(soldan) Xalq artisti, dirijor Ağaverdi Paşayev, Ü.Hacıbəyli adına
Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş
dirijoru Rauf Abdullayev, dünya şöhrətli violonçel ifaçısı
M.Rastropoviç, Azərbaycan Respublikasının əməkdar incəsənət
xadimi, bəstəkar Nazim Quliyev
57
Nazim Quliyevin simfonik orkestrin ifasında
«Nəqşi-cahan» konserti. 7 mart, 2003-cü il
(soldan) bəstəkar Nazim Quliyev, Ü.Hacıbəyli adına Azərbaycan
Dövlət Simfonik Orkestrinin dirijoru Rauf Abdullayev,
Azərbaycan bəstəkarlar İttifaqının katibi Ramiz Zöhrabov,
bəstəkar Tofiq Bakıxanov
Nazim Quliyev bu gün də pedaqoji və yaradıcılıq fəaliyyətini
əzmlə davam etdirir, yeni-yeni uğurlar qazanır. O, «Azərbaycan xalq
musiqisində çoxsəslilik», tar üçün «Qamma və arpeciolar» elmi-
nəzəri kitablarının, «Bəstəkar Məmməd Məmmədov», «Saçlar
ağarmasın neyləsin», «Naxçıvan musiqi mədəniyyəti tarixindən» adlı
3 monoqrafiyanın, yüzdən artıq elmi-publisistik məqalələrin, 2
metodik tövsiyyənin müəllifidir. Eyni zamanda son illərdə yazdığı
əsərlərdən görkəmli kamança ifaçısı Ədalət Vəzirova həsr etdiyi
«Ədalətsiz kaman» poemasının, «6 portret» süitasının, Mikayıl
Müşfiqin xatirəsinə həsr etdiyi tar və fortepiano üçün «Səni kim
58
unudar» pyesinin, f-no üçün sonatinalarının və s. adlarını çəkə
bilərik.
Yuxarıda qeyd etdiyimiz kimi, 1994-cü ildə Azərbaycan
Bəstəkarlar İttifaqının Naxçıvanda səyyar plenumu keçirilmiş və
Naxçıvan Təşkilatının hesabat seçki yığıncağında Ramiz Mirişli –
sədr, Nazim Quliyev və Əqidə Ələkbərova – müavinlər, Vasif
Allahverdiyev – məsul katib vəzifələrinə təyin edilmişlər. Səyyar
plenumda Azərbaycan Bəstəkarlar İttifaqının sədri görkəmli bəstəkar
Tofiq
Quliyev,
Azərbaycan Bəstəkarlar İttifaqının katibi,
musiqişünas Ramiz Zöhrabov, bəstəkar Ramiz Mirişli, müğənni
Yaşar Səfərov iştirak etmişlər. Bu görkəmli sənətkarların Naxçıvan
səfəri, eləcə də onların Naxçıvan bəstəkarlarının əsərləri haqqında
söylədikləri xoş sözlər, dəyərli fikirlər gənc bəstəkarları yeni-yeni
əsərlər yaratmağa ilhamlandırmışdır.
59
1998-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədri Vasif Talıbov Naxçıvanın yaradıcı ziyalıları ilə görüşdə
yaradıcı təşkilatların fəaliyyətlərini ciddi müzakirə etmişdir. Bu
görüşün nəticəsində Azərbaycan Bəstəkarlar İttifaqı Naxçıvan
Təşkilatının hesabat-seçki yığıncağı keçirilmiş, Azərbaycan Bəstə-
karlar İttifaqının sədri Tofiq Quliyevin əmrinə əsasən Nazim Paşa
oğlu Quliyev – sədr, Sevda Abbasqulu qızı Əliyeva – məsul katib
vəzifələrinə təyin edilmişlər.
60
Sonrakı illərdə Naxçıvan musiqi mədəniyyətinin inkişafında
mühüm xidmətləri olan bəstəkarlar Məmməd Məmmədov və Rəşid
Məmmədov haqqında kitablar nəşr edilmiş, Məmməd Məmmədov
haqqında sənədli film çəkilmişdir. Bu filmin ərsəyə gəlməsində
bəstəkar Nazim Quliyev və rejissor Əsgər Əsgərovun böyük
xidmətləri olmuşdur.
XX əsrin görkəmli bəstəkarı Qara Qarayevin 80 illik yub-ileyi
Naxçıvan televiziyasında, mətbuatda geniş işıqlandırılmış, həmin ilin
may ayında Türkiyə Respublikasının Ərzurum şəhərində keçirilən
fəlsəfə konqresində «Naxçıvan aşıq yaradıcılığının fəlsəfi
mahiyyəti» mövzusunda Nazim Quliyev məruzə etmişdir. Naxçıvan
Muxtar Respublikasının 75 illk yubileyi ilə əlaqədar olaraq Nazim
Quliyevin «Naxçıvan» kantatası (sözləri Elxan Əliyevindir)
Azərbaycan Dövlət Xor Kapellasının, «Cavidi düşünərkən» əsəri
Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin, tar ilə
simfonik orkestr üçün «Nəqşi-cahan» konserti Azərbaycan Dövlət
Televiziya və Radiosunun simfonik orkestrinin repertuarlarına daxil
edilmişdir.
Azərbaycan professional kollektivlərinin, professional musiqi-
çilərinin Naxçıvanda qastrol səfərləri şəhər və rayonların musiqi
həyatının zənginləşməsində böyük rol oynamışdır. Müxtəlif illərdə
dahi bəstəkarımız Üzeyir Hacıbəylinin, görkəmli sənətkarlar
Bülbülün, Xan Şuşinskinin, Tofiq Quliyevin rəhbərlik etdiyi estrada
orkestrinin. SSRİ Xalq artisti Niyazinin rəhbərliyi ilə Üzeyir
Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, SSRİ xalq
artisti Rəşid Behbudovun rəhbərlik etdiyi Azərbaycan Dövlət Mahnı
Teatrının, Səid Rüstəmov adına Azərbaycan Dövlət Xalq Çalğı
Alətləri Orkestrinin, SSRİ və Azərbaycan SSR-nin xalq artistləri
Zeynəb Xanlarovanın, Lütfiyar İmanovun, Fərhad Bədəlbəylinin və
61
bir çox məşhur müğənni və musiqiçilərin Naxçıvandakı konsertləri
Muxtar Respublikanın musiqi tarixinin parlaq səhifələrindəndir.
Dövlətimiz Naxçıvan musiqi mədəniyyətinin inkişafındakı
xidmətlərinə görə bir çox musiqiçiləri müxtəlif illərdə fəxri adlarla,
fəxri fərmanlarla təltif etmişdir. Belə ki, bəstəkar Ramiz Mirişli
Azərbaycan Respublikasının xalq artisti, bəstəkar Nəriman
Məmmədov - Azərbaycan Respublikasının əməkdar incəsənət xa-
dimi, dirijor Səidə Məmmədova - Azərbaycan Respublikasının
əməkdar mədəniyyət işçisi, tarzən Məmməd Məmmədov, akkardeon
ifaçısı Yusif Əliyev – Naxçıvan Muxtar Respublikasının əməkdar
müəllimi, bəstəkar Məmməd Ələkbərov – Naxçıvan Respublikasının
əməkdar incəsənət xadimi, bəstəkar Rəşid Məmmədov, tarzən
Əkrəm Məmmədov – Naxçıvan Respublikasının əməkdar
mədəniyyət işçisi, xənəndə Qurban Qasımov – Naxçıvan
Respublikasının əməkdar artisti, xənəndə Abdulla Babayev Azər-
baycan Respublikasının xalq artisti fəxri adlarına layiq görülmüşlər.
2000-ci ildə isə Nazim Quliyevin Bakıya köçməsi ilə əlaqədar
Naxçıvan Təşkilatının rəhbərliyi Şəmsəddin Qasımova həvalə
edilmişdir.
62
Bu gün Naxçıvan Bəstəkarlar Təşkilatına böyük qayğı gös-
tərilir, bəstəkar və musiqişünasların yaradıcılığının inkişafı üçün
lazımi şərait yaradılır. Bu qayğının və Naxçıvan Muxtar Respub-
likasında ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası
qoyulan möhtəşəm vəzifələrin layiqincə yerinə yetirilməsinin
nəticəsidir ki, 1998-ci ildə Naxçıvan Muxtar Respublika Ali Məcli-
sinin Sədri Vasif Talıbovun yaradıcı ziyalılarla görüşündən sonra
Azərbaycan Bəstəkarlar İttifaqı Naxçıvan Təşkilatının fəaliyyətində
ciddi dönüş yarandı və 2000-ci ilin may ayından yeni tələb və
tapşırıqlarla fəaliyyətə başlayan Naxçıvan Muxtar Respublikasının
63
Bəstəkarlar Təşkilatı artıq 10 ildir ki, müntəzəm olaraq Muxtar
Respublikanın ictimai – mədəni həyatında yaxından iştirak edir,
musiqi mədəniyyətimizin zənginləşməsi və inkişafı yolunda geniş
fəaliyyət göstərir.
Bəstəkarlar Təşkilatının məqsədi xalqın mənəvi zənginləş-
məsinə xidmət göstərən Azərbaycan musiqi mədəniyyətini inkişaf
etdirməkdən, musiqi irsinin qeydinə qalmaqdan, Azərbaycan bəs-
təkarlarının əsərlərini ölkəmizdə və onun hüdudlarından kənarda
təbliğ etməkdən ibarətdir. Bunun üçün Naxçıvan Muxtar
Respublikası Bəstəkarlar Təşkilatı öz fəaliyyətində Azərbaycan və
eləcə də Naxçıvan diyarının musiqi sənətinin yaradıcılıq
çoxcəhətliliyini, milli musiqi klassikasının və dünya musiqi mə-
dəniyyətinin ən yaxşı ənənələrinin qorunub saxlanması və yeniləş-
dirilməsi prinsiplərini əsas kimi qəbul etmişdir. Bu məqsədlə təşkilat
üzvləri ayrı-ayrılıqda öz öhdəsinə düşən vəzifələri dərindən dərk
edərək, musiqi mədəniyyətimizin inkişafı naminə öz yaradıcılıq
potensiallarını daha da artırmışlar. Üç bəstəkar və dörd musiqişünası
öz ətrafında birləşdirən təşkilat fəaliyyətinin 10 ili müddətində
muxtar respublika rəhbərliyinin qayğısı və köməkliyi ilə 2001-ci,
2005-ci və 2007-ci illərdə Naxçıvan bəstəkarlarının müxtəlif
janrlarda yazdıqları əsərlərindən ibarət üç hesabat konserti
keçirmişdir. Konsertlərdə Naxçıvan bəstəkarlarının yazdıqları yeni
əsərlər musiqisevərlərin dərin marağına səbəb olmuşdur.
Qeyd etdiyimiz kimi 2001-ci ildə Naxçıvan Muxtar Respub-
likası Bəstəkarlar Təşkilatının birinci hesabat konsertinin uğurlu
çıxışından sonra 2005-ci il aprelin 16-17-də Naxçıvan Muxtar Res-
publikasında Azərbayjan Bəstəkarlar Ittifaqının Səyyar Plenumu
keçirilmişdir. Plenum bütövlükdə Naxçıvan Bəstəkarlar Təşkilatının
işinə həsr olunmuşdur. Onun işində iştirak etmək üçün Bakıdan
Azərbayjan Bəstəkarlar Ittifaqının katibi, əməkdar injəsənət xadimi,
64
sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabov, respublikanın
xalq artisti, professor Tofiq Bakıxanov, respublikanın xalq artisti
Nəriman Məmmədov və Azərbayjan Bəstəkarlar Ittifaqının məsul
katibi, sənətşünaslıq namizədi Lalə Hüseynova Naxçıvana ezam
edilmişlər. Nümayəndə heyəti Naxçıvanın bir sıra mədəniyyət
ojaqlarında, o jümlədən Naxçıvan Dövlət Filarmoniyasında, Dövlət
Xalça Muzeyində, Hüseyn Javidin ev muzeyində və Möminə Xatun
məqbərəsində olmuş, habelə Naxçıvan Dövlət Universitetində
tələbələrin hazırladığı Üzeyir Hajıbəylinin «Arşın mal alan»
operettasından fraqmentlərə baxmışlar. Universitetin rektoru,
Azərbayjan Milli Elmlər Akademiyasının həqiqi üzvü Isa Həbibbəyli
qonaqları Universitet şəhərjiyi və yenicə istifadəyə verilmiş,
texnikanın son nailiyyətləri ilə təjhiz edilmiş elektron kitabxana ilə
tanış etmişdir.
Dostları ilə paylaş: |