Нахчыван Мухтар Республикасы Бястякарлар


Gülər Quliyeva, Gülnaz Məmmədova, Əkrəm Məmmədov, 1986-cı



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə19/60
tarix30.12.2021
ölçüsü1,99 Mb.
#23556
1   ...   15   16   17   18   19   20   21   22   ...   60
Gülər Quliyeva, Gülnaz Məmmədova, Əkrəm Məmmədov, 1986-cı 
il 


 
49 
Əkrəm  Məmmədov  yorulmadan    öz  fəaləyyətini  bu  gün  də 
əzmlə davam etdirir. 
İstedadlı  bəstəkar  Elxan  Muradov  «Babək  qızları»,  «Yolunu 
gözlədim»,  «Qarabuğdayı  qız»,  «Ürəyim  mənim»,  «Səndən  dönən 
deyiləm»,  «Kaş»  və  digər  lirik  mahnıların  müəllifidir.  Naxçıvan 
Dövlət  Musiqidi  Dram  Teatrı  ilə  də  yaradıcılıq  əlaqəsi  saxlayaraq 
Cəfər  Cabbarlının  «Solğun  çiçəklər»,  O.Bokayevin  «Yetkinlər», 
C.Əfruzun  «Qanqın  böyük  dalğası»,  Y.Yakovlevin  «Oğlum 
Volodya»  tamaşalarına  diqqəti  cəlb  edən  musiqi  lövhələri 
bəstələmişdir. 
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını 
tar  ixtisası  üzrə  bitirməsinə  baxmayaraq,  istedadlı  ifaçı  Azər 
Abbasov  həm  fortepianoda  xalq  mahnı  və  rəqslərinin  mahir  ifaçısı 
kimi,  həm  də  bir  sıra  maraqlı  musiqi  əsərlərinin  müəllifi  kimi 
tanınmışdır.  Bəxtiyar  Vahabzadənin  sözlərinə  yazdığı  «Dodaqda 
gəz»  mahnısı,  fortepiano  üçün  «Etüd»,  «Marş»,  kiçik  pyeslər,  xalq 
çalğı  alətləri  kvarteti  üçün  «Süita»,  xalq  mahnı  və  rəqslərinin 
fortepiano  üçün  işləmələri  müəllifin  məhsuldar  yaradıcılığının 
bəhrəsidir.  
Gənc  bəstəkar  Nizami  Məmmədovun  bu  illər  yazdığı  klarnet 
və fortepiano üçün «Skertso», «Adajio» pyesləri, «Arzuladığım qız», 
«Naxçıvanım» və i.a.  mahnıları  musiqisevərlər tərəfindən rəğbətlə 
qarşılanan  əsərlərdəndir.  Bu  dövrdə  Səyavuş  Əlizadənin  «Xətrinə 
dəydi»  (sözləri  E.Əliyevindir),  Vidadi  Heydərovun  «Komsomol» 
(sözdəri  A.Seyidovundur),  «Vətən»  (sözləri  C.Novruzundur), 
Həlimə  Məhərrəmovanın  «Səni  unuda  bilmirəm»  (sözləri  D. 
Məhərrəmovundur),  Sadiqə  Qulubəyovanın  «Niyə  gəlmirsən» 
(sözləri  A.Qulubəyovanındır)  mahnıları,  Vidadi  Heydərovun  
fortepiano  üçün  yazdığı  «Prelüdiya»,  «Elegiya»,  «Uşaq  pyesi» 
müəlliflərin ilk yaradıcılıq nümunələri kimi diqqəti cəlb edəndir. 


 
50 
İstedadlı pianoçu Yusif Məmmədov təhsilini SSRİ xalq artisti, 
məşhur  bəstəkar  Arif  Məlikovun  sinfində  başlamış,  sonra  isə 
ixtisasını dəyişərək tarix-nəzəriyyə şöbəsində oxumuşdur. O, bir sıra 
prelüdiyaların, instrumental pyeslərin, lirik mahnıların müəllifidir. 
Naxçıvan  musiqi  həyatında  bəstəkarlıq  sənətinin  inkişafı 
dirijorluq sənətinin inkişafına da mühüm təsir göstərmişdir. Belə ki, 
bəstəkarlar  Məmməd  Məmmədov,  Məmməd  Ələkbərov,  Rəşid 
Məmmədov,  Nazim  Quliyev,  Səidə  Məmmədova,  Əkrəm  Məm-
mədov,  Kamal  Əhmədov  öz  əsərlərinə  geniş  konsert  salonlarında 
dirijorluq edərək həm bəstəkar, həm də dirijor kimi tanınmışlar. 
 
 

Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin