Нахчыван Мухтар Республикасы Бястякарлар


partiturasına  diqqət  yetirdikdə  mahnının  melodik  dili  ilə  yanaşı



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə15/60
tarix30.12.2021
ölçüsü1,99 Mb.
#23556
1   ...   11   12   13   14   15   16   17   18   ...   60

partiturasına  diqqət  yetirdikdə  mahnının  melodik  dili  ilə  yanaşı, 
harmonik  dili,  gözəl  orkestrləşdirməsi,  musiqi  ilə  mətnin  vəhdəti 
musiqişünasları onun haqqında dəyərli fikirlər söyləməyə sövq edir.
1
 
Əgər  bəstəkar  fortepiano  üçün  yazdığı  miniatürlərdə  lirikaya 
üstünlük verirsə, tar üçün yazdığı pyeslərdə alətin texniki imkarlarını 
yüksək  sənətkar  ustalığı  ilə  təqdim  etməyə  nail  olur.  Xalq  çalğı 
alətləri  orkestri  üçün  yazdığı  əsərlər  isə  gözəl  orkestrləşdirməsi  ilə 
diqqəti cəlb edir. Orkestr alətlərinə dərindən bələd olduğundan onun 
orkestr  üçün  yazdığı  istər  iri,  istərsə  də  kiçik  həcmli  əsərlərin 
orkestrləşdirilməsi  rəvan,  səlist  professional  keyfiyyət  etibarilə 
diqqəti cəlb edir. 
Hüseyn Cavid poeziyası bəstəkarı daim düşündürmüşdür. Heç 
də təsadüfü deyildir ki, Rəşid Məmmədov bəstəkar dostu Məmməd 
Məmmədovla  birlikdə  şair  dramaturqun  «Səyavuş»  mənzum 
dramına  musiqi  bəstələmiş  və  bir  sıra  gözəl,  lirik  şerlərinə 
yaddaqalan 
melodiyalar 
yazmışdır.  Cavid  fəlsəfəsi,  Cavid 
dramaturgiyası  Rəşid  Məmmədov  musiqisində  ustalıqla  açıqlan-
mışdır. 
Bəstəkar  Cəlil  Məmmədquluzadə  adına  Naxçıvan  Dövlət 
Musiqili  Dram  Teatrı  ilə  sıx  yaradıcılıq  əlaqəsi  saxlayaraq,  bu  teatr 
üçün  25-dən  artıq  tamaşaya  musiqi  bəstələmiş  və  musiqi  tərtibatı 
vermişdir. Cəfər Cabbarlının «Nəsrəddin şah», «Od gəlini», Hüseyn 
Razinin  «Odlu  diyar»,  Kəmalə  Ağayevanın  «İsmət»,  Məhərrəm 
Əlizadənin  «İki  könül  bir  olsa»,  Ramiz  Rövşənin  «Dərs»,  Firudin 
Aşurovun «Qanlı çinar», Həsən Fətullayevin «Alınmaz qala», Həmid 
                                      
1
  Nazim  Quliyev  «Naxçıvan  musiqi  mədəniyyəti  tarixindən».  Bakı,  Elm.  1999, 
s.108 


 
45 
Arzulunun  «İtilənən  xəncərlər»  və  bir  çox  başqa  tamaşalar  üçün 
yazdığı  musiqi  vasitəsilə  bəstəkar  əsərlərin  ümumi  mövzusunun 
fəlsəfi,  psixoloji  mənasının  açılmasına  kömək  etmiş,  obrazların 
xüsusiyyətlərinə, xarakterinə uyğun musiqi nümunələri yaratmışdır. 
Əminik  ki,  özü  həyatda  olmasa  da  onun    yazdığı  musiqi 
əsərləri həmişə ifaçılarımızın repertuarını zənginləşdirəcək. 
Yaradıcılıqları  Naxçıvan  teatrı  ilə  sıx  bağlı  olan  musiqiçilər 
sırasında Səfər Rəcəbli və  Vahid Axundovun da adları var.  
 
 

Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin