30
Bəstəkarın Naxçıvan Dövlət Musiqili Dram Teatrının inki-
şafında da xidmətləri az olmayıb. Onun musiqi yazdığı dram
tamaşaları içərisində, Əliyar Yusiflinin «Səadət naminə», Adil
Babayevin «Yarımçıq şəkil», Ramiq Muxtarın «Əgər sevirsənsə»,
«Şəhərli kürəkən», «Üfüqlər qızaranda» və bir sıra pyeslərə
bəstələdiyi musiqi obrazların psixoloji və fəlsəfi mənasının açıl-
masında mühüm əhəmiyyət kəsb etmişdir. O, bu gün də Naxçıvan
teatrı ilə öz əlaqəsini davam etdirir, teatrın repertuarını
zənginləşdirir.
Nəriman müəllim Dövlət İmtahanlarında iştirak etmək üçün
üzün illər Naxçıvan Musiqi Texnikmuna (indiki Naxçıvan Musiqi
Kolleci) dəvət almışdır.
Dostları ilə paylaş: