Bəstəkar Nəriman Məmmədov Naxçıvan Musiqi Texnikumunda
Dövlət İmtahanı zamanı müəllim kollektivi ilə birlikdə
31
Bəstəkar Nəriman Məmmədov Naxçıvan Musiqi Texnikumunda,
1995-ci il.
Nəriman Məmmədov eyni zamanda Naxçıvan Bəstəkarlar
Təşkilatının işi ilə yaxından maraqlanır, təşkilatın keçirdiyi
konfranslarda iştirak edir, gənc bəstəkar və musiqişünaslara öz
tövsiyyələrini verir.
Beləliklə, Azərbaycan musiqi mədəniyyətinin inkişafında
Nəriman Məmmədovun xidmətləri bir bəstəkar, musiqişünas və
pedaqoq kimi əvəz edilməzdir.
Ramiz Mirişli Azərbaycanın görkəmli bəstəkarlarından
biridir. Bəstəkar yaradıcılığı boyu müxtəlif janrlarda əsərlər yazmış-
dır. O, 2 operettanın, kamera orkestri üçün simfoniyanın, 3 simfonik
poemanın, 4 simfonik süitanın, 3 kantatanın, səs və simfonik orkestr
üçün iki vokal məcmüənin, fortepiano üçün 12 süita və
miniatürlərin, 50-dən artıq teatr tamaşalarına və kinofilmlərə
yazılmış musiqinin müəllifidir.
|