imkanlarının tam şəkildə həyata keçirilməsi, cəmiyyətdə sərbəst seçim prosesləri
üçün bərabər şəraitin yaradılmasının təmin edilməsindən ibarətdir. Davamlı İnsan
İnkişafı Strategiyasında elə bir inkişaf prosesi nəzərdə tutulur ki, bu bir tərəfdən mü-
vafiq sosial iqtisadi siyasətlə tənzimlənməli, digər tərəfdən isə gələcək nəslin inkişafı
üçün zəmin yaratmalıdır. Davamlı İnsan İnkişafı Konsepsiyası öz qarşısına insan
inkişafını əsas məqsəd kimi qoymaqla ona nail olmaq yollarını araşdırır.
Son dövrlərdə dünya iqtisadiyyatında baş verən qloballaşma prosesləri, ölkələr
arasında inteqrasiya meyillərinin güclənməsi, iqtisadi inkişafda sosial faktorların
rolu nun artması davamlı insan inkişafı konsepsiyasının hər bir ölkənin regional və
mil li xüsusiyyətləri nəzərə alınmaqla yaradılması zərurətini meydana çıxartmışdır.
Artıq iqtisadi inkişaf yalnız adambaşına düşən ÜDM-in miqdarı ilə deyil, kəmiyyət
xarakteristikaları dəqiq təyin edilə bilməyən sosial faktorlarla da müəyyənləşdirilir.
Dünya iqtisadiyyatında baş verən sosial-iqtisadi inkişaf proseslərinin analizi sübut
edir ki, heç də həmişə ölkədə baş verən iqtisadi yüksəliş insan inkişafina adekvat
təsir göstərmir. Onun həyata keçirilməsi üçün iqtisadi artımla yanaşı bilavasitə insan
inkişafına xidmət edə bilən, cəmiyyətin bütün qrup və təbəqələrinin xüsusiyyətlərini
əhatə edən, ölkədə baş verən sosial-iqtisadi prosesləri insan inkişafına yönəldə bilən
institusional mühitin formalaşması zəruridir. Azərbaycanda fəaliyyət göstərən
hökumət və qeyri-hökumət təşkilatları o cümlədən BMT və Böyük Britaniyanın Oks-
fam humanitar təşkilatı və s. tərəfindən həyata keçirilən layihələr (yoxsulluğun
azaldılması ilə mübarizə, ekoloji proqramlar, gender problemləri üzrə tədqiqatlar,
tədris və səhiyyə sahəsindəki islahatlar) insan inkişafina doğru istiqamətlənmişdir.
1995-ci ildən başlayaraq hər il İnsan inkişafı haqqında milli hesabatlar dərc olun-
mağa başlanmışdır. İnsan İnkişafı İndeksi (İİİ) ölkədəki insan kapitalının keyfiyyə-
tini xarakterizə edən əsas sintetik göstəricidir. Bu indeks özündə əsas üç göstəricini
əks etdirir:
əhalinin sağlamlıq səviyyəsini xarakterizə edən orta ömür müddəti indeksi;
əhalinin təhsil səviyyəsi indeksi;
adambaşına düşən ÜDM-i xarakterizə edən indeks.
Davamlı insan inkişafı strategiyasında elə inkişaf modeli nəzərdə tutulur ki,
əhalinin bütün təbəqələrinin maraqları, cəmiyyətin müasir və prioritet inkişaf is-
tiqamətləri, ətraf mühitin gələcək nəsillər üçün qorunması təmin edilmiş olsun.
Davamlı insan inkişafı paradiqmasının əsasını aşağıdakı prinsiplər təşkil edir:
davamlılıq;
ədalətlilik;
insanların inkişafı və maddi rifah.
Davamlı İnsan İnkişafı konsepsiyasının son məqsədi özündə cəmləşdirməklə
insan inkişafını təmin edə bilən iqtisadiyyatın bütün sahələrini - səhiyyəni, təhsili,
mədəniyyəti və s əhatə edir. 2011-ci ildə Azərbaycanda insan inkişafı indeksi 0,781-
ə bərabər olmuşdur. Bu dünya ölkələri arasında 76-cı nəticədir.
Dostları ilə paylaş: