülür. Əhəngin tam
sönməsi üçün 1 hissə əhəngə 2
3 hissə su götürülür (kütləyə görə).
Əhəng südü durulducu çənddə 16
24 saat durulduqdan sonra
tərkibində 75 %-ə qədər su olan əhəng xəmirinə çevrilir. Yaxşı sax-
lanılmış əhəng xəmirində 50 %-ə qədər su və belə xəmirin sıxlığı
təxminən 1400 kq/m
3
olur.
Üyüdülmüş sönməmiş əhəng
Sönməmiş əhəngin narın üyüdülməsindən alınan yapışdırıcı
maddəyə
üyüdülmüş sönməmiş əhəng deyilir. Bu əhəng təmiz
halda
yaxud aktiv mineral əlavəli istehsal edilir.
Bundan ötrü sönməmiş
əhəng əvvəlcə daşqıran maşında 5
10 sm ölçüyə qədər xırdalanır,
sonra isə onu kürəli dəyirmanda əlavəsiz yaxud əlavələrlə
(dənəvərləşdirilmiş posa, vulkanik və çöküntü mənşəli süxurlarla və
s.) birlikdə narın üyüdülür. Üyüdülmüş materialın xüsusi səthi
3500
5000 sm
2
/q olmalı və həmin material 02 №-li ələkdən tam
keçməli, 008 №-li ələkdə ələdikdə isə alınan qalıq 4
6 %-dən çox
olmamalıdır.
Üyüdülmüş sönməmiş əhəngdən əhəng məhlulu hazırladıqda
təxminən 100
150 % su götürülür.
Suyu bu miqdarda götürdükdə
əhəng qızğın surətdə sönmür və beləliklə, sönmədən alınan istilik
məhlulun tez bərkiməsini təmin edir. Buna görə də üyüdülmüş sön-
məmiş əhəngi soyuq havalarda və qışda işlətmək çox sərfəlidir. Üyü-
dülmüş sönməmiş əhəng istehsal etdikdə heç bir tullantı alınmır, çünki
materialın hamısı üyüdülür. Bu əhəngin ən mühüm nöqsan cəhəti iş
zamanı ətrafa əhəng tozunun ayrılmasıdır ki, bu da fəhlələrin səhhəti
üçün çox zərərlidir.
Üyüdülmüş sönməmiş əhəngin tökmə sıxlığı 800
1200 kq/m
3
-
dur. Onu anbarlarda 5
10 gündən artıq saxlamaq olmaz.
Əks halda
kalsium oksidi hidratlaşaraq və karbonlaşaraq aktivliyini itirir. Bu
əhəng tədarükçiyə bitum hopdurulmuş kağız kisələrdə, konteynlərdə
yaxud xüsusi vaqonlarda göndərilməlidir.
Əhəngin bərkiməsi
Sönmüş əhəng havanın karbon qazı ilə birləşərək bərkiyir.
Bərkimə zamanı aşağıdakı reaksiya gedir:
108
108
Ca(OH)
2 +
CO
2
+ nH
2
O = CaCO
3
+(n+1)H
2
O.
Kalsium hidroksidin kristallaşma prosesi çox ləng gedir. Suyun
buxarlanması Ca(OH)
2
-nin çox xırda hissəciklərinin bir-biri ilə
birləşərək daha iri hissəciklərə çevrilməsinə və onların kristallaş-
masına səbəb olur. Ca(OH)
2
-nin kristalları
bir-biri ilə birləşərək qu-
mun hissəcikləri ətrafında (məhlulda) əhəng karkası əmələ gətirir.
Suyun buxarlanması artdıqca Ca(OH)
2
daha tez kristallaşır. Buna görə
əhəngin bərkiməsi üçün müsbət temperatur və az nəmlikli mühit
lazımdır. Bərkimənin ilk dövründə məhlulun səthində əmələ gələn
CaCO
3
pərdəsi havadakı karbon qazının məhlulun daxili qatlarına
keçməsinə maneçilik törədir və karbonlaşma prosesinin sonrakı inki-
şafını ləngidir.
Sönmüş əhəngdən hazırlanan məhlul və betonlar adi şəraitdə bir
ay müddətində bərkidikdə onların möhkəmliyi az
0,5
1 MPa, lakin
uzunmüddət
bir neçə il bərkidikdə isə 5
7 MPa olur. Möhkəmliyin
bu cür artması məhlul və betonun təkcə çox karbonlaşması ilə deyil,
həm də silisiumlu və karbonatlı doldurucuların kalsium hidrooksidlə
bir qədər qarşılıqlı əlaqədə olmasıdır.
Məhlul və betonları süni karbonlaşdırmaqla onların möh-
kəmliyini xeyli artırmaq (30
40 MPa-qədər) mümkündür.
Hava əhənginin xassələri və tətbiq sahələri
Hava əhənginin üç növü vardır: I növ, II növ və III növ.
Tərkibindəki MgO-nin miqdarına
görə hava əhəngi kalsiumlu,
maqneziumlu və dolomitli əhəngə bölünür. Əhəngə dair texniki
tələblər cədvəl 5. 2-də verilmişdir.
Hava əhənginin keyfiyyəti aşağıdakı xassələrlə müəyyənləş-
dirilir.
Sıxlıq. Sönməmiş əhəngin
həqiqi sıxlığı yanma temperatu-
rundan, tərkibində qatışıqların və həddindən artıq yanmış
yaxud
kifayət qədər yanmamış hissəciklərin olmasından asılı olaraq
3100
3300 kq/m
3
olur. Sönmüş əhəngin həqiqi sıxlığı kristallaşma də-
rəcəsindən asılıdır. Belə ki, kristallaşmış Ca(OH)
2
-nin sıxlığı 2230,
amorf sönmüş əhənginki isə 2080 kq/m
3
-dur.
Kəsək halında olan sönməmiş əhəngin
sıxlığı yanma tempe-
raturundan asılıdır. 800
0
S temperaturda yandırılmış əhəngin sıxlığı
109
109
1600, 1300
0
S-də yandırılmış əhənginki isə 2900 kq/m
3
-dur. Üyüdül-
müş sönməmiş əhəngin
tökmə sıxlığı sıxlaşdırılmamış halda
900
1100, sıxlaşdırılmış halda isə 1100
1300 kq/m
3
-dur. Hidrat
əhənginki isə uyğun olaraq, 400
500 və 600
700 kq/m
3
-dur. Əhəng
xəmirinin tökmə sıxlığı 1300
1400 kq/m
3
-dur.
Dostları ilə paylaş: