N. M. AĞABƏyli


Həcmini müntəzəm dəyişməsi



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə90/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   ...   86   87   88   89   90   91   92   93   ...   104
N. M. A AB yli

Həcmini müntəzəm dəyişməsi. Sement bərkidikdə həcmini 
dəyişdrir. Sementdən hazırlanan məmulat havada bərkidikdə suyun 
buxarlanması hesabına sement yığışır, suda bərkidikdə, əksinə, şişir.
Sement həcmini münğəzəm (bərabər surətdə) dəyişmədikdə se-
ment daşında çatlar əmələ gəlir və hətta dağılır (massiv konstruk-
siyalarda). Bu hal portlandsementdə bəzi sərbəst oksidlərin normadan 
artıq olması səbəbindən doğur. Bunlar CaO, MgO və SO
3
-dür. Birinci 
iki oksid sonradan hidratasiya olunaraq, uyğun olaraq, Ca(OH)
2
və 
Mg(OH)
2
əmələ gətirir ki, bu da həcmin artmasına və bərkimiş sement 
daşında daxili zərərli gərginliklərin yaranmasına səbəb olur. SO
3
-ün 
normadan artıq olması bərkimə zamanı kalsium hidrosulfoalüminat 
birləşməsinin əmələ gəlməsi və həcmin artması ilə nəticələnir. Odur 
ki, standarta əsasən MgO-nin klinkerdə miqdarı 5 %-dən, SO
3
-ün isə 
sementdə miqdarı 3,5 %-dən çox olmamalıdır. CaO-in miqdarını təyin 
etmək üçün sement xəmirindən kökələr hazırlanır və bunlar həcmin 
müntəzəm dəyişməsinə görə yoxlanılır.

Istilikayırması. Portlandsementin su ilə qarşılıqlı təsiri 
ekzotermik reaksiyadır, yəni istiliyin ayrılması ilə gedir. Bu hal 
sement bərkiyərkən onun qızmasından əyani surətdə görünür. Bəzi 
hallarda ekzotermiya hesabına betonun temperaturu başlanğıc 
temperaturundan 40 
0
S və daha yüksək ola bilər. Portlandsementin 
bərkiyərkən istilik ayırması həm müsbət, həm də mənfi rol oynayır.
Müsbət rolu ondan ibarətdir ki, soyuq şəraitdə 

qışda beton-
lama işi apardıqda ekzotermiya betonun temperatururnun aşağı 
düşməsinin qarşısını alır ki, bu da bərkimə üçün vacib şərtdir. 

 Möhkəmlik. Portlandsementin möhkəmliyi sıxılmada və əyil-
mədə möhkəmlik hədləri ilə xarakterizə edilir. Sement nümunələrinin 
28 gündən sonra sıxılmada möhkəmlik həddinə sementin aktivliyi 
deyilir. Sementin aktivliyinə əsasən onun markası müəyyən edilir. 
Sementin markasını təyin etmək üçün 1:3 nisbətli plastik məşlul 
qarışığından ölçüləri 40

40

160 mm olan tirciklər hazırlanır. 


123 
123 
Məhlulda su/sem = 0,4 qəbul edilir. Tirciklərin hazırlanmasında təmiz 
kvars qumundan istifadə edilir. Nümunələr 28 gün nəm şəraitdə və 20 

2
0
S temperaturda saxlanılır. 28 gündən sonra tircikləri əvvəlcə 
əyilməyə sınayıb əyilmədə möhkəmlik həddini, sonra isə əyilməyə 
sınama zamanı alınmış tircik parçalarını sıxılmaya sınamaqla 
sıxılmada möhkəmlik həddini təyin edirlər. Nümunələrin əyilmədə və 
sıxılmada möhkəmlik hədlərinə əsasən sementin markası müəyyən 
edilir. Standarta əsasən portlandsementin 4 markası vardır: 400, 500, 
550 və 600. 
Sement daşının dartılmada möhkəmlik həddi sıxılmada möh-
kəmlik həddindən təxminən 10 dəfə azdır. 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin