Tiofen izatin və sulfat turşusu ilə qızdırıldıqda abı qırmızısı rəng alınır. Indi isə bu reaksiyadan tiofeni almaq üçün istifadə edirlər. Indofenin reaksiyası adlanır. Tiofen izatin və sulfat turşusu ilə qızdırıldıqda abı qırmızısı rəng alınır. Indi isə bu reaksiyadan tiofeni almaq üçün istifadə edirlər. Indofenin reaksiyası adlanır.
Indofenin reaksiyası
Dimrot daş kömür benzoldan tiofeniayırmaq üçün ona Hg (II) asetat ilə təsir etməyi təklif etmişdir. Bu zaman tiofen kristal birləşmə olan tiofenmerkuriasetat əmələ gətirir, benzol isə olduğu kimi qalır: - Dimrot daş kömür benzoldan tiofeniayırmaq üçün ona Hg (II) asetat ilə təsir etməyi təklif etmişdir. Bu zaman tiofen kristal birləşmə olan tiofenmerkuriasetat əmələ gətirir, benzol isə olduğu kimi qalır:
tiofenmerkuriasetat
- Bundan sonra kristalları ayırıb xlorid turşusu ilə qızdırmaqla ondan təmiz tiofeni almaq mümkündür:
- Tiofeni sintetik üsullarla kəhrəba turşusunun Na duzunu Pb2S3 ilə biryerdə quru distillə etməklə:
- Asetileni 300℃ temperaturda qızdırılmış dəmir kolçedanı üzərindən buraxmaqla:
Alınma üsulları:
- Xlorometilləşmə və xloroetilləşmə 2,5 mövqelərində asanlıqla baş verir. Xlorometil məhsulunun azalması 2-metiltiofen verir. Hidrolizdən sonra xloroetil növlərinin susuzlaşdırılması 2-viniltiofen verir.
- Halogenlər ilkin olaraq 2-halo törəmələri, ardınca 2,5-dihalotiofenlər verir, perhalogenləşmə C4X4S (X = Cl, Br, I) vermək üçün asanlıqla həyata keçirilir. Tiofen benzoldan dəfə daha sürətli bromlaşır.
Alkilləşmə reaksiyası
- Raney nikel ilə tiofenin kükürddən təmizlənməsi butanı verir.
Tiofenin asan 2,5-difunksionalizasiyası ilə birləşdirildikdə, desülfürizasiya 1,4-əvəz edilmiş butanlara yol verir.
desülfürizasiya
Nitrolaşma
Tiofenin nitrasiyası nitrat turşusu olmadıqda aparılmalıdır, bu partlayıcı reaksiyaya səbəb ola bilər, asetil nitrat və ya nitronium tetrafloroboratın istifadəsi qənaətbəxşdir.
α – mononitrotiofen
46, 5 dərəcədə əriyir, 225℃ qaynayır, qoxusuna və başqa xassələrinə görə nitrobenzola bənzəyir. Onu reduksiya etdikdə amintiofen və ya tiofenin alınır.
Daş kömürün toluol və ksilol fraksiyalarında tiofenin homoloqları α və β – metiltiofenlər və ya tiotolenlər və tioksen tapılır:
Tiotolen və tioksen
Pirrol qrupu
Pirrol daş kömür qətranında çox az miqdarda, sümüklərin quru distilləsi məhsulunda isə nisbətən çox rast gəlir. Pirrolu sintetik üsullarla da almaq olur. Bunlardan aşağıdakı üsulları göstərmək olar:
- Kəhrəba dialdehidinin ammonyakla kondensləşdirilməsi
2) Suksinimidin reduksiyası (Zn tozu və asetat turşusu ilə)
3) Şəkər turşusunun və ya selik turşusunun ammonium duzunun quru distilləsi
4) Pirrolun homoloqlarını almaq üçün γ – diketonlardan da istifadə etmək olar. Bu zaman tiofen alınmasında olduğu kim əvvəlcə diketon enollaşır, sonra isə enol ammonyakın təsiri ilə pirrol törəməsinə çevrilir:
5) Asetilen ilə ammonyak qarışığının yüksək temperaturda közərdilmiş boru içərisindən keçirilməsi
1936 – cı ildə K. Y. Yuryev göstərmişdir ki, Al2O3 katalizatorunun iştirakı ilə 450℃ temperaturda furana və ya tiofenə ammonyakla təsir etsək, pirrol pirrola və tiofenə su ilə təsir etsək furan, furana və pirrola H2S – lə təsir etsək tiofen alınar.
Fiziki xassə:
Pirrol 131℃ qaynayan, xloroform qoxulu şəffaf mayedir, suda həll olmur, spirtdə və efirdə yaxşıhəll olur. Şam ağacı çubuğunu HCl və pirrolda isladıb yandırdıqda qırmızı rəngli alovla yanır
Kimyəvi xassə:
Pirrol zəif əsas xasəli maddə olub, zəif turşularda həll olur. Qatı urşuların təsirindən polimerləşir. Furandan və tiofendən fərqli olaraq pirrol asan oksidləşir, hətta havada qaldıqda onun rəngi tutqunlaşır. Xrom qarışığını və ya permanqaanat ilə oksidləşdirdikdə pirrol malein turşusunun imidinə çevrilir:
pirrol
Malein imidini
Aromatikt əbiətinə görə pirrol tiofendən çox zəifdir və bilavasitə nitrolaşma və sulfolaşma reaksiyalarına girmir, lakin aromatik birləşmələr kimi o da özünə halogenlər birləşdirir. Yodda təsir etdikdə pirrolun hidrogenləri yod atomları ilə əvəz olunur və tetrayodpirrol və ya yodol alınır. Yodol sarımtıl – boz rəngli, qoxusuz kristal maddə olub təbabətdə yodoform əvəzinə antiseptik maddə kimi işlədilir.
Pirrolun aromatik xarakteri onun özünü fenol kimi aparması və bəzi reaksiylarda anilinə bənzəməsi ilə aşkar olur. Məsələn, pirrola K metalı və ya kalium – hidroksidin qatı məhlulu ilə təsir etdikdə onun kimi (NH) qrupundakı hidrogen metalla əvəz olunur və kalium – pirrol alınır. Bu reaksiyada pirrol özünü fenol kimi aparır, onun imin qrupu fenolun hidroksil qeupu kimi öz hidrogenini metalla əvəz edir.
Kalium- pirrol pirrolun homoloqlarını almaq üçün əhəmiyyətlidir. Ona metilyodidlə təsir etdikdə 1 – metilpirrol və ya N – metilpirrol alınır. N – metilpirrolu qızdırdıqda 2 – metilpirrola və ya α – metilpirrola çevrilir:
Bu reaksiyada N – metilpirrolun α – metilpirrola çevrillməsi, yəni metil qrupunun azotdan karbona keçməsi pirrolu anilinə bənzədir (metilanilinin toluidinə çevrilməsi)
α – metilpirrolun maraqlı xassələrindən biri onun piridinə və ya piridin törəmələrinə çevrilməsidir. Bu reaksiya α – metilpirrolu qızarmış boru içərisindən buraxmaqla və ya pirrola metilenyodid və kalium – hidroksiddə ya da xloroform və Na – alkoqolyatla təsir etməklə başa gəlir:
Pirrolu sink tozu və turşuların təsiri ilə reduksiya etdikdə o özünə 2 hidrogen birləşdirərək 2, 5 – dihidropirrol və ya pirrolinə çevrilir. HJ və fosfor kimi şiddətli reduksiyaedicilərlə təsir etdikdə isə pirrol özünə 4 hidrogen atomu birləşddirərək tetrahidropirrol vəya pirrolidinə çevrilir.
Pirrolin və Pirrolidin
Pirrolin 90 ℃ - də qaynayan, rəngsiz uçucumayedir. Pirrolidin isə 88, 5℃ - də qaynayır, havada tüstülənən, ammonyak qoxulu mayedir, suda yaxşı həll olur. Pirrolidin qüvvətli əsasdır. Alifatik aminlərə bənzəyir, onların reaksiyalarını verir və bir çox alifatik birləşmələrdən alına bilir. Buna bi rmisal olara pirrolidinin tetrametilendiamin duzundan alındığını göstərmək olar:
pirrol
pirrolin
pirrolidin
Pirrolidin törəmələri
Prolin, oksiprolin
Pirrolidin törəmələrindən prolin və oksiprolin maraqlıdır. Prolin və ya pirrolidin - 2 – karbon turşusu rasemik və ya l – formada kazenini və bəzi zülalların hidrolizindən alınır, suda asan həll olur. L – prolin 215 – 220℃ - də əriyən bərk maddədir. Rasemik prolin sintetik üsulla α, σ – dibromvalerian turşusu ilə ammonyakan alınır, 205℃ - də əriyir.
Oksiprolin və ya 4 – oksipirrolidin – 2 – karbon turşusu jelatin kimi bəzi mürəkkəb zülalların hidrolizi zamanı alınır.
Pirrol və onun yuxarıda öyrəndiyimiz homoloqları və törəmələri nəzəri cəhətdən çox əhəmiyyətlidir. Çünki pirrol nüvəsi xlorofil, hemoqlobin və bir çox başqa bitki və heyvan mənşəli birləşmələrin tərkibində olur.
prolin
oksiprolin
İKİ VƏ DAHA ÇOX HETEROATOMLU BEŞÜZVLÜ BİRLƏŞMƏLƏR
Tərkibində 2 azot heteroatomu olan beşüzvlü doyamamış tsiklik brləşmələrdən pirazol və imidazolu və ya qlioksalini göstərmək olar.
Pirazol qrupunu sadə nümayəndələri aşağıdakılardır:
pirazol
Imidazol və ya qlioksalin
pirazol
pirazolidin
pirazolin
Alınma:
Pirazol, propargil aldehidinin asetalına hidrazinlə təsir etməklə alırlar:
Asetilenə diazometanla təsir etməklə alınır:
Pirazol 700C– də əriyir və 1800C – də qaynayır.
Fiziki xassə:
Oksidləşməyə qarşı çox davamlıdır, piroldan daha qüvvətli əsas olub, turşularla asan hidroliz olunan duzlar əmələ gətirir. Asan halogenləşir, nitrolaşır və sulfolaşır. Aminpirazollar anilin kimi diazolaşır, diazoniumpirazollar fenollarla müvafiq azoboyaqlar əmələ gətirir. Pirazola gümüş oksidi ilə təsir etdikdə gümüşpirazol əmələ gəlir. Bu birləşməyə metilyodidlə təsir edərək metilpirazol alırlar:
Kimyəvi xassə:
1 – metilpirazolu qızdırdıqda və ya ona HJ – lə təsir etdikdə o izomerləşərək, pirazolun homoloqu olan 5 – metilpirazola çevrilir. Pirazolun homoloqlarını oksidləşdirdikdə müvafiq pirazolkarbon turşuları alınır.
gümüşpirazol
1 – metil pirazol
5 – metil pirazol
Pirazol qrupu üçün tautomerlik hadisəsi də xarakterikdir. Buna misal olaraq, metilfenilpirazolun mövcud olan iki izomerinin 1 – fenil 3 – metilpirazol və 1 – fenil 5 – metilpirazolun çevrilməsini göstərmək olar. Bu 2 birləşmədə fenil qrupunu hidrogenlə əvəz etdikdə, unların hər ikisindən eyni məhsul – 3 – metilpirazol alınır.
Bu tautomerlik hidrogenin bir azotdan digərinə keçməsi ilə başa gəlir.
I və II formullar eyni maddədir. Heterotsikldə olan atomları lazımi qayda ilə, yəni NH – dan N - ə doğru , sonra CH – lara doğru nömrələmək lazımdır.
Bu tautomerlik hidrogenin bir azotdan digərinə keçməsi ilə başa gəlir
Dostları ilə paylaş: |