N sosial SİyaSƏt uoT 330: 332. 364 (479. 24) sosial SİyaSƏT vƏ



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə4/26
tarix28.12.2021
ölçüsü1,07 Mb.
#17192
növüXülasə
1   2   3   4   5   6   7   8   9   ...   26
68

A.Musayev, İ.qarayev

sOsİAl sİyAsƏT VƏ İqTİsADİ İNKİŞAF



1/2013


Belə  ki,  aztəminatlı  ailələr  orta  və  ya  yüksək  təminatlı  qruplara  keçir.  Bunun

nəticəsində sosial-iqtisadi bərabərsizliklər sahəsində yeni bir vəziyyət əmələ gəlir.

Vergi siyasətində vergi dərəcələrində olan dəyişikliklər analoji qaydada əhalinin

adambaşına düşən gəlirlərinə görə paylanmasındakı mövcud vəziyyəti dəyişdirir.

Bu dəyişmələr əhalinin bütün qrup və təbəqələrinə təsir göstərdiyindən meydana

gələn keçid proseslərinin qiymətləndirilməsi məsələsi qarşıya çıxır. Sosial-iqtisadi

inkişaf əhalinin təhsil səviyyəsində, səhiyyə xidmətlərindən istifadə edilməsində,

sosial transfertlərin paylanmasında yeni və daha əlverişli şərait yaradır. Demoqrafik

proseslərdə olan təsirlər bilavasitə əhalinin sayının dinamikasında və onun yaş-cins

strukturunda fərqlər əmələ gətirir ki, bu da bilavasitə cəmiyyətin demoqrafik para-

metrlərində olan struktur fərqlərin yaranmasına səbəb olur. Bu təsirlərin model-

ləşdirilməsinə gələcəkdə baxılacaqdır.

Cəmiyyət müxtəlif fərdlərdən ibarət olan bir sistem olmaqla, onun ümumi prin-

siplərini özündə cəmləşdirir. Cəmiyyətin strukturu, bir tərəfdən onun  vahid kimi

təşkilati əlaqələrini müəyyənləşdirir, digər tərəfdən isə cəmiyyətin həyati fəaliyyə-

tinin geniş təkrar istehsalını təmin edir. Cəmiyyətdə baş verən proseslərin elmi cəhət-

dən  araşdırılmasının  qarşısında  duran  məqsədlər  bir-birindən  fərqlidir.  İqtisadi

inkişaf baxımından hansı modelə üstünlük verilməsi cəmiyyətdə baş verən proses-

lərin səbəblərinin öyrənilməsini, cəmiyyət üzvlərinin maraqlarını, onların istehlak

davranışının  təhlilini,  motivlərinin  araşdırılmasını  tələb  edir.  İctimai  elmlər

qarşısında duran əsas məsələlərdən biri də insanların davamlı olaraq üzləşdiyi prob-

lemləri yaradan səbəblərin aşkar edilməsi və onlara təsir göstərə biləcək mexanizm-

lərin qurulmasından ibarətdir. Məhz cəmiyyətin sosial-iqtisadi strukturunun və onun

inkişaf dinamikasının düzgün müəyyənləşdirilməsi həyata keçirilən dövlət siyasə-

tinin səmərəli olmasının  əsas şərtlərindən biridir. Hər hansı bir ölkədə insanları

düşündürən, onları narahat edən və həlli imperativ xarakter daşıyan problemlər

cəmiyyətin struktur problemlərini müəyyənləşdirir. 

Məsələ ondan ibarətdir ki, cəmiyyət müxtəlif iqtisadi gəlirlərə, fərqli sosial-iqti-

sadi    motivlərə  malik  təbəqələrdən  ibarətdir.  Cəmiyyətin  problemlərinə  fərqli

yanaşma əhalinin dayanıqlı xüsusiyyətlərə malik müxtəlif qrup və təbəqələrinin

sosial-iqtisadi davranışının öyrənilməsini və təhlil edilməsini nəzərdə tutur. Əhalinin

eyni bir oxşar yaşayış tərzinə və ictimai vəziyyətə malik təbəqələri sosial qruplar

adlanır. Cəmiyyət müxtəlif sosial qruplardan ibarət olan bir sistemdir. Hər bir sosial

qrupun öz maraqları, gəlirlərinin formalaşması xüsusiyyətləri, istehlak davranışları

vardır. Bəzi hallarda müxtəlif sosial qruplar arasındakı maraqlar ziddiyyətli xarakter

daşıyır. Sosial qruplar birlikdə əhalinin sosial strukturunu təşkil edir. Sosial qruplar

iqtisadi, demoqrafik və digər göstəricilərə görə müxtəlif təbəqələrə bölünürlər. İqti-

sadi parametrlərinə görə aztəminatlı, orta təminatlı və yüksək təminatlı qruplara ayır-

maq olar. Demoqrafik parametrlərə görə əhali çox uşaqlı, azuşaqlı və s. qruplara

bölünür.



Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin