96
96
plastik xəmir sıxlaşmağa və qatılaşmağa başlayır ki, buna
tutmanın
başlanğıcı, sonra o, axarlığını tam itirərək
çox az möhkəmlikli bərk
materiala çevrilir ki,
buna da tutmanın sonu deyilir. Sonrakı kimyəvi
və fiziki proseslər möhkəmliyin tədricən artmasına,
yəni bərkiməyə
gətirib çıxardır.
Yarımsulu gipsi su ilə qarışdırdıqda hidratasiya reaksiyası baş
verir, yəni o, ikisulu gipsə
gips daşına çevrilir:
CaSO
4
0.5H
2
O+1,5H
2
O = CaSO
4
2H
2
O + Q.
Bu reaksiya ekzotermik reaksiyadır. 1 kq yarımsulu gipsin bər-
kiməsi zamanı 133 kC istilik ayrılır.
Yarımsulu gipsin əsas kütləsinin hidratasiyası və ikisulu gipsin
kristallaşması praktiki olaraq eyni zamanda
su ilə qarışdırıldıqdan
20
40 dəqiqə sonra qurtarır. Bu vaxt ərzində gips maksimal
möhkəmliyini əldə edir (nəm halda).
Gipsi qurutduqda onun
möhkəmliyi daha da artır. Bu hal hidratasiyanın sonrakı prosesləri ilə
deyil, suyun buxarlanması ilə izah olunur.
Gipsin xassələri və tətbiq sahələri
Yarımsulu gipsin bütün növləri öz əsas xassələrinə görə bir çox
cəhətdən eynidir. Əsas fərq onların möhkəmlikləri arasındakı fərqdir.
Gips yapışdırıcı maddələrin bütün xassələrinin təyini standart üzrə
aparılır.
Həqiqi sıxlıq. Gips yapışdırıcı maddələrin həqiqi sıxlığı
2600
2750 kq/m
3
həddi daxilində dəyişir.
Təmiz inşaat gipsinin
həqiqi sıxlığı 2670
2680, yüksəkmöhkəmlikli gipsinki isə
2720
2730 kq/m
3
-dur.
Sıxlıq. Gipsin sıxlaşdırılmamış halda tökmə sıxlığı 800
1100,
sıxlaşdırılmış halda isə 1250
1450 kq/m
3
-dur.
Dostları ilə paylaş: