33
yaradıcılıq əlaqəni saxlayır. Məşədi Əzizbəyov adına Azərbaycan
Dram Teatrında Seyfəddin Dağlının ''Kölgələr sürünür», «Qarabağ
əfsanəsi», Gənc Tamaşaçılar Teatrında Əkrəm Əylislinin «Mənim
nəğməkar bibim», İsi Məlikzadənin «Sağlıq olsun», İ.Coşğunun
«Ana laylası», «Kiçik təpə» tamaşalarına, Cəlil Məmədquluzadə
adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Hüseyn Cavidin
«Ana», «Azər», Nazim Hikmətin «Bayramın birinci günü», Manaf
Süleymanlının «Dəyirman», Kəmalə Ağayevanın «Mənim tanrım
gözəllikdir, sevgidir» kimi bir çox tamaşalara musiqini Ramiz
Mirişli yazmışdır.
Dostları ilə paylaş: