inkişafı epidemiyaların qarşısının alınması və antibiotiklərin kəşfi olmuşdur.
Demoqrafik partlayış inkişaf etməkdə olan ölkələrdə ölümün səviyyəsinin aşağı
düşməsi, doğumun isə kifayət qədər yüksək səviyyədə olması ilə bağlı baş vermişdir.
Əhalinin artımı bir tarazlıq halından digərinə keçidlə müşahidə edilmişdir.
Bir tərəfdən iqtisadi cəhətdən güclü inkişaf edən böyük maliyyə potensialına və
resurslara malik olan Şimal, digər tərəfdən isə zəif, yoxsul əhalisi aclıqdan əziyyət
çəkən Cənub ölkələrindəki sosial-iqtisadi vəziyyət aşkar şəkildə dünyada qlobal-
laşma şəraitində baş verən ziddiyyətli prosesləri daha da dərinləşdirir və mürəkkəb
divergent vəziyyət yaradır.
Dostları ilə paylaş: