Нахчыван Мухтар Республикасы Бястякарлар


(soldan) Bəstəkarlr Nəriman Məmmədov, Tofiq Bakıxapnov



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə24/60
tarix30.12.2021
ölçüsü1,99 Mb.
#23556
1   ...   20   21   22   23   24   25   26   27   ...   60
(soldan) Bəstəkarlr Nəriman Məmmədov, Tofiq Bakıxapnov, 
Bəstəkarlar İttifaqının katibi Ramiz Zöhrabov, Naxçıvan 
Bəstəkarlar Təşkilatının sədri Şəmsəddin Qasımov, Azərbaycan 


 
65 
Bəstəkarlar İttifaqının məsul katibi Lalə Hüseynova, Naxçıvan MR 
Baş Nazirinin müavini Təranə Quliyeva. 
Aprelin  16-da  Jəlil  Məmmədquluzadə  adına  Naxçıvan  Dövlət 
Musiqili  Dram  Teatrında  Plenumun  açılışı  olmuşdur.  Tədbiri  giriş 
sözü ilə Təşkilatın Sədri Şəmsəddin Qasımov açaraq bildirdi ki, bu 
gün  Naxçıvan  bəstəkarlıq  məktəbinin  yetirmələri  özlərinin  müxtəlif 
janrlarda yazdıqları yeni əsərləri ilə Sizlərin qarşısında çıxış edəcək, 
növbəti  yaradıcılıq  hesabatı  verəcəkdir.  Sonra  o,  əsərləri 
səsləndiriləcək  müəlliflərin  yaradıcılığı  haqda  geniş  məlumat  verdi. 
Eyni  zamanda  bütün  bu  uğurların  əldə  edilməsində  Ali  Məclisin 
Sədri  Vasif  Talıbovun  da  böyük  diqqət  və  qayğısının  danılmaz 
olduğunu qeyd etdi.  
  Hesabat  konsertində  bəstəkar  Rəşid  Məmmədovun  Elçin 
Nağıyevin ifasında Elman Həbibin sözlərinə  yazdığı  «Sən əbədilik-
sən»,  Həmid  Arzulunun  sözlərinə  «Xoşbəxt  ol  ay  qız»  və  «Qurban 
gedər  eşqimiz»  mahnıları;  Kamal  Əhmədovun  xalq  çalğı  alətləri 
orkestri  üçün  «Rekviyem»,  fortepiano  üçün  «Prelüdlər»,  «Lirik 
rəqs», solist Azər Cəfərovun ifasında Həsən Valehin sözlərinə «Qoşa 
çinar» mahnısı və Mübariz Əsgərovun ifasında Elbəyi Maqsudovun 
sözlərinə «Vətəndir» romansı; Azərbaycan Respublikasının əməkdar 
incəsənət  xadimi,  musiqişünas    Əqidə  Ələkbərovanın  yazdığı 
Naxçıvan  Dövlət  Universitetinin  xor  kollektivinin  ifasında  Vəli 
Qaraxanın  sözlərinə  «Vətənim  gülşən»  mahnısı;  Şəmsəddin 
Qasımovun  Naxçıvan  Dövlət  Universitetinin  və  Qızlar  Litseyinin 
xor  kollektivi  və  solist  Azər  Cəfərovun  ifasında  Həmid  Arzulunun 
sözlərinə  «Sən həmişə bizimləsən»  elegiyası, Qəribə Hüseynovanın 
ifasında  Rövşən  Hüseynovun  sözlərinə  «Zərifə  həkim»  mahnısı, 
İlyas Fərəməzoğlunun sözlərinə «Naxçıvan lövhələri» vokal süitası, 
Naxçıvan  Qızlar  Litseyinin  xoru  və  rəqs  kollektivinin  ifasında 
«Naxçıvan»,  Naxçıvan  Dövlət  Universitetinin  və  Qızlar  Litseyinin 


 
66 
xor  kollektivinin  və  solist  Elçin  Nağıyevin  ifasında  Ələkbər 
Qasımovun  sözlərinə  «Xalqımın  İlhamı»  mahnı-marşı;  Yaşar 
Xəlilovun «Odlu torpaq» 4 hissəli xoreoqrafik süita, tar və xalq çalğı 
alətləri  orkestri  üçün  «Konsert»indən    ikinci  və  üçüncü  hissələr 
(tarda  ifa  edir    Beynəlxalq  müsabiqələr  luareatı  Zeynalabdin 
Babayev),  müəllifin  öz  ifasında  fortepiano  üçün  «Prelüdiya» 
səsləndi.  Beləliklə,  Naxçıvan  bəstəkarlarının  son  üç  ildə  yazdığı 
əsərlərlə tanışlıq tamaşaçıların zövqünü oxşadı. 
Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının 2007-
ci  ilin  aprel  ayında  keçirilmiş  növbəti  -  üçüncü  hesabat  konsertində 
də  Azərbaycan  Bəstəkarlar    İttifaqının  birinci  katibi,  əməkdar 
incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabov, 
məsul  katib  sənətşünaslıq  namizədi  Lalə  Hüseynova  iştirak  etmiş, 
konsertdə  ifa  olunan  əsərlərin  müzakirəsini  keçirmiş,  məsləhət  və 
təkliflərini, tövsiyyələrini söyləmişlər. 
 
 


 
67 

Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin