Səidə Məmmədova, Naxçıvan MR-nın əməkdar incəsənət xa-
dimi,
Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi
Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi,
Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Səidə
Məmmədovanın da Naxçıvan musiqi mədəniyyətinin inkişafında öz
payı var.
51
Onun zəngin sənət aləmində mənimsədiyi nəzəri biliyini, əldə
etdiyi bacarığını musiqi mədəniyyətinin inkişafı prosesinə tətbiq
etməsi yaradıcılığının nəzərə çarpan əsas cəhətlərindəndir.
Səidə xanım uzun illərdir ki, Muxtar Respublikanın mədəni
həyatında yaxından iştirak edir. Belə ki, o, Naxçıvanda ilk xor
kollektivinin əsasını qoymuş, Naxçıvan MR Xor Cəmiyyətinin sədri
kimi bu sənətin inkişafına xeyli əmək sərf etmişdir. Səidə
Məmmədova respublikada keçirilən əksər mədəni-kütləvi tədbirlərdə
və bayram konsertlərində çıxış etmiş, çalışdığı musiqi, mədəni-
maarif müəssisələrinin, ayrı-ayrı musiqi kollektivlərinin hər birində
rəğbət qazanmışdır.
Yuxarıda qeyd etdiyimiz kimi, XX əsrin əvvəllərində profes-
sional musiqi incəsənətinin ənənəvi formaları ilə yanaşı, musiqi
ifaçılığında yeni formalar, o cümlədən, xor ifaçılığı yaradıcılığı
başlayır. Bu baxımdan Naxçıvanda Səidə Məmmədova fəaliyyətinin
əhəmiyyəti əvəzsizdir.
1975-ci ildə Naxçıvanda Üzeyir Hacıbəyli adına orta ixtisas
musiqi məktəbi yaradılır. Səidə Məmmədova 1975-ci ildən 1983-cü
ilədək bu məktəbin ilk direktoru işləmiş, sonrakı illərdən 1994-cü
ilədək bu məktəbdə müəllim kimi fəaliyyət göstərmiş, 1994-cü ildən
isə Naxçıvan Dövlət Universitetində yaranmış «İfaçılıq»
kafedrasının müdiridir.
O, pedaqoji fəaliyyətlə yanaşı yaradıcılıqla da məşğul olur.
Səidə Məmmədova əsasən mahnı janrında müvəffəqiyyət
qazanaraq, bir çox lirik, könül oxşayan mahnılar yaradır. Onun
Naxçıvanın tanınmış şairlərindən M.Nəsirlinin, Ə.Yusiflinin,
H.Razinin, K.Ağayevanın, E.Qasımovanın, Ə.Vəliyevin sözlərinə
bəstələdiyi «Ürəyimdə hər gün», «Ağırdır», «Ayrılıq»,
«Könlümdəsən həmişə», «Görüş», «O kaman səsi» mahnıları –
«Naxçıvan təranələri» not məcmüəsinə daxil edilmişdir. Onun
52
repertuarından «Ürəyimdə hər gün», «Doğma Naxçıvan»
mahnıları bu dövrdə də konsert salonlarında ən çox səslənən
mahrılardan hesab edilir.
Dostları ilə paylaş: |