partituralarındakı sadə, yaddaqalan melodiyalar, maraqlı faktura,
zəngin orkestrləşdirmə, ritmik quruluş onun professionallığından
xəbər verir.
Bəstəkarlar Rəşid Məmmədov və Şəmsəddin Qasımov
İri həcmli əsərlərlə yanaşı mahnı janrı bəstəkarın yaradı-
cılığının əsasını təşkil edir. Onun Hüseyn Razinin sözlərinə yazdığı
«Doğma Naxçıvan», «Yağış yağır», Əliyar Yusiflinin sözlərinə
«Ürək pıçıldayır», Kərim Quliyevin sözlərinə «Küsmə ay qız»,
«Baxma oğlan» mahnıları «Naxçıvan təranələri» adlı not
məcmüəsinə daxil edilmişdir. Şair, dramaturq Həmid Arzulunun
44
sözlərinə bəstələdiyi «Sənsən xilaskar» mahnısı dünya şöhrətli
siyasətçi, ulu öndərimiz Heydər Əliyevə həsr olunmuşdur. Əsərin