48
bu xüsusiyyətlrə görə də görkəmli tarzənin repertuarı daim maraqlı
məzmunu və dolğunluğu ilə diqqəti cəlb edir.
Qeyd edək ki, ifaçılıq Əkrəm Məmmədovun yeganə fəaliyyət
istiqaməti deyil. Solo ifaçı olmaqla yanaşı o, ansambl rəhbəri və
müəllim kimi fəaliyyət göstərir. Məhz bu səbəbdən də Əkrəm
Məmmədov müxtəlif təşkilatlarda müəllim, orkestr və ya ansambl
rəhbəri kimi çalışaraq mədəni-kütləvi tədbirlərdə yaxından iştirak
edir. Məsələn, 60-cı illərin sonlarında onun səyi ilə Naxçıvanda öz
quruluşuna, alətlər seçiminə və tembrinə görə maraq doğuran «Əlvan
çiçəklər» adlı yeni ansambl yaranır. «Əlvan çiçəklər» mahnı və rəqs
ansamblının bədii rəhbəri kimi Əkrəm Məmmədov müxtəlif
tədbirlərdə böyük uğurla musiqili-bədii kompozisiyalar yaradır.
Dostları ilə paylaş: