Нахчыван Мухтар Республикасы Бястякарлар


Naxçıvan  Muxtar Respublikasının əməkdar incəsənət xadimi



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə21/60
tarix30.12.2021
ölçüsü1,99 Mb.
#23556
1   ...   17   18   19   20   21   22   23   24   ...   60
Naxçıvan  Muxtar Respublikasının əməkdar incəsənət xadimi, 
Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Səidə 
Məmmədova və sənətşünaslıq namizədi, musiqişünas Jalə 
Qulamova 
 
Hal-hazırda  gözəl  pedaqoq,  həssas  qəlbli  insan,  ictimai 
xadim  kimi fəaliyyətini davam etdirən  Səidə  Məmmədova  Naxçı-
van  Dövlət  Universitetində  yaranan  «Opera  studiyası»na  da 
rəhbərlik  edir.  Onun  səhnəyə  qoyduğu  Üzeyir  Hacıbəylinin  məş-
hur  «Arşın  mal  alan»  operettası  bu  gün  də  tələbələrin  ifasında 
sevə-sevə təfsir olunur.  


 
53 
Bu  dövrdə  dirijor  Rəfayıl  Kərimovun,  Məhin  Orucovanın 
fəaliyyətləri də  diqqət mərkəzində olmuşdur.  
Qeyd  edək  ki,  Naxçıvan  musiqi  mədəniyyətinin  inkişaflı, 
məhsuldar  dövründə  qazanılan  nailiyyətlər,  mətbuatda,  radio  dal-
ğalarında, televiziya verilişlərində işıqdandırılmışdır. Bu səciyyəli 
verilişlərdə  ifaçıların,  bəstəkarların,  dirijorların  həyat  və 
yaradıcılıqları,  Muxtar  Respublikada  keçirilən  musiqi  festivalları, 
müsabiqələr  Naxçıvan  musiqi  mədəniyyəti  haqqında  tarixi 
materiallar öz əksini tapır və musiqisevərlərin diqqətini cəlb edir.  
Musiqişünas Səyavuş Əlizadənin «Naxçıvan yallıları»  elmi-
tədqiqat  işinin  Muxtar  Respublikanın  musiqi  həyatında  ilk  elmi 
əsər kimi diqqəti cəlb etməsi, Məmməd Ələkbərovun «Naxçıvan el 
mahnıları»  toplusunun  işıq  üzü  görməsi  və  hazırda  bir  sıra 
musiqiçilərin  elmi-tədqiqat  işləri  üzərində  çalışmaları  Naxçıvan 
musiqi  mədəniyyətində  musiqişünaslığın  inkişafından  danışmağa 
imkan verir. 
 
 

Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin