Azərbaycan Respublikasını əməkdar incəsənət xadimi, bəstəkar Rəşid Məmmədov
Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, bəstə-
kar, pedaqoq Rəşid Rza oğlu Məmmədov Naxçıvan Muxtar
Respublikasında tanınmış ictimai xadim və bəstəkar kimi şöhrət
qazanmışdır.
Qeyd etmək lazımdır ki, 1980-ci ildən başlayaraq onun
bəstəkarlıq sənəti geniş vüsət almışdır. Azərbaycan Bəstəkarlar
İttifaqının Naxçıvan Təşkilatının ən fəal üzvlərindən biri olan Rəşid
Məmmədov musiqinin müxtəlif janrlarına müraciət edərək mahnılar,
marşlar, miniatürlər, süitalar, bir çox dram tamaşalarına musiqi
43
yazmışdır. Bu əsərlər istər musiqi forması, istər məzmunu Rəşid
müəllimin özünəməxsus yaradıcılığından danışır. Bəstəkarın