Нахчыван Мухтар Республикасы Бястякарлар


Arif Məlikov, Şövkət Ələkbərova, Ramiz Mirişli



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə10/60
tarix30.12.2021
ölçüsü1,99 Mb.
#23556
1   ...   6   7   8   9   10   11   12   13   ...   60
Arif Məlikov, Şövkət Ələkbərova, Ramiz Mirişli 
 


 
34 
 
Ramiz Mirişli Niyazi, Arif Məlikov və Şirin Məlikova ilə 
 
Bəstəkarın  kino  musiqisi  sahəsindəki  uğurlu  yaradıcılığı 
diqqəti  cəlb  eldir.  O,  bütün  yaradıcılığı  boyu  bir  çox  kinofilmlərə, 
sənədli flimlərə və cizgi filmlərinə musiqi yazmışdır. Cəfər Cabbarlı 
adına  «Azərbaycan  film»  kino-studiyasında  çəkilmiş  rejissor 
A.Babayevin  «Alma,  almaya  bənzər»,  T.Tağızadənin  «Evdə  kişi 
var», E.Qasımovun «Köhnə dərə», Ş. Ələkbərovun «Səhrasız gecə», 
oğlu  Nazim  Mirişli  ilə  birlikdə  «Qəzəlxan»  filmləri  üçün  yazdığı 
musiqilər buna parlaq misal ola bilər. 
Ramiz Mirişli indi də əzmlə öz yaradıcılığını davam etdirir.  
O,  öz  bilik  və  bacarığını  Üzeyir  Hacıbəyli  adına  Bakı  Musiqi 
Akademiyasında təhsil alan gənc musiqiçilərə öyrədir. Onun tərtib 
etdiyi  «Kamança  məktəbi»  dərsliyindən  musiqi  məktəblərində 
istifadə  olunur.  Beləliklə,  bəstəkarın  yaratdığı  hər  bir  əsər 
musiqisevərlər tərəfindən rəğbətlə qarşılanır. 
 
Qeyd  etdiyimiz  kimi  1978-ci  ilin  sentyabr  ayında  ulu 
öndərimizin  göstərişi  ilə  Naxçıvanda  Azərbaycan  Bəstəkarlar 
İttifaqının  Naxçıvan  Bölməsi  yaradılmışdır.  Görkəmli  bəstəkar 
Ramiz Mirişli təşkilatın sədri, Məmməd Ələkbərov isə məsul katib 


 
35 
təyin olunmuşdular. Ramiz Mirişli 1978-ci ildən 1998-ci ilədək bu 
təşkilata  rəhbərlik  etmişdir.  O,  bu  gün  də  Naxçıvan  Bəstəkarlar 
Təşkilatı  ilə  yaxından  əlaqə  saxlayır,  onlara  lazımi  məsləhətlər 
verir. 
 
 

Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin