1. giriş
Bazar iqtisadiyyatı şəraitində dövlət tərəfindən həyata keçirilən iqtisadi siyasətin
səmərəliliyi, cəmiyyətin mövcud sosial-iqtisadi strukturundan, onun keyfiyyət
xarakteristikalarından əhəmiyyətli dərəcədə asılıdır. İnsan kapitalı səviyyəsi yüksək
olan ölkələrdə sosial-iqtisadi islahatlar daha uğurla həyata keçirilir, vergidən
yayınma meyilləri daha aşağı olur. İnsan fərdi və sosial varlıq olmaqla cəmiyyətin
ayrılmaz bir tərkib hissəsidir. Məhz insan kapitalının səviyyəsinin yüksək olması
səbəbinə görə iqtisadiyyatı ikinci Dünya müharibəsi illərində demək olar ki, məhv
edilmiş Almaniya və Yaponiya çox qısa bir müddət ərzində iqtisadiyyatının əvvəlki
vəziyyətini bərpa etməklə yüksək inkişaf templərinə nail oldular. Lakin heç bir
müharibə görməmiş yalnız iqtisadi sistemi transformasiya olunmuş bir çox ölkələr
(o cümlədən, bəzi keçmiş Sovetlər Birliyinə daxil olan ölkələr) iqtisadi inkişafın
iyirmi il bundan əvvəlki vəziyyətinə belə çata bilmirlər.
İnsan bir tərəfdən iqtisadi islahatları həyata keçirən subyekt, digər tərəfdən isə
həmin siyasətin hədəfidir. Məhz bu duallıq xüsusiyyəti, insan kapitalının fəaliyyət
göstərdiyi sosial-institusional mühitin, cəmiyyətin mövcud formal və qeyri-formal
institutlarının yaranması prinsiplərinin daha dərindən təhlil olunmasını tələb edir.
İqtisadi ədəbiyyatda bu problemlər kifayət qədər təhlil edilmişdir [1, 2, 8, 9, 10, 11].
İqtisadi inkişafın sosial amilləri onun iqtisadi komponentlərindən ayrılmazdır.
Bəzi iqtisadi nəzəriyyələrdə cəmiyyətin sosial problemləri iqtisadi problemlərindən
ayrı şəkildə baxılır. Əvvəl iqtisadi problemlər həll edilməli, sonra sosial problemlərlə
bağlı məsələlərə baxılmalıdır fikri nəinki səhv, hətta təhlükəlidir. Cəmiyyəti
düşündürən sosial problemlər, mövcud sosial-iqtisadi bərabərsizliklər, əhalinin müx-
təlif qrup və təbəqələri arasındakı əməkdaşlıq səviyyəsi, vətəndaş cəmiyyətinin for-
malaşması, partnyorluq prinsipinin real praktiki fəaliyyətdə həyata keçirilməsi
davamlı iqtisadi inkişafın təmin edilməsinin əsas və həlledici amilləridir. Bütün bun-
ları nəzərə alaraq sosial siyasət və ona təsir edən amillərə, demoqrafik problemlərə
nəzər yetirək.
Dostları ilə paylaş: