N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə77/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   ...   73   74   75   76   77   78   79   80   ...   104
N. M. A AB yli

 
§ 3. Maqnezial yapışdırıcı maddələr 
Maqnezial yapışdırıcı maddələrə kaustik maqnezit və kaustik 
dolomit aiddir. Onları istehsal etmək üçün xammal olaraq maqnezit 
(MgCO
3
) və dolomitdən (CaCO
3

MgCO
3
) istifadə edilir. 
Maqnezial yapışdırıcı maddələr digər mineral yapışdırıcı 
maddələrdən fərqli olaraq, su ilə deyil bəzi duzların sulu məhlulları ilə 
qarışdırılır. 
 
Kaustik maqnezit 
Kaustik maqneziti (MgO) istehsal etmək üçün xammal olaraq 
maqnezitdən istifadə edilir. Onun istehsalı maqnezitin xırdalanma-
sından, yandırılmasından və üyüdülməsindən ibarətdir. Maqnezit 
700

800 
0
S temperaturda yandırılır. Bu zaman o, aşağıdakı reaksiya 
üzrə parçalanır: 
MgCO
3
= MgO + CO
2

1 kq MgCO
3
parçalamaq üçün 1440 kC istilik lazımdır. Maq-
nezit şaxta yaxud fırlanan sobalarda yandırılır. Yandırılmış material 
kürəli dəyirmanda üyüdülür. Üyüdülmüş kaustik maqneziti 02 №-li 
ələkdən keçirdikdə alınan qalıq 5 %-dən, 008 №-li ələkdən keçirdikdə 
isə 25 %-dən çox olmamalıdır. 
Kaustik maqnezit ağ və ya sarımtıl rəngli tozdur. Onun həqiqi 
sıxlığı 3100

3400, tökmə sıxlığı isə 700

850 kq/m
3
-dur.
Kaustik maqneziti su ilə qarışdırdıqda bərkimə prosesi yavaş 
gedir və yapışdırıcı az möhkəmlik əldə edir. Lakin onu maqnezium-
xlorid (MgCl
2

6H
2
O) və maqnezium-sulfat (MgSO
4

7H
2
O) duzlarının 
sulu məhlulları ilə qarışdırdıqda bərkimə sürətlə gedir. Buna səbəb 
MgO-nin həmin duzların məhlullarında yüksək dərəcədə həll 
olmasıdır. 
Maqnezium-xlorid və maqnezium-sulfatdan başqa, natrium-hid-
rosulfat, sink-xlorid, dəmir-sulfat, 5

15 %-li sulfat və xlorid tur-
şularından da istifadə etmək mümkündür.
Kaustik maqnezit tezbərkiyən yapışdırıcı maddədir. Onun tut-
masının başlanğıcı tezi 20 dəqiqə, tutmasının sonu isə geci 6 saatdır. 
Kaustik maqneziti MgCl
2
məhlulu ilə qarışdırdıqda plastik qatılıqlı 


102 
102 
xəmirdən hazırlanan nümunələrin 24 saatdan sonra dartılmada 
möhkəmlik həddi 1,5 MPa, 28 gündən sonra isə 3,5

4,5 MPa olur. 1:3 
nisbətli məhluldan döyəclənib sıxlaşdırmaqla hazırlanmış nümunələrin 
28 gün havada bərkidikdən sonra sıxılmada möhkəmlik həddi 40

60 
MPa olmuşdur. Xammal materialları yüksək keyfiyyətli olduqda nü-
munələrin möhkəmliyi 80

100 MPa-a çatır. 
Kaustik maşqnezitdən tikişsiz ksilolit döşəmələr, fibrolit tavalar 
hazırlanır. 
 
Kaustik dolomit 
Kaustik dolomitin istehsalında xammal olaraq, dolomitdən 
(CaCO
3

MgCO
3
) istifadə edilir. Dolomit maqnezitə nisbətən təbiətdə 
daha geniş yayılmışdır. Məlum olduğu kimi MgCO
3
daha alçaq 
temperaturda, yəni 550
0
S-də, CaCO
3
isə ancaq 910
0
S -də parçalanır. 
Bu haldan istifadə edərək xammalı orta temperaturda, yəni 650

750 
0
S temperaturda yandırdıqda MgCO
3
parçalanaraq maqnezium oksidi 
və karbon qazı alınır, CaCO
3
isə parçalanmamış qalır: 
CaCO
3

MgCO
3
= MgO

CaCO
3
+ CO
2

Beləliklə, dolomitin yandırılmasından kaustik maqnezitlə 
kalsium-karbonatın qarışığı alınır ki, buna da kaustik dolomit deyilir. 
Dolomiti müxtəlif temperaturda yandırdıqda müxtəlif mate-
riallar alınır.650

750 
0
S temperaturda kaustik dolomit, 750

850 
0
S-də 

dolomit sementi, 900

1000 
0
S-də 

dolomit əhəngi və 1400

1500 
0
S-də odadavamlı material alınır. 
Kaustik dolomitin tərkibində MgO-nin miqdarı 15 %-dən az, 
sərbəst CaO-nin miqdarı isə 2,5 %-dən çox olmamalıdır. 
Üyüdülmüş kaustik dolomiti 02 №-li ələkdən keçirtdikdə alınan 
qalıq 5 %-dən, 008 №-li ələkdən keçirtdikdə isə 25 %-dən çox 
olmamalıdır. Onu MgCl
2
və MgSO
4
duzlarının sulu məhlulları ilə 
qarışdırırlar. Tutması və bərkiməsi kaustik maqnezitinki kimidir. 
Həqiqi sıxlığı 2780

2850 kq/m
3
-dur. Tökmə sıxlığı 1050

1100 
kq/m
3
-dur. Otaq temperaturunda tutmasının başlanğıcı tezi 3

10 saat, 
tutmasının sonu isə geci 8

20 saatdır. 
Kaustik dolomitin möhkəmliyi kaustik maqnezitin möhkəmli-
yindən azdır. Kaustik dolomitdən 1:3 nisbətində hazırlanmış və 


103 
103 
havada bərkimiş nümunələrin 28 gündən sonra sıxılmada möhkəmlik 
həddi 10

30 MPa-dır.
Kaustik dolomit kaustik maqnezitlə yanaşı fibrolit və ksilolit 
tavaların, ksilolit döşəmələrin, istilik-izolyasiya materiallarının 
hazırlanmasında və s. yerlərdə işlədilir. 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin