Naxçıvan MR-nın əməkdar incəsənət xadimi,
bəstəkar Məmməd Ələkbərov
Bəstəkar Məmməd Ələkbərov Naxçıvan Muxtar Respub-
likasının musiqi incəsənətinin formalaşmasına, tərəqqisinə çalışan
və onun təşəkkülündə böyük rol oynayan yüksək səviyyəli
ziyalılardan biri idi.
1950-ci illərdən başlayaraq Məmməd Ələkbərov dəfələrlə
Bakıda, Moskvada musiqi festivallarında xor və orkestr kollektiv-
lərinə dirijorluq edərək çıxış etmişdir. O, 1958-ci ildə Naxçıvanda
yaranmış «Araz» Dövlət Mahnı və Rəqs ansamblının bədii rəhbəri
və direktoru kimi də uzun müddət fəaliyyət göstərmişdir. Məmməd
Ələkbərov həm bəstəkarlıqla, həm də pedaqoji fəaliyyətlə məşğul
olumş, 1975-ci ildən başlayaraq yeganə musiqi məktəbi olan «Şəhər
musiqi» məktəbində dərs demiş, Dövlət Mahnı və Rəqs
36
ansamblında ilk dəfə xalq çalğı alətləri orkestrini yaratmış, Xalq
Yaradıcılığı Evində işləmiş, xalq mahnıları və «Yallı» rəqslərini
toplayıb nota yazmışdır. O, bir bəstəkar kimi də müxtəlif sahələrdə
çalışmışdır. Məmməd Ələkbərov dram tamaşalarına musiqi, rəqs və
xor süitaları, mahnı və romanslar, müxtəlif instrumental pyeslər və
s. əsərlər bəstələmişdir.
Məmməd Ələkbərovun yazdığı əsərlər öz xüsusiyyətlərinə
görə müxtəlif istiqamətlərə ayrılırlar. Burada yerli-vokal qrupu,
Azərbaycan professional musiqi qrupu, ümumavropa klassik musiqi
xarakterli və o dövrə xas olan kütləvi sovet mahnı janrları var.
Birinci qrup onun yaradıcılığında deniş yer tutur. Burada
Naxçıvan xalq musiqisinə xas olan intonasiyalar - motivlər, ladlar
aydın duyulur. Əsas mövzu isə yallı mövzusudur. Bəstəkar yallını
Naxçıvan musiqisinin «emblemi» adlandırırdı. Yallı zəngin
xəzinədir. Naxçıvan yallılarından bütün yerli bəstəkarlar,
musiqisevərlər geniş istifadə etmişlər. Məhz elə bunun nəticəsi idi
ki, Məmməd Ələkbərov hələ 1960-cı illərdə Naxçıvan yallılarını ilk
dəfə qələmə alaraq nota salıb, Azərbaycan xalq yaradıcılığı evinə
təqdim etmişdir. Bu mövzu altında bəstəkar «Şərur eskizləri» adlı
üç hissəli suitasını, Zahid Xəlilin sözlərinə «Hacıleylək» mahnısını
yazmışdır.
Məmməd Ələkbərovun əsərlərində aşıq motivi də özünə-
məxsus yer tutur. Misal olaraq, S.Vurğunun sözlərinə «Dilican
dərəsi», «Demə yarın vəfası yoxdur» və başqa mahnıları göstərmək
olar.
Bəstəkar Naxçıvan xalq mahnılarının intonasiyalarından da
geniş istifadə etmişdir. Kəmalə Ağayevanın sözlərinə yazılmış
«Qaytardı yurduna övladın səni», İslam Səfərlinin sözlərinə «Bata-
bat yaylağı» mahnıları buna parlaq misaldır.
37
Məmməd Ələkbərovun yaradıcılığında Azərbaycan bəstə-
karlarının əsərlərinin yazı tərzi geniş yer tutur. Məsələn, bəstəkar
Ü.Hacıbəylinin musiqi qəzəllərinə oxşar iki romans – Hüseyn Cavi-
din sözlərinə «Aləmi sevda nə imiş», Səməd Vurğunun sözlərinə
«Sevdası var» romanslarını yazmışdır.
Qara Qarayevin musiqisinə bənzər əsərlərinə isə bəstəkarın
şah əsəri olan «Məhsəti» dramına yazılmış musiqilərin bəzi parça-
larını aid etmək olar. «Şah sarayında qızların rəqsi», «Tərgülün
mahnısı» nömrələrini misal göstərə bilərik.
Kütləvi sovet mahnı janırı da bəstəkarın yaradıcılığında az yer
tutmamışdır. Burada dostluq-qardaşlıq mahnıları – Hüseyn Razinin
sözlərinə «Ufa-Naxçıvan», Nikolayevanın sözlərinə «Dom v
Kaluqe», Elmira Qasımovanın sözlərinə «Tiflis haqqında mahnı» və
başqaları var.
Bunlarla yanaşı mühüm hadisələrə, əmək qəhrəmanlarına həsr
olunmuş Elman Həbibin sözlərinə «Baykal-Amur», Əliyar
Yusiflinin sözlərinə «Yurdumun şöhrəti», İlyas Tapdığın sözlərinə
«Sovet ordusu», Səməd Vurğunun sözlərinə «Bu dünyaya sülh
gərəkdir» kimi mahnıları yazmışdır.
Məmməd Ələkbərovun yaradıcılığında vətən mövzusu,
Naxçıvana həsr olunmuş mahnılar əsas yer tutur. Elxan Əliyevin
sözlərinə yazılmış «Doğma Naxçıvan», Əliheydər Qəhrəmanovun
sözlərinə yazılmış «Araz» mahnıları buna parlaq misaldır.
Bəstəkar yaradıcılıq fəaliyyətinin ilk günlərindən Naxçıvan
Dövlət Musiqili Dram teatrına bağlanmış, ömrünün sonuna qədər
teatrda tamaşaya qoyulan bir çox əsərlərə musiqi bəstələmişdir.
Onun dram əsərləri sırasında müxtəlif mövzulu əsərlərə rast gəlmək
olur. Bunlardan İ.Əfəndiyevin «Atayevlər ailəsi», M.Təhmasibin
«Bahar» (1952), A.Muxtarovun «Ailə namusu» (1953), Qoqolun
«Evlənmə» (1954), R.Taqorun «Qanqa qızı» (1955), S.Əliyevin
38
«İki oğul anası» (1957), Karaqin Besin «Kərpic adam» (1962),
K.Ağayevanın «Məhsəti» (1964), N.Hikmətin «Kor padşah»
(1964), H.Fətullayevin «Vüqarlı gözəl» (1969), H. Razinin «Haray
səsi» (1976), Ə.Əylislinin «Quşu uçan budaqlar» (1980) və başqa
pyeslərə yazdığı musiqini nümunə göstərə bilərik. Buradan
göründüyü kimi bəstəkar Azərbaycan yazıçıları ilə yanaşı, dünya
xalqlarının yazıçı və dramaturqlarının əsərlərinə də müraciət
etmişdir.
Uzun illər bəstəkar teatrın bədii şürasının yeganə musiqiçi
üzvü olmuşdur. O, teatr tamaşalarının musiqi tərtibi ilə məşğul
olaraq teatrda musiqi kollektivinin inkişafı sahəsində çox işlər
görmüşdür. Tamaşaların musiqisi canlı müşayət olunduğundan
bəstəkar ansambla dirijorluq edir, eyni zamanda ansambla yeni
alətlər – skripka, violonçel əlavə edərək, ansamblın səslənməsini
zənginləşdirmişdir.
Məmməd Ələkbərovun yaradıcılığındə ayrı-ayrı alətlər və
müxtəlif heyətli orkestrlər üçün yazılmış əsərlər də var. Maraqlı
faktdır ki, o, alətlərdən əlinə ilk dəfə kamança aldığı üçün skrip-
kada da çala bilirdi. Bəstəkar skripka üçün ayrı-ayrı pyeslər, kamera
orkestri üçün bir sıra əsərlər yazmışdır.
Məmməd Ələkbərov xalq çalğı alətləri orkestri üçün yazılmış
əsərlərə qaboy, fleytanı əlavə edərək, qarışıq instrumental heyət
yaradırdı. Ayrı-ayrı alətlər üçün əsərlər sırasında «İki tar üçün
pyes», qaboy və fleyta üçün minitürlər, skripka üçün rəqslər var.
Bundan başqa bəstəkar Ü.Hacıbəylinin «Özbək rəqsi» adlı əsərini,
Norveç bəstəkarı E.Qriqin «Per Qünt» süitasını orkestrləşdirmişdir.
Məmməd Ələkbərovun yaradıcılığının qiymətli səhifələrindən
birini də onun musiqi haqqında yazdığı məqalələri təşkil edir.
Bəstəkar bütün yaradıcılığı boyu müxtəlif səpkili məqalələr yazmış,
bir sıra musiqi məclislərində məruzələrlə çıxış etmişdir. Burada da
39
janr və mövzu müxtəlifliyi diqqəti cəlb edir. Məsələn: bəstəkarlar
haqqında (Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Müslüm
Maqomayev, Frederix Şopen, Volfanq Amadey Motsart); ayrı-ayrı
ifaçılar haqqında (Rəşid Behbudov, Qurban Primov, görkəmli
dirijor, bəstəkar Napravnik, mahir skripkaçı David Oystrax); musiqi
sənətinin problemləri haqqında (simfonik musiqi, xalq musiqisi,
qədim alətlər, estetik tərbiyə haqqında, ideoloji tərbiyə problemləri,
uşaqlara musiqi haqqında) yazılara rast gəlinir.
Bunlarla yanaşı bəstəkar folklor musiqisini toplamaq üçün
kəndlərə, rayonlara gedərək, Naxçıvan MR-nın 40 illik yubileyi
ərəfəsində «Naxçıvan şəhərinin xalq mahnıları» məcmüəsini
yaradır. Buraya 1920-30-cu illərdə şəhərin məhşur olan folklor
nümunələri daxil edilmişdir.
1964-cü ildə Məmməd Ələkbərovun mahnılarının ilk valı
buraxılır. Moskvada «Melodiya» səs yazma firması tərəfindən lentə
alınmış bu valda Naxçıvanın istedadlı müğənnisi Elbrus
Mehdiyevin ifasında «Araz» və «Doğma Naxçıvan» mahnıları
səsləndirilir.
1972-ci də ikinci val buraxılır. Buraya Cəfər Cabbarlı, Nəbi
Xəzri, Kəmalə Ağayevanın sözlərninə Şövkət Ələkbərova, İlhamə
Quliyevanın ifasında bəstəkarın «Görüş», «Ulduzlar», «Tərgülün
mahnısı», «Biz birlikdə» mahnıları daxil edilmişdir.
Məmməd müəllim 1978-ci ildə Naxçıvanda yaranmış Azər-
baycan Bəstəkarlar İttifaqının Naxçıvan Bölməsinin ilk məsul katibi
kimi də uzun müddət fəaliyyət göstərmişdir. Radio və televiziya
mərkəzində ilk dəfə klassik musiqi və «Mozalan» musiqili – satirik
jurnalı haqqında veriliş aparmışdır. O, bir müddət orta ixtisas
musiqi məktəbində və Yusif Məmmədəliyev adına Pedaqoji
İnstitutunda da dərs vermişdir.
40
Məmməd Ələkbərov Muxtar Resbubilikanın mədəni həya-
tında göstərdiyi səmərəli əməyinə görə Naxçıvan Muxtar Respub-
likasının əməkdar incəsənət xadimi fəxri adına, bir sıra dövlət
mükafatlarına layiq görülmüşdür.
Dostları ilə paylaş: |