Naxçıvan Respublikasının 75-ci ildönümü ərəfəsində keçirilən
konsertdən sonra Azərbaycan Respublikasının prezidenti Heydər
Əliyevin Naxçıvan incəsənət ustaları ilə görüşü. 1999-cu il
18
Heydər Əliyev Naxçıvan MR-nin 75 illiyinə həsr olunmuş
konsertdən
sonra Naxçıvan Musiqi Texnikumununda iştirak etdiyi musiqi
kollektivlərini təbrik edir. 1999-cu il
Bildiyimiz kimi, ümummilli liderimiz Heydər Əliyevin
Azərbaycana rəhbərlik etdiyi dövrdə başqa sənət sahələri ilə yanaşı
Azərbaycan bəstəkarlıq məktəbinin və musiqişünaslığının inkişafına
böyük diqqət və qayğı ilə yanaşmışdır. İncə və həssas musiqi
duyumuna, musiqi zövqünə malik olan, Azərbaycan və dünya
musiqisinin bədii nümunələrini həvəslə dinləyən, musiqişünaslığın
elmi fikir və ideyalar dairəsini zənginləşdirən, daim musiqiçilərlə
dostluq edən bu insanın həyat və fəaliyyətini musiqi incəsənətindən
ayrı təsəvvür etmək qeyri mümkündür. Onu musiqi mədəniyyətinin
bütün çağdaş və aktual məsələləri, bəstəkarların və ifaçıların
problemləri, fikir və təklifləri, uğurları daim maraqlandırmışdır.
Ümumiyyətlə, Heydər Əliyevin Azərbaycan musiqi mədəniyyəti və
incəsənətinin inkişafı, təbliği, yüksəlişi, sağlam ənənələr üzərində
yeniləşməsi, ənənəvi musiqi sərvətimizin qorunması və yaşadılması,
yeni və müasir konsert salonlarının tikilməsi, peşəkar musiqi
kollektivlərinin səmərəli fəaliyyəti, xalqlarla və ölkələrlə musiqi-
mədəni əməkdaşlığın genişlənməsi, peşəkar musiqiçilərə yaradıcılıq
şəraiti və imkanlarının yaradılması, musiqinin müxtəlif sahələri üzrə
peşəkar kadrların yetişdirilməsi, musiqi əsərlərinin ifa olunması və
nəşri, gənclərin musiqi-estetik tərbiyəsinin fəal və düzgün şəkildə
qurulması və sairə bu kimi aktual, mühüm məsələlər və onların həlli
yolları ilə maraqlanması, musiqi mədəniyyətinin inkişafına dövlət
siyasəti səviyyəsində yanaşması onun siyasi və dövlətçilik
fəaliyyətinin bütün dövrlərini əhatə edir. Beləliklə, Heydər Əliyev
çoxillik zəngin siyasi və dövlətçilik fəaliyyəti ərzində Azərbaycan
musiqi mədəniyyətinə dair özünün çox dəyərli, maraqlı irsini
19
yaratmışdır. Bu irs XX-XXI əsr Azərbaycan musiqi mədəniyyətinin
demək olar ki, yarım əsrlik dövrünü əhatə edərək, bu dövr ərzində
Azərbaycan musiqisinin bütün sahələrini, məsələlərini, yeniliklərini
və nailiyyətlərini özündə cəmləşdirir.
1969-cu ilin iyul ayından etibarən respublikada siyasi
rəhbərliyə başlamaqla Azərbaycan tarixində keyfiyyətcə yeni dövrün
təməlini qoyan Ulu Öndər siyasi hakimiyyətinin ilk illərindən
respublikada elmin, təhsilin, mədəniyyət və incəsənətin də müasir
zamana və tələblərə, milli maraqlara və ənənələrə, gələcək tərəqqiyə
uyğun hərtərəfli inkişafı üçün uğurlu dövlət siyasəti həyata
keçirməyə başladı.
Heydər Əliyev 1969-cu ildə respublikaya siyasi rəhbərlik
edənə qədər Azərbaycanda professional musiqi incəsənəti və
bəstəkarlıq məktəbi artıq SSRİ miqyasında tanınırdı. Üzeyir
Hacıbəyli SSRİ miqyasında ilk Milli klassik - professional musiqinin
banisi kimi hörmətlə anılır, klassiklərimizə və çağdaş bəstə-
karlarımıza yubileylər təşkil olunurdu. Azərbaycan bəstəkarlarının
əsərləri SSRİ-nin müxtəlif respublikalarında, şəhərlərində tez-tez
səslənir, dirijor, ifaçı və peşəkar musiqi kollektivlərimizin ifaları
maraqla qarşılanırdı. Hətta SSRİ Mədəniyyət Nazirliyi, SSRİ
Bəstəkarlar İttifaqı tərəfindən xaricdə yaradıcılıq səfərləri,
festivallar, görüşlər, qastrol konsertləri təşkil edilərkən Azərbaycan
Bəstəkarlar İttifaqının üzvlərindən, respublikamızın ifaçılarından da
kimlərsə siyahıya daxil edilirdi. İkinci məsələ, Azərbaycanın, Orta
Asiya respublikalarının, SSRİ-nin müsəlman və türk mənşəli
xalqlarının yaşadıqları digər respublika və muxtar respublikaların
milli – mədəni ucqarlar hesab olunması idi.
Azərbaycanın mədəniyyət və incəsənət sahəsində milli ucqar
kimi qəbul edilməsi onun təmsilçilərinə də hiss etdirilirdi. Peşəkar
musiqiçilərimizə fəxri adların, mükafatların verilməsi, yeni əsərlərin
20
təsdiqi və nəşri, yeni tədbirlərin keçirilməsi, xaricdə yaradıcılıq
səfərləri bilavasitə mərkəzdə – SSRİ Bəstəkarlar İttifaqında və
Mədəniyyət Nazirliyində həll olunurdu, çox hallarda isə bu məsələlər
qəsdən biganəliklə yubadılırdı. Dövrün yazılmamış «qanunlarına»
görə, mərkəzi bəstəkarlar ittifaqının hər hansı tədbirində kimlərin və
neçə nəfərin iştirak etməsi də «yuxarının» razılığı və siyahını təsdiq
etməsi ilə baş tuta bilirdi və i.a. Azərbaycan Bəstəkarlar İttifaqının
əldə etdiyi yaradıcılıq və təşkilatçılıq nailiyyətlərinə baxmayaraq, bu
qurum
yuxarı
instansiyalarda
daim
tənqid edilir, musiqi
mədəniyyətimiz və onun təmsilçiləri haqqında «durğunçuluq»,
«ətalət», «yeniliklərə və novatorluğa meyldən uzaq», «sovet
incəsənətinin tələblərinə tam cavab verməyən» təəssüratları
formalaşdırırdılar. Yalnız bəzi dirijor, bəstəkar, musiqişünas və
ifaçılarımızın fərdi təşəbbüsləri və fəaliyyətləri Azərbaycan musiqi
incəsənətini «Milli ucqar» kimi baxımsızlıqdan, saymazlıqdan və
sairədən müəyyən qədər xilas edirdi. Bu siyasi, tarixi, mədəni
missiyanı, Milli musiqi incəsənətinin tərəqqi yollarının genişlənməsi
kimi həllivacib problemi məhz Heydər Əliyev bir siyasi rəhbər, bir
mədəniyyət hamisi, vətənini və millətini sonsuz məhəbbətlə sevən
böyük bir vətəndaş olaraq birdəfəlik aradan qaldırdı.
1
Respublikada hər bir sahədə yeniliklərin, islahatların,
aparılmasına, ətrafda baş verən bütün demokratik və tərəqqi
proseslərinin respublikanın inkişafında əks olunmasına, respub-
likanın yeni iqtisadi və sənaye potensialının tam gücü ilə qurul-
masına, hərtərəfli iqtisadi inkişafın və yüksəlişin hər bir sahəyə, o
cümlədən mədəniyyət və incəsənətin yüksəlişinə müsbət təsir
1
Ariz Abduləliyev «Heydər Əliyev və Azərbayjan musiqi mədəniyyəti». Musiqi
dünyası curnalı, №1-2, 2008, s.6
21
göstərməsinə nail olan Heydər Əliyev məhz həyata keçirdiyi inkişaf
siyasətinin uğurlu nəticələri kimi tezliklə bütün respublikanı böyük
bir tikinti, abadlaşdırma meydanına çevirdi, iqtisadiyyatın və
sənayenin bir çox aparıcı sahələrinin qurulmasına və inkişafına
imkanlar yaratdı. Bunun nəticəsində respublikamızda çoxlu sayda
yeni mədəniyyət evləri, mədəniyyət sarayları, konsert salonları
tikildi, opera və balet incəsənətinin inkişafına xidmət edən təhsil,
mədəniyyət qurumları, binaları tikilib istifadəyə verildi. Məsələn,
hazırda Ulu Öndərin adını daşıyan Heydər Əliyev Sarayı, Bakı
Xoreoqrafiya Məktəbi, Ş.Məmmədova adına Opera Studiyası,
Dövlət Mahnı Teatrı, Yaşıl Teatr, Məktəblilər Sarayı, Bakıətrafı və
respublikanın rayonlarında yeni mədəniyyət evləri, yeni uşaq musiqi
və incəsənət məktəbləri, musiqi texnikumları, Naxçıvan Muxtar
Respublikasının və Dağlıq Qarabağ Muxtar Vilayətinin Filar-
moniyaları, Naxçıvanda Musiqi Texnikumu, Konservatoriyanın
yaradılması və i.a. fikirlərimizə konkret nümunə ola bilər.
Qeyd etdiyimiz kimi, Bəstəkarlar İttifaqının fəaliyyətinin
tənzimlənməsində, musiqi sənətimizin inkişaf etdirilib dünya
miqyasında tanıdılmasında Heydər Əliyevin misilsiz xidmətləri
olmuşdur. Dahi şəxsiyyətin yaradıcı ziyalıların, o cümlədən Azər-
baycan Bəstəkarlar İttifaqının görkəmli üzvlərinin, xüsusi xidmətləri
olan bəstəkarların, musiqişünasların əməyini yüksək qiymət-
ləndirməsi, onların yaradıcılıqlarını yüksək fəxri adlar və mü-
kafatlarla dəyərləndirməsi bilavasitə Bəstəkarlar İttifaqının fəaliy-
yətinə verdiyi qiymətin bariz nümunəsidir.
1
1
Azərbayjan Respublikasının ədəbiyyat və injəsənət xadimlərinə dövlət
qayğısının artırılması haqqında Azərbayjan Respublikası Prezidentinin fərmanı.
«Azərbayjan» qəzeti, 1997, 11 noyabr
22
Azərbaycanın xarici ölkələrlə mədəni əlaqələrinin yaranması
və inkişafını daim diqqət mərkəztndə saxlayan, görkəmli sənətkarları
respublikamıza dəvət edən bu dahi şəxsiyyət bununla da Bəstəkarlar
İttifaqının beynəlxalq əlaqələrinin daha da genişlənməsinə şərait
yaradırdı. Xalqımızın böyük oğlu Azərbaycan Bəstəkarlar İttifaqının
müxtəlif
tədbirlərində,
müəllif
və
yubiley
gecələrində,
bəstəkarlarımızın yeni səhnə və konsert əsərlərinin premyeralarında
iştirak edərək, dəyərli fikir və mülahizələrini söyləmiş,
bəstəkarlarımıza dəstək vermişdir. Bu faktlar bir daha sübut edir ki,
Heydər Əliyev Azərbaycana rəhbərliyi dövründə Bəstəkarlar
İttifaqının və onun üzvlərinin yaradıcılıq fəaliyyəti ilə daim
maraqlanmış, onların uğurlarına və nailiyyətlərinə yüksək qiymət
vermişdir. Bəstəkarlar İttifaqının inkişafını, yerlərdə onun
təşkilatlarının yaradılmasına böyük qayğı göstərmişdir.
Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatı da ulu
öndərimiz Heydər Əliyevin təşəbbüsü və qayğısı ilə yaradılan
yaradıcılıq təşkilatlarındandır.
Naxçıvan Muxtar Respublikasında musiqi sənətinin inkişafının
son 35 ili Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun sayəsində
1978-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının Naxçıvan Təşkilatı
yaradılmışdır. Hələ 1976-cı ildə ulu öndərimizin tapşırığı ilə
Naxçıvanda Bəstəkarlar Təşkilatının yaranması ilə əlaqədar SSRİ
xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, bəstəkar Rauf
Hacıyev Naxçıvanda olmuş və burada Naxçıvan bəstəkarlarının
əsərlərindən ibarət konsertdə iştirak etmişdir. Konsertdə hər bir
bəstəkarın yaradıcılığı haqqında söhbət getmiş və əsərləri
səslənmişdir.
|