Tədqiqatın nəticələri və müzakirəsi: Şahbuz rayonu dəniz səviyyəsindən 1100 m hündürlükdə
yerləşir. Ərazisi 838,04 km
2
, əhalisi 24 min nəfərdir. (01.01.2013-cü il). Mərkəzi Şahbuz şəhəridir.
Rayon ərazisi əsasən dağlıq hissədən ibarətdir. Yayı quraq keçən soyuq iqlim tipinə malikdir. Orta
temperatur yanvarda -10
0
C-dən -15
0
C-yə qədər, iyulda 20-30
0
C-dir, illik yağıntı 400-600 mm-dir.
Rayon ərazisindən Naxçıvançay və onun qolları axır. İçməli suda flüorun miqdarı 0,11mq/l-dir.
Əsasən kənd təsərrüfatı rayonudur.
Şahbuz rayonunda yaşayan yerli əhali arasında aparılmış klinik-epidemioloji tədqiqatlar
nəticəsində aşkar edilmiş əsas stomatoloji xəstəliklərdən dişlərin kariyeslə zədələnməsi və onun
intensivliyi cədvəl 1-də verilmişdir.
Cədvəl 1.
Müayinə
olunanların
yaşı
Müayinə
olunanların
sayı
Kariyes
%-lə
p
K
P
Ç
kp
KPÇ
p
6
102
92
90,20±2,94
-
576
-
-
576
5,65±0,24
-
12
98
80
81,63±3,91
p>0,05
309
7
-
316
2,22±0,18
p<
0,001
99
15
89
73
82,02±4,07
p>
0,05
524
12
12
278
3,12±0,19
p> 0,05
35-44
58
57
98,28±1,71
p
<0,01
170
115
502
787
13,57±0,48
p<
0,001
65-74
54
54
100,00±0,00
p>0,05
54
15
691
760
14,07±0,51
p >0,05
Cəmi:
401
356
88,78±1,58
-
1633
149
1205
2717
6,78±0,13
-
Cədvəldən göründüyü kimi, yerli əhalinin müxtəlif yaş qruplarında kariyes xəstəliyinin
yayılması fərqlidir. Belə ki, kariyesin yayılması 6 yaşlılarda 90,20± 2,94%, 12 yaş qrupunda
81,63± 3,91% və 15-yaşlı yeniyetmələrdə 82,02± 4,07% olduğu halda yuxarı yaş qruplarında bu
göstəricilər yüksək olmuşdur. Yəni 35-44 yaşında 98,28±1,71% və 65-74 yaş qrupunda isə 100,00±
0,00% olmuşdur. Rayon əhalisi arasında kariyesin yayılması orta hesabla 88,78± 1,58% təşkil edir.
Kariyesin intensivlik göstəricilərinə gəldikdə isə KPÇ indeksi müayinə olunanlar arasında
6,78±0,13-ə bərabərdir. kp+KPÇ indeksinin göstəricisi
6 yaşlılarda 5,65±0,24 olduğu halda, KPÇ indeksi 12 və 15 yaşlarında uyğun olaraq
3,22±0,18 və 3,12 ± 0,19 olmuşdur. Yuxarı yaş qruplarında bu göstərici 35-44 yaşında 13,57± 0,48,
65-74 yaşında isə 14,07± 0,51 olmuşdur. Bu göstəricilərdən belə bir nəticəyə gəlmək olar ki,
stomatoloji xidmətin səviyyəsi çox aşağıdır. Plomblu dişlərin müayinə olunanların hər nəfərinə orta
hesabla 0,3 düşməsi deyilənləri bir daha təsdiq edir. Stomatoloji xidmətin səviyyə göstəricisi
müxtəlif olub 0-15% yəni pis və qeyri kafi səviyyədədir. Şahbuz inzibati rayonu ərazisində yaşayan
yerli əhali arasında aparılmış klinik-epidemioloji müayinələr zamanı parodont xəstəliklərinin və
onun ayrı-ayrı formalarının müxtəlif yaş qruplarında yayılması cədvəl 2-də verilmişdir.
Cədvəl 2
Müayinə
olunanların
yaşı
Müayinə
olunanların
sayı
Parodont xəstəlikləri
p
Gingivit
Parodontit
Parodontoz
Cəmi
6
102
53
51,96±4,95
-
-
53
51,96±4,95
-
12
98
30
30,61±4,66
4
4,08±2,00
-
34
34,69±4,81
p< 0,05
15
89
26
29,21±4,82
19
21,35±4,34
-
45
50,56±5,30
p< 0,05
35-44
58
6
10,34±4,00
26
44,83±6,53
18
31,03±6,07
50
86,21±4,53
p< 0,001
65-74
54
4
7,41±3,56
8
14,81±4,83
23
42,59±6,73
35
64,81±6,50
P< 0,01
Cəmi:
401
119
29,68±2,28
57
14,21±1,74
41
10,22±1,51
217
54,11±2,49
-
Cədvəldən göründüyü kimi, rayonun 401 nəfər yerli əhalisi arasında aparılmış stomatoloji
müayinələrdə parodont xəstəliklərinin və onun ayrı-ayrı formalarının yayılması müxtəlif yaş
qruplarında fərqlidir. Belə ki, müayinə olunan yerli əhalinin 54,11±2,49%-i yəni, yarısından
çoxunda parodont xəstəliklərinə rast gəlinmişdir.
Ayrı-ayrı yaş qruplarında, 6 yaşlılarda parodont xəstəliyi 51,96% olmuşdur. 12- yaşlılarda bu
göstərici ən az 34,69± 4,81%, 15 yaşlı yeniyetmələrdə 50,56 ± 5,30%, ən çox isə 35-44 yaşlarında
86,21± 4,53% rast gəlinmişdir.
Parodont xəstəliklərinin ayrı-ayrı formalarından gingivitlərə ən çox 6 yaşında 51,96± 4,95%,
ən az isə 65-74 yaş qrupunda 7,41± 3,56% rast gəlinmişdir. 15 və 12 yaşlarında uyğun olaraq
29,21± 4,82, 30,61± 4,66% olmuşdur. 6 yaşlılarda parodontit və parodontoz xəstəliyinə rast
100
gəlinməmişdir. Parodontoz xəstəliyi 12 və 15 yaşlarında da müşahidə olunmamışdır. Parodontitlərə
əhali arasında 14,21± 1,74%, gingivitə 29,68± 2,28%, Parodontoz xəstəliyinə isə 10,22±1,51% rast
gəlinmişdir. Parodontitlərə ən çox 35-44 yaş qrupunda 44,83± 6,53%, parodontoz xəstəliyinə isə ən
çox 42,59± 6,73% 65-74 yaş qrupunda rast gəlinmişdir. Bütün bunlar rayon əhalisinin
parodontoloji xidmətə böyük ehtiyacı olmasını göstərir. Alınan nəticələr statistik dürüstdür t< 0,05.
Şahbuz inzibati rayonunun yerli əhalisi arasında aparılmış klinik-epidemioloji müayinələr
zamanı aşkar edilmiş əsas stomatoloji xəstəliklərin rastgəlmə göstəricisi fərqlidir.
Diş kariyesinin və parodont xəstəliyinin yayılması ayrı-ayrı yaş qruplarında müxtəlif olmaqla,
orta hesabla rayon əhalisi arasında uyğun olaraq 88,78±1,58% və 54,11±2,49% təşkil edir.
Beləliklə, rayon əhalisinin stomatoloji xəstəliklərin profilaktikasına və stomatoloji xidmətin
təşkilinin
optimallaşdırılmasına ehtiyacını nəzərə alaraq əlavə tədbirlər görülməsi
məqsədəuyğundur.
Dostları ilə paylaş: |