6. Sosial məsuliyyət və korporativ inkişaf
Qeyd edildiyi kimi, hər hansı bir siyasətin (dövlət və ya qeyri-dövlət) həyata keçi -
rilməsi zamanı maraqlı tərəflərin (aidiyyəti olan sosial qrupların) əməkdaşlıq
səviyyəsi nəzərə alınmalıdır. Sosial nöqteyi-nəzərdən məsuliyyət daşıyan müəssisə
anlayışı əslində maraqlı tərəflər nəzəriyyəsinin bir hissəsini təşkil edir. Sosial
siyasətin funksiyalarının bir hissəsinin müəssisələrə keçirilməsi onun effektivliyinin
artırılması ilə yanaşı dövlətin sosial yükünü də azaldır [10, 11].
Vaxtilə ABŞ-ın Ceneral Elektrik şirkəti maraqlı tərəflərin dörd əsas qrupunu
müəyyənləşdirmişdir [11]:
səhmdarlar;
işçilər;
müştərilər;
cəmiyyət.
Maraqlı tərəflər hər hansı şirkətdə, qurumda onun keçmiş, indiki və gələcək
fəaliyyətində müəyyən tələbləri, mülkiyyəti (sahib olduğu vəsait), hüquqları və
maraqları olan qruplardır. Maraqlı tərəflər iki qrupa bölünür:
Dostları ilə paylaş: |