ŞƏPƏ (Dirnıs, Tivi) – ləpə, dаlğа. –Şəpə аz qаlа məni
bаsmışdı.
ŞƏPİX' (Milax) - ətin üzərindəki yeyilməyən hissə. –
Yuyanda g
ərəx' ətin şəpiyin təmmizdiyəsən.
ŞƏRÇİL (Daylaqlı) – şər atan. –Tofiq dayı şərçil
kişidi, hammı qorxur onnan.
ŞƏRXATA (Naxçıvan) – təhlükəli adam, şər atan. –Elə
şərxata uşaxdı ki.
ŞƏRİM (Zeynəddin) – abır-həya. –Adamın gərəx' bir
şərimi ola da.
ŞƏRİT (əksər şivələrdə) – paltar sərilən ip. –Yağış
yağır, dur şəritdən paltarrarı yığ.
ŞƏST (əksər şivələrdə) – qəddi-qаmət. –Şəstinə
yаrаşdırmırsаn bını əlində аpаrаsаn?
ŞƏSTNƏN (Hacıvar) – qorxmadan, açıq bir şəkildə,
c
əsarətlə. –Uşaxlardan biri şəstənən çıxdı Aşıx Hüseyinin
qabağna ki, mən gedərəm.
ŞƏTƏ (əksər şivələrdə) – alaq otunu kökündən kəsmək
üçün düz
əldilmiş dəmir alət. –Şətəynən bı otdarı təmizdiyərix'.
Dostları ilə paylaş: