N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə85/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   ...   81   82   83   84   85   86   87   88   ...   104
N. M. A AB yli

Üçkalsiumlu alüminat (C
3
A) 

mürəkkəb tərkibli bərk məh-
luldur. Tez hidratlaşır və bərkiyir. Hidratlaşma məhsulları məsaməli 
quruluşlu və az möhkəmlikli olur. Klinkerdə C
3
A mineralının çox 
olması sulfat korroziyasına səbəb olur.
Dördkalsiumlu alümoferrit (C
4
AF) 

Klinkerin aralıq mad-
dəsində mürəkkəb tərkibli bərk məhluldur. Bəzən bu mineralı selit 
mineralı da adlandırırlar. O, hidratlaşma sürətinə görə alit və belit 
mineralları arasında aralıq mövqe tutur. 
Portlandsementin istehsalı 
Xammal materialları. Portlandsement istehsal etmək üçün iş-
lədilən xammalın tərkibində 75

78 % əhəngdaşı və 22

25 % gil 
olmalıdır. Belə təbii xammal mergeldir ki, ona təbiətdə çox az rast 
gəlinir. Buna görə portlandsementi istehsal etdikdə əhəngdaşı və gil 
ilə yanaşı təshihedici əlavələrdən də istifadə edilir. Xammal qarı-
şığında çatışmayan bu və ya digər oksidləri həmin əlavələrlə düzəl-
dirlər.
Portlandsementin istehsalında yanpcaq materialı olaraq, ma-
zutdan və təbii qazdan istifadə edilir. Hazırda sement sənayesində qaz 
yanacağından daha çox istifadə edilir. 
Portlandsementin istehsalı əsasən iki mərhələdən ibarətdir: bi-
rinci mərhələ 

klinkerin alınması, ikinci mərhələ 

klinkerin gipslə, 
bəzi hallarda isə aktiv mineral əlavələrlə birlikdə üyüdülməsi, yəni 
portlandsementin hazırlanması. 


115 
115 
Klinkerin istehsalı bir sıra texnoloji əməliyyatlardan ibarətdir: 
xammal materiallarının çıxarılması, xırdalanması, tələb olunan 
tərkibdə bircinsli xammal qarışığının hazırlanması və xammal qa-
rışığının yandırılaraq klinkerin alınması.
Klinkerdən portlandsementin hazırlanması aşağıdakı əmə-
liyyatlardan ibarətdir: klinkerin xırdalanması, mineral əlavələrin 
hazırlanması, gips daşının xırdalanması, klinkerin aktiv mineral 
əlavələr və gipslə birlikdə üyüdülməsi, sementin anbara verilməsi, 
qablaşdırılması və tədarükçiyə göndərilməsi. 
Xammal qarışığının hazırlanma üsulundan asılı olaraq port-
landsement üç üsulla istehsal edilir: yaş üsul, quru üsul və kombinə 
edilmiş üsul. 
Yaş üsulda xammal materialları suda xırdalanır və qarışdırılır, 
maye şlam halında alınan qarışıq isə fırlanan sobada yandırılır.
Quru üsulda materiallar quru halda xırdalanır, qarışdırılır və 
yandırılır.
Son zamanlar xammal qarışığının kombinə edilmiş üsulla 
hazırlanması geniş tətbiq edilməkdədir. Bu üsulda xammal qarışığı yaş 
üsulla hazırlanır, sonra şlam susuzlaşdırılaraq ondan dənələr hazırlanır 
və həmin dənələr quru üsulda olduğu kimi yandırılır. 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin