N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə80/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   ...   76   77   78   79   80   81   82   83   ...   104
N. M. A AB yli

Hidrat əhəng. Hava əhəngi digər yapışdırıcılardan fərqli olaraq 
toz halına təkcə üyüdülməklə deyil, həm də su ilə söndürülməklə də 
gətirilir.
Əhəngin sönməsi. Əhəngin su ilə qarşılıqlı təsiri prosesi əhəngin 
sönməsi adlanır. Sönmə zamanı əhəngin əsas tərkibi olan CaO su ilə 
birləşərək Ca(OH)
2
-yə çevrilir: 
CaO + H
2
O = Ca(OH)
2
+ 65,5 kC. 
Əhəngin sönməsi ekzotermik reaksiya üzrə getdiyindən çoxlu 
istilik ayrılır. 1 q/mol CaO 65,5 kC, 1 kq sönməmiş əhəng isə 1160 kC 
istilik ayırır. 
Zavodlarda əhəngi əhəngsöndürən maşınlarda söndürürlər. 
Əhəngin mexaniki üsulla söndürülməsi sönmə prosesini sürətləndirir 
və sönmüş əhəngin keyfiyyətini yaxşılaşdırır. Kiçik tikinti mey-
dançalarında əhəngi əvvəlcə qutuda söndürür, sonra isə alınmış əhəng 
xəmirini ələkdən keçirərək quyuya tökürlər. Quyuya tökülmüş əhəng 
xəmiri azı iki həftə saxlanılmalıdır. Bu vaxt ərzində əhəngin 
tərkibində olan ən xırda sönməmiş hissəciklər belə sönür. 
Hidrat əhəngi istehsal etmək üçün kəsək halında olan sönməmiş 
əhəngi daşqıran maşında 5

10 mm-ə qədər ölçülərdə xırdalayır, sonra 
isə xüsusi maşınlarda 

hidratorlarda söndürərək toz halına salırlar. 
Sönmə zamanı ayrılan istilik və su buxarı əhəngi daha narın toz halına 
salır. Bu halda əhəngin həcmi 2

3,5 dəfə artır.
Əhəng xəmiri. Sönməmiş əhəng əhəngsöndürən maşında sön-
dürməklə əhəng xəmiri halına salınır. Əhəngsöndürən maşında kəsək 
halında olan sönməmiş əhəng xırdalanır, əhəng südü halına düşənə 


107 
107 
kimi su ilə qarışdırılır, sonra isə durulducu çənə tökülür. Əhəngin tam 
sönməsi üçün 1 hissə əhəngə 2

3 hissə su götürülür (kütləyə görə). 
Əhəng südü durulducu çənddə 16

24 saat durulduqdan sonra 
tərkibində 75 %-ə qədər su olan əhəng xəmirinə çevrilir. Yaxşı sax-
lanılmış əhəng xəmirində 50 %-ə qədər su və belə xəmirin sıxlığı 
təxminən 1400 kq/m
3
olur. 
Üyüdülmüş sönməmiş əhəng 
Sönməmiş əhəngin narın üyüdülməsindən alınan yapışdırıcı 
maddəyə üyüdülmüş sönməmiş əhəng deyilir. Bu əhəng təmiz halda 
yaxud aktiv mineral əlavəli istehsal edilir. Bundan ötrü sönməmiş 
əhəng əvvəlcə daşqıran maşında 5

10 sm ölçüyə qədər xırdalanır, 
sonra isə onu kürəli dəyirmanda əlavəsiz yaxud əlavələrlə 
(dənəvərləşdirilmiş posa, vulkanik və çöküntü mənşəli süxurlarla və 
s.) birlikdə narın üyüdülür. Üyüdülmüş materialın xüsusi səthi 
3500

5000 sm
2
/q olmalı və həmin material 02 №-li ələkdən tam 
keçməli, 008 №-li ələkdə ələdikdə isə alınan qalıq 4

6 %-dən çox 
olmamalıdır. 
Üyüdülmüş sönməmiş əhəngdən əhəng məhlulu hazırladıqda 
təxminən 100

150 % su götürülür. Suyu bu miqdarda götürdükdə 
əhəng qızğın surətdə sönmür və beləliklə, sönmədən alınan istilik 
məhlulun tez bərkiməsini təmin edir. Buna görə də üyüdülmüş sön-
məmiş əhəngi soyuq havalarda və qışda işlətmək çox sərfəlidir. Üyü-
dülmüş sönməmiş əhəng istehsal etdikdə heç bir tullantı alınmır, çünki 
materialın hamısı üyüdülür. Bu əhəngin ən mühüm nöqsan cəhəti iş 
zamanı ətrafa əhəng tozunun ayrılmasıdır ki, bu da fəhlələrin səhhəti 
üçün çox zərərlidir. 
Üyüdülmüş sönməmiş əhəngin tökmə sıxlığı 800

1200 kq/m
3
-
dur. Onu anbarlarda 5

10 gündən artıq saxlamaq olmaz. Əks halda 
kalsium oksidi hidratlaşaraq və karbonlaşaraq aktivliyini itirir. Bu 
əhəng tədarükçiyə bitum hopdurulmuş kağız kisələrdə, konteynlərdə 
yaxud xüsusi vaqonlarda göndərilməlidir. 
Əhəngin bərkiməsi 
Sönmüş əhəng havanın karbon qazı ilə birləşərək bərkiyir. 
Bərkimə zamanı aşağıdakı reaksiya gedir: 


108 
108 
Ca(OH)
2 + 
CO
2
+ nH
2
O = CaCO
3
+(n+1)H
2
O. 
Kalsium hidroksidin kristallaşma prosesi çox ləng gedir. Suyun 
buxarlanması Ca(OH)
2
-nin çox xırda hissəciklərinin bir-biri ilə 
birləşərək daha iri hissəciklərə çevrilməsinə və onların kristallaş-
masına səbəb olur. Ca(OH)
2
-nin kristalları bir-biri ilə birləşərək qu-
mun hissəcikləri ətrafında (məhlulda) əhəng karkası əmələ gətirir. 
Suyun buxarlanması artdıqca Ca(OH)
2
daha tez kristallaşır. Buna görə 
əhəngin bərkiməsi üçün müsbət temperatur və az nəmlikli mühit 
lazımdır. Bərkimənin ilk dövründə məhlulun səthində əmələ gələn 
CaCO
3
pərdəsi havadakı karbon qazının məhlulun daxili qatlarına 
keçməsinə maneçilik törədir və karbonlaşma prosesinin sonrakı inki-
şafını ləngidir. 
Sönmüş əhəngdən hazırlanan məhlul və betonlar adi şəraitdə bir 
ay müddətində bərkidikdə onların möhkəmliyi az 

0,5

1 MPa, lakin 
uzunmüddət 

bir neçə il bərkidikdə isə 5

7 MPa olur. Möhkəmliyin 
bu cür artması məhlul və betonun təkcə çox karbonlaşması ilə deyil, 
həm də silisiumlu və karbonatlı doldurucuların kalsium hidrooksidlə 
bir qədər qarşılıqlı əlaqədə olmasıdır. 
Məhlul və betonları süni karbonlaşdırmaqla onların möh-
kəmliyini xeyli artırmaq (30

40 MPa-qədər) mümkündür. 
Hava əhənginin xassələri və tətbiq sahələri 
Hava əhənginin üç növü vardır: I növ, II növ və III növ. 
Tərkibindəki MgO-nin miqdarına görə hava əhəngi kalsiumlu, 
maqneziumlu və dolomitli əhəngə bölünür. Əhəngə dair texniki 
tələblər cədvəl 5. 2-də verilmişdir. 
Hava əhənginin keyfiyyəti aşağıdakı xassələrlə müəyyənləş-
dirilir. 
Sıxlıq. Sönməmiş əhəngin həqiqi sıxlığı yanma temperatu-
rundan, tərkibində qatışıqların və həddindən artıq yanmış yaxud 
kifayət qədər yanmamış hissəciklərin olmasından asılı olaraq 
3100

3300 kq/m
3
olur. Sönmüş əhəngin həqiqi sıxlığı kristallaşma də-
rəcəsindən asılıdır. Belə ki, kristallaşmış Ca(OH)
2
-nin sıxlığı 2230, 
amorf sönmüş əhənginki isə 2080 kq/m
3
-dur. 
Kəsək halında olan sönməmiş əhəngin sıxlığı yanma tempe-
raturundan asılıdır. 800
0
S temperaturda yandırılmış əhəngin sıxlığı 


109 
109 
1600, 1300
0
S-də yandırılmış əhənginki isə 2900 kq/m
3
-dur. Üyüdül-
müş sönməmiş əhəngin tökmə sıxlığı sıxlaşdırılmamış halda 
900

1100, sıxlaşdırılmış halda isə 1100

1300 kq/m
3
-dur. Hidrat 
əhənginki isə uyğun olaraq, 400

500 və 600

700 kq/m
3
-dur. Əhəng 
xəmirinin tökmə sıxlığı 1300

1400 kq/m
3
-dur. 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin