N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə81/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   ...   77   78   79   80   81   82   83   84   ...   104
N. M. A AB yli

Plastiklik. Yapışdırıcı maddənin plastikliyi dedikdə onun inşaat 
məhluluna və beton qarışığına rahat yayılma qabiliyyəti verməsi 
nəzərdə tutulur. Əhəngin plastikliyi onun yüksək susaxlama qabi-
liyyəti ilə əlaqədardır. Əhəng sadə və mürəkkəb məhlulların hazırlan-
masında əsas materiallardan biridir. 
Sutələbatı və susaxlama qabiliyyəti. Hava əhəngi yüksək sutə-
ləbatına və susaxlama qabiliyyətinə malikdir. Onun bu xassələri 
əhəngin növündən və hissəciklərinin dispersliyindən asılıdır. 1 m
3
hörgü məhluluna 300

350 l və daha çox su işlədilir. Hidrat əhəng 
yaxud əhəng xəmiri yüksək, üyüdülmüş sönməmiş əhəng isə alçaq su 
tələbatına və susaxlama qabiliyyətinə malikdir.
Möhkəmlik. Əhəng məhlul və betonlarının möhkəmliyi onların 
bərkimə şəraitindən asılıdır. Sönmüş əhəngdən hazırlanan məhlul adi 
temperaturda (10

20 
0
S-də) yavaş bərkiyir və bir aydan sonra onun 
möhkəmliyi çox az olur (0,5

1,5 MPa). Hidrat bərkimə zamanı 
üyüdülmüş sönməmiş əhəngdən hazırlanan məhlulların 28 gündən 
sonra sıxılmada möhkəmliyi 2

3 MP-a çatır. Avtoklavda bərkimə 
zamanı sıxılmadı möhkəmliyi 30

40 MPa və daha çox olan sıx əhəng-
qum betonları hazırlamaq mümkündür. 
Hava əhəngindən havada-quru şəraitdə işləyən bina hissələrinin 
yerüstü hörgüləri üçün məhlullar hazırlanır.Onlardan həmçinin aşağı 
markalı betonlar, avtoklavda bərkiyən sıx və çoxməsaməli silikat 
məmulatları, iri blok və panellər, istilik-izolyasiya materialları və s. 
materiallar da hazırlanır. Hava əhəngindən qarışıq hidravlik 
yapışdırıcıların 
(əhəng-posa 
və 
əhəng-putsolan 
sementləri) 
hazırlanmasında, habelə əhəng boyalarının tərkibində də istifadə 
edilir. 
Tikintidə əhəngin geniş tətbiqi onun yerli material olması ilə də 
əlaqədardır. 


110 
110 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin