Müxtəlif heteroatomlu beşüzvlü tsiklik birləşmələr
Beşüzvlü heterotsiklik halqaların əmələ gəlməsində karbon və azot atomarı ilə bərabər, oksigen və kükürd atomları da iştirak edə bilər. Bunlara misal olaraq oksazol və tiazolu göstərmək olar. Oksazol özü hələ bu vaxta qədər məlum deyil, yalnız onun bəzi homoloqları, məsələn, 2, 4 dimetiloksazol məlumdur. Oksazol birləşmələrinin praktiki əhəmiyyəti yoxdur.
oksazol
tiazol
Tiazolu almaq üçün tioformamidə xlorsirkə aldehidi ilə təsir edirlər:
Tiazol 177dərəcədə qaynayır, suda yaxşı həll olur, əsasi xassəli möhkəm birləşmədir. Tiazol nüvəsi tiamin kimi bəzi təbii birləşmələrin eləcə də penisillinin tərkibinə daxildir. Norsulfazol və ya sulfatiazol kimi əhəmiyyətli sulfamid dərman preparatları da tiazolun törəmələridir.
Tiazol
Xlorsirkə aldehidi (enol forması)
tioformamid
tiazol
Ədəbiyyat:
- M.M. Mövsümzadə, P.A.Qurbanov «Üzvi kimya» II hissə. Bakı, Maarif 1966
- S. Novruzov «Üzvi kimya praktikumu» Bakı, Təhsil 2015
Dostları ilə paylaş: |