9.
Dilqəm Məhərrəmov «A
dilbər»
İfa edir Naxçıvan Orta İxtisas
Musiqi Məktəbinin vokal an-
samblı
10.
Sadiqə Qulubəyova «Layla», İfa edir müəllif. Royalda
24
sözləri A. Qulubəyovanındır müşayət edir Əliağa Seyidov
11.
Rəşid Məmmədov «Ürək
pıçıldayır», sözləri
Ə.Yusiflinindir
Oxuyur Hünər Əliyev
12.
Rəşid Məmmədov «İntizar»,
sözləri B.Vahabzadənindir
Həmin ifada
13.
Səyavuş Əlizadə «Xətrinə
dəydi», sözləri E.Əliyevindir
İfa edirlər Sevda Vəliyeva və
Bətulə
Məmmədəliyeva.
Royalda müşayət edir Əliağa
Seyidov
14.
Azər Abbasov «Süita»
İfa edir instrumental kvartet
15.
Nazim Quliyev «Ordubad
bağları», sözləri
A.Qasımovundur
İfa edir vokal ansamblı
16.
Nazim Quliyev «Naxçıvan
eskizləri» süitasından IV və V
hissələr
Royalda
çalır
Həlimə
Məhərrəmova
17.
Səidə Məmmədova «Ürəyim-
dəsən», sözləri H.Razinindir
İfa edir vokal ansamblı
18.
Səidə Məmmədova «Sevirəm
yurdumu», sözləri
M.Nəsirlinindir
İfa edir Dilqəm Məhərrəmov
və vokal ansamblı
Konsertin bədii rəhbəri Nazim Quliyev, dirijoru Arif Məhər-
rəmov idi. Ümumiyyətlə, bu konsertin ərsəyə gəlməsində Nazim
Quliyevin əsas məqsədi Naxçıvanda bəstəkarlıq sənətinin də inkişaf
etdiyini Respubika rəhbərliyinə çatdırmaq və bu bölgədə Bəstəkarlar
İttifaqının bölməsinin yaradılmasının zəruri olduğunu göstərmək idi.
25
18 musiqi nömrəsindən ibarət böyük konsertə baxdıqdan sonra
Rauf Hacıyev bəstəkarlarla görüşdə hər bir əsəri geniş təhlil etmiş,
əsərlərin bir çoxu haqqında müsbət fikirlər söyləmiş, gənclərdən bir
neçəsinə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq
şöbəsində təhsillərini davam etdirməyi məsləhət görmüşdür. 1978-ci
ilin sentyabr ayında ulu öndərimizin göstərişi ilə Naxçıvanda
Azərbaycan Bəstəkarlar İttifaqının Naxçıvan Bölməsi yaradıldı.
Görkəmli bəstəkar, əməkdar incəsənət xadimi Ramiz Mirişli
təşkilatın sədri, Məmməd Ələkbərov isə məsul katib təyin olundular.
Bəstəkar Ramiz Mirişli 1978-ci ildən 1998-ci ilədək bu təşkilata
rəhbərlik etdi.
Onu da qeyd edək ki, 1978-ci il Naxçıvan bəstəkardıq sənə-
tinin inkişafında məhsuldar illərdən birinə çevrildi. Naxçıvan
bəstəkarları təşkilatın açılmasından ruhlanaraq yeni-yeni əsərlər
yaratdı. Məmməd Ələkbərovun, Rəşid Məmmədovun, Məmməd
Məmmədovun, Əkrəm Məmmədovun, Səidə Məmmədovanın, Elxan
Muradovun,
Azər Abbasovun, Ramiz Mirişlinin, Nəriman
Məmmədovun yaradıcılıqlarının çiçəklənməsi məhz bu dövrə
təsadüf edir.
26
Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan
Respublikasının və Naxçıvan Muxtar Respublikasının əməkdar
incəsənət xadimi,professor Nəriman Məmmədov
Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Res-
publikasının əməkdar incəsənət xadimi Nəriman Məmmədov
yaradıcılığının Azərbaycan musiqi mədəniyyətinin, eləcə də
Naxçıvan mədəniyyətinin inkişafında xüsusi yeri vardır. O, uzun
illərdir ki, bəstəkarlıq sahəsində çalışır. Bu müddətdə bəstəkar bir
çox janrlarda maraqlı əsərlər yaratmışdır.
Belə ki, bəstəkar 6 musiqili komediya (3-ü Tofiq Bakıxanovla
birlikdə), 7 simfoniya (4-cü simfoniyası dahi Azərbaycan şairi və
dramaturqu Hüseyn Cavidə, 5-ci simfoniyası isə Xocalı faciəsinə
həsr olunub), simfonik poema, fortepiano və simfonik orkestr üçün
4 konsert, tar və orkestr üçün konsert (görkəmli tarzən Ramiz
Quliyevin ifasında), skripka və simfonik orkestr üçün konsert
(Seyran Qəniyevin ifasında), fleyta və simfonik orkestr üçün
27
konsert, «Azərbaycan» oratoriyası, xalq çalğı alətləri orkestri üçün
Simfonietta, süitalar, həmçinin kamera əsərləri, 25-dən artıq dram
tamaşasına musiqi, 300-dən artıq mahnı və romans yazmışdır. Onun
3 pərdə və 6 şəkildən ibarət olan «Humay» baleti bütün dünyada
məşhurdur. Bu baletin partiturası Moskvada nəşr olunmuş, orada
məşhur dirijorların ifasında vala yazılmışdır.
Nəriman Məmmədovun bir musiqişünas kimi fəaliyyəti
Azərbaycan musiqi elminə bir sıra töhfələr vermişdir. Azərbaycan
Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunda elmi işçi
kimi çalışan musiqişünas uzun illərdir ki, muğamlarımızı nota
köçürür və onları tədqiq edir. Bildiyimiz kimi, uzun illər hesab
olunurdu ki, özünəməxsus lad-intonasiya və metroritmik cəhətləri
ilə fərqlənən muğamlar ənənəvi Avropa not sisetmi ilə yazıla
bilməz. Lakin dəfələrlə muğamın nota köçürülməsinə cəhd
göstərilirdi. Bu haqda bəstəkar Nəriman Məmmədov belə deyir:
«Musiqişünas Qəmər İsmayılova qeyd edirdi ki, ilk dəfə olaraq
muğamı 1928-ci ildə Müslüm Maqomayev nota köçürmüşdür.
Təəssüf ki, bu yazı bizə məlum deyil. 1930-cu illərin ortalarında
«Rast» və «Şur» muğamları instrumental şəkildə maestro Niyazi
tərəfindən nota salınır. Həmin dövrdə Qara Qarayev «Şur»
muğamını vokal-instrumental şəkildə nota köçürür. Məşhur rus
musiqişünası V.Belyayev özünün «Yaxın və Orta Şərq xalqlarının
musiqi mədəniyyəti» haqqında çox mühüm əsərində Qara
Qarayevin bu yazısının fraqmentlərini yerləşdirib. İlk dəfə olaraq
Tofiq Quliyev və Zakir Bağırovun 1936-cı ildə «Rast», «Dügah»,
«Zabul-Segah»
muğamlarının
nota
köçürmələrinin
nəşri
Azərbaycanın musiqi həyatında böyük bir hadisə oldu. Ondan sonra
bir çox bəstəkarlarımız muğamları nota köçürməyə başladı».
Nəriman Məmmədov özü də muğamlarımızın təbliğində böyük rolu
olan, onları nota köçürən bəstəkarlar sırasındadır. Onunla
28
müsahibələrin birində – «Nəriman müəllim, necə oldu ki,
muğamları nota salmaq qərarına gəldiniz? sualına o, belə cavab
vermişdir: «1950-ci illərin sonunda Azərbaycan Elmlər
Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun musiqi
şöbəsinin müdiri Q.Qasımov mənə muğamların nota salınmasını
təklif etdi. Böyük sevinclə razılaşdım. Muğamları uşaqlıqdan
sevirdim. Bu məhəbbət məndə tardan təhsil aldığım illərdə daha da
möhkəmləndi. Lakin bəstəkar və nəzəriyyəçi olmasaydım, çox çətin
janr olan muğamın professional yazılışını edə bilməzdim».
1
Onun
«Rast», «Cahargah», «Humayun», «Segah-zabul», «Şahnaz»,
«Rahab» instrumental muğamları Bakıda, «Çahargah», «Rast»
muğamları vokal-instrumental şəkildə, «Bayatı-Şiraz», «Şur»
muğamları isə instrumental şəkildə Moskvada nəşr edilmişdir.
Nəriman Məmmədovun Əhməd İsazadə ilə birlikdə topladığı və
nəşr etdirdiyi «Azərbaycan xalq mahnı və oyun havaları» adlı
məcmüəsi, xalq musiqi nümunələrimizin öyrənilməsi və tədqiqi
sahəsində yeni nailiyyətlərdən hesab edilir. Qeyd edək ki, bəstə-
karın muğam nəşrləri (nota köçürmələri) Rusiyada, Almaniyada,
Amerikada, İngiltərədə, Polşada, Rumıniyada, Misirdə, Türkiyədə
və digər ölkələrdə geniş yayılmışdır. O cümlədən Moskvada VII
Beynəlxalq musiqi konqresində, Alma-Atada Beynəlxalq musiqi
tribunasında, Səmərqənddə Beynəlxalq xalq musiqi simpoziumla-
rında nümayiş etdirilmişdir. Azərbaycan Milli Elmlər Akademi-
yasının Memarlıq və İncəsənət İnstitutunda xalq musiqisinin tarixi
və nəzəriyyəsi şöbəsi tərəfindən uzun illər ekspedisiyada toplanılan
xalq mahnıları və rəqsləri, eləcə də 12 muğam (bəziləri
instrumental, bəziləri isə vokal-instrumental şəkildə) YUNESKO
və İSESKO-nun xoş məramlı səfiri və Heydər Əliyev fondunun pre-
1
Yusif Hüseynov «Vəfa» ədəbi-bədii, ijtimai-publisistik curnal, 4(5) / 2004, s.11
29
zidenti Mehriban xanım Əliyevanın himayəsilə hazırlanan VII jild-
dən ibarət «Antologiya»da çap edilmişdir.
Dostları ilə paylaş: |