12. İqtisadi bərabərsizliklərin keçid modeli
İqtisadi inkişaf nəticəsində əhalinin maddi rifahının yüksəlməsi müxtəlif sosial-
iqtisadi qruplar arasında keçid proseslərinin baş verməsinə səbəb olur. İqtisadi
bərabərsizliklər əhalinin gəlirlərində baş verən dəyişikliklər nəticəsində əmələ gəlir.
Bu vergi dərəcələrində olan dəyişikliklər hesabına da əmələ gələ bilər. Əgər iqtisadi
inkişaf, vergi dərəcələrinin aşağı salınması əhalinin gəlirlərinin artması ilə müşahidə
olunursa, onda əhalinin bir hissəsi gəlirləri aşağı olan qrupdan gəlirləri daha yuxarı
olan qruplara keçir. Bu isə öz növbəsində həmin keçid proseslərinin kəmiyyət xarak-
teristikalarının model səviyyəsində öyrənilməsi zərurətini meydana çıxarır.
Ümumiyyətlə, əhalinin həyat səviyyəsinin tədqiqi üçün bir çox ölkələrdə o cüm-
lədən, Azərbaycanda da ev təsərrüfatlarının müayinəsi həyata keçirilir. Ev təsərrü-
fatlarının tədqiqi əhalinin müxtəlif sosial-iqtisadi qruplarını əhatə edir və rotasiya
üsulu vasitəsi ilə həyata keçirilir. Bu informasiya eyni zamanda əhalinin gəlirlərə
görə paylanması və sosial-iqtisadi bərabərsizliyi də təyin etməyə imkan yaradır.
Sosial-iqtisadi bərabərsizlikləri qiymətləndirmək üçün Lorens əyrisindən, Cini, desil
əmsallarından və s. indekslərdən geniş istifadə olunur. Lakin qeyd etmək lazımdır
ki, bu riyazi-iqtisadi metodlar mövcud vəziyyəti əks etdirir. Əgər biz müxtəlif illər
üçün bu əmsallardan hər hansı birinin məsələn, desil əmsalını hesablasaq, onda bu
dinamik sıra vasitəsi ilə yalnız sosial bərabərsizliyin artıb və azalması barədə fikir
söyləyə bilərik. Lakin bu zaman əhalinin müxtəlif sosial-iqtisadi qrupları arasında
hansı proseslərin baş verdiyini və nə qədər ev təsərrüfatının aşağı qruplardan yuxarı
qruplara keçməsini, başqa sözlə, daxildə baş verən struktur dəyişikliklərinin
kəmiyyət xarakteristikaları barədə nəticə söyləməyə imkan vermir. Təklif olunan
keçid modelində məhz bu çatışmamazlıq aradan götürülməklə əhalinin gəlirlərinin
artması nəticəsində əhalinin müxtəlif sosial-iqtisadi qrupları arasında hansı struktur
dəyişikliklərinin baş verdiyinin tədqiq edilməsinə cəhd edilmişdir. Hər bir riyazi-
iqtisadi modeldə olduğu kimi burada da müəyyən fərziyyələr irəli sürülmüşdür.
Tutaq ki, hər hansı bir baza ilində əhalinin adambaşına düşən gəlirlərinə görə
paylanması g
o
i
olmuşdur. Sonra isə əhalinin gəlirlərinin artması ilə əlaqədar olaraq
paylanma g
i
, olmuşdur. Burada i=1...m, m-əhalinin gəlirlərə görə paylanması qru-
plarının sayıdır. Azərbaycanda son illər aparılan büdcə tədqiqatlarında əhalinin gəlir-
lərə görə paylanmasında 10 iqtisadi qrup qəbul edilmişdir. f
i
və g
i
paylanmasını
almaq üçün də seçmə üsulu ilə aparılan tədqiqatlar nəticəsində alınan paylanmalar
müxtəlif modellər vasitəsi ilə (məsələn: loqorifmik normal model) toplu yığıma şamil
edilməlidir. Bu paylanmalar Dövlət Statistika Komitəsi tərəfindən hesablanaraq dərc
olunur. F
k
və G
k
paylanmasının kumulyativ sıraları aşağıdakı düstur vasitəsi ilə
hesablanır:
Dostları ilə paylaş: