N. M. AĞABƏyli


B. SUDA BƏRKIYƏN YAPIŞDIRICI MADDƏLƏR



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə82/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   ...   78   79   80   81   82   83   84   85   ...   104
N. M. A AB yli

 
B. SUDA BƏRKIYƏN YAPIŞDIRICI MADDƏLƏR 
 
 § 6. Hidravlik əhəng və romansement
 
Hidravlik əhəng 
Təribində 6

20 % gil qatışığı olan mergelli əhəngdaşlarının 
900

1100 
0
S tempreraturda yandırılmasından alınan yapışdırıcı 
maddəyə hidravlik əhəng deyilir. Hidravlik əhəngin istehsalı aşağıdakı 
əsas mərhələlərdən ibarətdir: mergelli əhəngdaşının çıxarılması və 
hazırlanması, yandırılması və üyüdülməsi. Mergelli əhəngdaşılarının 
şaxta yaxud fırlanan sobalarda yandırılması zamanı kalsium karbonat 
CaO və CO
2
-yə parçalanır. CaO-in bir hissəsi gilli mineralların tərki-
bindəki SiO
2
, Al
2
O
3
və Fe
2
O
3
- lə birləşərək ikikalsiumlu silikat 
(2CaO

SiO
2
), birkalsiumlu alüminat (CaO

Al
2
O
3
) və ikikalsiumlu 
ferrit (2CaO

Fe
2
O
3
) əmələ gətirir. Bu tərkib göstərir ki, yapışdırıcıya 
(əhəngə) suda bərkimə qabiliyyəti verən kalsiumun silikatları, 
alüminatları və ferritlərindən başqa, onda sərbəst əhəng də vardır ki, 
bu da ancaq havada bərkiyə bilər. Hidravlik əhəngdə sərbəst əhəng 
çox olduqca, onun suda bərkimə qabiliyyəti az olacaqdır. 
Hazır yapışdırıcı maddənin tərkibini xarakterizə etmək üçün 
hidravlik moduldan istifadə olunur. Bu modul aşağıdakı nisbətdən 
ibarətdtr: 
m = 
%
%(
)
.
CaO
SiO
Al O
Fe O
2
2
3
2
3


Hidravlik əhəng üçün həmin modulun qiyməti 1,7

9,0 olur. 
Hidravlik əhəngin iki növü vardır: zəif və güclü. Zəif hidravlik 
əhəngin hidravlik modulu 4,5

9,0, güclü hidravlik əhənginki isə 
1,7

4,5 olur. 
Hidravlik əhəngdən hazırlanmış məhlulu birdən suya qoymaq 
olmaz, çünki belə məhlul suda yuyulur və möhkəmliyini itirir. Buna 
görə həmin əhəngi suya qoyana qədər o, müəyyən müddət havada nəm 
şəraitdə saxlanılmalıdır.


111 
111 
Hidravlik əhəngin həqiqi sıxlığı 2600

3000 kq/m
3
, təkmə sıx-
lığı sıxlaşdırılmamış halda 700

800 kq/m
3
, sıxlaşdırılmış halda isə 
1000

1100 kq/m
3
-dur. O, sarımtıl və ya boz rəngli yapışdırıcı 
maddədir. 
Hidravlik əhəng tədricən tutan yapışdırıcıdır. Tərkibindəki 
sərbəst CaO-in miqdarından asılı olaraq, onun tutmasının başlanğıcı 
0,5

2 saat, tutmasının sonu isə 8

16 saatdır. 
Hidravlik əhəngin sıxılmada möhkəmliyini t’yin etmək üçün 
1:3 nisbətli (kütləyə görə) az plastiklikli məhluldan 70,7

70,7

70,7 
mm öçülü kub nümunələr hazırlanır. 28 günlük nümunələrin sıxılmda 
möhkəmlik həddi güclü hidravlik əhəng üçün 5 MPa-dan, zəif 
hidravlik əhəng üçün isə 1,7 MPa-dan az olmamalıdır. 
Hidravlik əhəngi 02 №-li ələkdən keçirdikdə alınan qalıq 1 
%-dən, 008 №-li ələkdən keçirdikdə isə 15 %-dən çox olmamalıdır. 
Hidravlik əhəng, başlıca olaraq, hörgü və suvaq məhlullarının 
hazırlanmasında işlədilir. Belə məhlul yerüstü və yeraltı tikintilərdə 
işlədilə bilər. Güclü hidravlik əhəngdən binanın müxtəlif hissələri 
üçün aşağı markalı yüngül və ağır betonlar hazırlamaq olar. Onun 
əsasında qarışıq sementlər: əhəng-posa, əhəng-putsolan və s. ya-
pışdırıcılar hazırlanır. 
Romansement 
Tərkibində 25 %-dən çox gil qatışıqları olan təmiz və dolomitli 
mergel daşlarının yandırılmasından və narın üyüdülməsindən alınan 
yapışdırıcı maddəyə romansement deyilir. Romansementin xassələrini 
nizamlamaq üçün ona 5 %-ə qədər müxtəlif modifikasiyalı gips, 
habelə 15 %-ə qədər aktiv mineral əlavələr qatılır.
Romansementin istehsalı mergelin çıxarılmasından, tələb olu-
nan ölçülərdə xırdalanmasından, yandırılmasından və yandırılmış 
materialın üyüdülməsindən ibarətdir. Xammal, əsasən, şaxta, bəzi 
hallarda isə fırlanan sobalarda 900

1100 
0
S temperaturda yandırılır. 
Bu zaman mergeldə olan kalsium və maqnezium karbonatlar 
parçalanır, kalsiumun silikat, alüminat və ferritləri əmələ gəlir. Buna 
görə də romansement suda bərkimə qabiliyyətinə malikdir. 


112 
112 
Romansementin həqiqi sıxlığı 2600

3000 kq/m
3
-dur. Sıxlaş-
dırılmamış halda tökmə sıxlığı 800

1000, sıxlaşdırılmış halda isə 
1000

1300 kq/m
3
-dur. 
Standarta görə romansementin tutmasının başlanğıcı 20 də-
qiqədən tez, tutmasının sonu isə 24 saatdan gec olmamalıdır. O, dörd 
markada istehsal olunur: 25, 50, 100 və 150.
Romansement hörgü və suvaq məhlulları, habelə aşağı markalı 
betonlar hazırlamaq üçün işlədilir. Ondan buxara verməklə divar 
daşları və kiçik bloklar da hazırlana bilər.  
Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin