Imidazol və ya qlioksalin qrupu
Imidazol törəmələrini almaq üçün α – diketon və aldehid qarışığına ammonyakla təsir edirlər:
Imidazol və ya qlioksalin 900C– də əriyir, 290℃-də qaynayır. Balıq qoxusu verir. Bir çox təbii birləşməlrin (alkaloid və başqa birləşmələr) tərkibində imidazol nüvəsinə rast gəlmək olur. Zülalların hidrolizindən alınan histidin də imidazol nüvəli birləşmədir.
Tərkibində üç azot heteroatomu olan beşüzvlü tsiklik birləşmələrə triazollar deyilir. Bunların halqadakı atomları iki cür düzülə bilər:
Triazol
1, 3, 4 – triazolun törəmələrinə misal olaraqq analitik kimyada nitrat turşusunu təyn etmək üçün işlədilən nitron və ya difenil - endoanilid – dihidrotriazol 1, 2, 4 göstərmək olar.
1, 2, 3
1, 3, 4
Halqasında 4 azot atomu olan beşüzvlü birləşmələrə tetrazollar deyilir. Tetrazolu hidrogen –azid turşusunu hidrogen – sianid turşusu ilə qızdırmaqla alırlar:
Tetrazol 155 dərəcədə əriyən, asan sublimasiya edən suda yaxşı həll olan turşu xassəli kristal maddədir. Onun NH qrupundakı hidrogen metallarla əvəz olunur, bu zaman alınan duzlar xüsusən gümüş və mis duzları, zərbə və sürtünmə nəticəsində partlayır. Tetrazol törəmələrindən pentametilentetrazol təbabətdə korazol adı ilə mərkəzi əsəb sisteminə təsir etmək və ürəyin fəaliyyətini artırmaq üçün işlədilir.
nitron
Hidrogen azid
tetrazol
Tetrazol
Dostları ilə paylaş: |