Naxçivan döVLƏt universiteti 1967



Yüklə 4,47 Mb.
Pdf görüntüsü
səhifə123/190
tarix29.12.2016
ölçüsü4,47 Mb.
#3815
1   ...   119   120   121   122   123   124   125   126   ...   190
 
 
 
 
 
 
                         
fermanxudaverdiyev@mail.ru
                                                                                                                                           
UOT: 631,8             
NAXÇIVAN MUXTAR RESPUBLİKASININ  TORPAQLARINDA  VANADİUMUN 
MİQDARI 
 
    Vanadium  əsl  maqma  elementi  olub,  titan  –  maqnemitlərdə  toplanır.  O,  həm  də  başqa 
süxurlarda da mövcuddur. A.P.Vinoqradov ( 1957 ) göstərir ki, vanadium həm də V
III
 formada olur 
və  bu  formada  az  mütəhərrikdir.  Təbii  məhsullarda  az  mütəhərrikdir.  Biosferdə  vanadiumun 
geokimyəvi  tarixi  haqda  danışarkən  A.P.Vinoqradov  (  1957  )  süxurlarda  vanadiumun  miqdarını 
aşağıdakı qaydada göstərir: 
   Ultraəsas süxurlarda ( peridotitlərdə _ - 2.10
-20
% ( 200 mq/kq ), əsas süxurlarda (bazaltlar) – 
2.0
-20
% ( 200 mq/kq ), gildə və slantslarda – 1,3.10
-2
 ( 130 mq/kq ), qranitlərdə 4.10
-30
% (40 mq/kq 
), yer qabığında vanadiumun orta miqdarı 1,5.10
-20
% ( 150 mq/kq ) təşkil edir.  Çökmə  süxurlarda 
vanadiumun miqdarı dar çərçivədə olub, paylanması da eyni şəkildədir. 
   Vanadiumun mineralogiyasına gəldikdə demək lazımdır ki, artıq onun 50 mineralı müəyyən 
edilmişdir. 
   A.E.Fersman ( 1959 ) göstərir ki, əsas rolu kompleks şəklində ([Vo
4
]-3 ([Vo
2
]
-1
) olan V+5 
oynayır. 
   Minerallar içərisində +3 ionu ilə nisbətən çox yayılanlar aşağıdakılardır: Doskarlit, lavrovit, 
Aleksandrit  və  başqaları.  Vanadiumun  geokimyəvi  miqrasi-yasına  gəldikdə  A.E.Fersman  (  1959  ) 
göstərir ki, bu məsələ hələ tam həllini tapmamışdır. Bu haqda danışarkən A.E.Fersman göstərir ki, 
dərinliklərin 3 valentli ionunun üst qatda beş valentliyə keçməsi böyük çətinlik törədir. 
   Naxçıvan  MR torpaqlarında   1965-ci ilə qədər  vanadiumun  miqdarı  tədqiq edilməmişdir.  
  Həmin  ildən etibarən  B.Q.Şəkurinin  rəhbərliyi    və iştirakı ilə  genetik torpaq tiplərində 
başqa  mikroelementlərlə    yanaşı  vanadiumun    miqdarı,  torpaqda    toplanma  qanunauyğunluğu  
tədqiq edilmişdir.  Müəyyən edilmişdir ki, torpaqda  vanadiumun  miqdarı çox  amillərdən asılıdır. 
Bunlardan    torpaq  əmələ-  gətirən  süxurların    mineraloji  və  qranulometrik    tərkibini,  
torpaqəmələgəlmə  tipini    üzvi    maddənin  kəmiyyət    və  keyfiyyətini    eroziya    prosesinin  
intensivliyini, qrunt  sularının yatım səviyyəsini,   kimyəvi tərkibini göstərmək olar. 
Qeyd  etmək  lazımdır  ki,  litosferdə    vanadiumun    miqdarı  0,59%-dir  ki,  bu  da    litosferdə  
borun, misin,molibdenin  və kobaltın  miqdarından  çoxdur.  
Vanadium    çöküntü  və  karbonatlı  süxurlarda    çox  miqdarda  olur.  Naxçıvan  Muxtar 
Respublikası ərazisində  vanadiumun  göstərilən amillərlə əlaqədar miqdarı  öyrənilmişdir. Ərazidə  
eroziyaya    məruz  qalmış  torpaqlarda  vanadium    öyrənilmiş  və  eroziyanın    intensivliyindən    asılı 
olaraq onun kəmiyyət və  keyfiyyətində  baş verən  dəyişiklik tədqiq  edilmişdir.  
1 saylı cədvəlin  rəqəmlərindən  görünür ki, ibtidai çimli dağ- çəmən  torpaqların  profilində 
vanadiumun miqdarı 120,0-260,0 mq/kq arasında  olmuşdur. Vanadium maksmium miqdarda  üst 
qatda toplanır ki, bu da həmin torpaqda  çoxlu  üzvi  maddənin  miqdarı  ilə  bağlıdır. Aşağı qatda  
vanadiumun  miqdarı kəskin  azalır. 
Çimli    dağ-çəmən  torpaqlarının    profilində    vanadiumun  miqdarı    110-380  mq/kq 
arasındadır. Bu torpaqlarda  vanadiumun biogen səciyyəvi  olması  özünü  təzahür edir, belə ki, üst 
qatda  380,0 mq/kq  təşkil  edir. Vanadiumun biogen akkumulyasiyası  əsasən  çox  humuslu üst  (2-


117 
 
7 sm) qatda  müşahidə edilir. Profilin aşağı  qatlarında onun  miqdarı  tədricən azalır və profilində  
ikinci maksimumun  olması  müəyyən  edilməmişdir.   
 
 
 
 
 
 
 
 
                       Cədvəl  1 
İbtidai  çimli dağ-çəmən  torpaqlarının  profilində vanadiumun miqdarı 
Kəsim 
№ 
Torpağın adı  
Eroziyaya  uğrama 
dərəcəsi  
Dərinlik sm-lə  
Kobaltın  miqdarı 
mq\kq  
la 
İbtidai  çimli dağ-çəmən 
Şahbuz rayonu   
uğramamış 
0-10 
10-25 
260,0 
120,0 

uğramamış 
0-10 
150,0 
                                                                                                 Cədvəl  2 
  Çimli dağ-çəmən  torpaqlarının  profilində vanadiumun miqdarı 
Kəsim 
№ 
Torpağın adı  
Eroziyaya  uğrama  
dərəcəsi  
Dərinlik sm-lə  
Kobaltın  miqdarı 
mq\kq  
2a 
 
 
 
 
 
 
İbtidai  çimli dağ-çəmən 
Şahbuz rayonu   
Uğramamış 
 
 
 
 
2-7 
7-55 
15-30 
30-42 
42-50 
 
380,0 
210,0 
280,0 
200,0 
110,0 
 
18 
 Orta 
dərəcədə 
uğramış 
0-15 
15-36 
36-62 
 
310,0 
250,0 
150,0 
Təsvir  etdiyimiz  torpaqlarda    vanadiumun  çoxluğu  həm  də    onunla  izah  edilir  ki,  burada  
torpaq əmələ gətirən  süxurlar  içərisində  ultrasəs və əsas  süxurların  nümayəndələrindən dunitlər, 
peridoditlər, piroksenitlər, bazaltlar daha  çoxdur. Bu süxurlarda vanadiumun miqdarı çoxdur ki, bu 
da öz əksini  üzərində əmələ  gələn  torpaqlarda  tapır (200mq\kq və ondan  da çox).  
                                                                                                           Cədvəl  3 
                           Bozqır dağ-çəmən  torpaqların  profilində vanadiumun miqdarı 
Kəsim 
№ 
Torpağın adı  
Eroziyaya 
uğrama 
dərəcəsi  
Dərinlik sm-lə  
Kobaltın  miqdarı 
mq\kq  

Bozqır dağ-çəmən 
Şahbuz rayonu   
Uğramamış 
0-12 
12-23 
23-47 
47-77 
77-85 
210,0 
250,0 
180,0 
200,0 
110,0 

Bozqır dağ-çəmən 
Şahbuz rayonu   
Orta dərəcədə uğramış 
0-17 
17-40 
40-72 
72-110 
80,0 
250,0 
170,0 
170,0 
539 
Bozqır dağ-çəmən 
 
Uğramamış 
 
0-7 
7-15 
15-27 
27-42 
630,0 
210,0 
170,0 
140,0 
541 
Ordubad rayonu  
Orta dərəcədə uğramış 
0-5 
5-12 
12-17 
100,0 
300,0 
330,0 
                                                                                                               
Cədvəl  4 
Qəhvəyi dağ-meşə  torpaqların  profilində vanadiumun miqdarı   
 
                                     
Kəsim  Torpağın adı  
Eroziyaya  uğrama  Dərinlik sm-lə  
Kobaltın  miqdarı 


118 
 
№ 
dərəcəsi  
mq\kq  
350 
 
 
Maddələrindən  yuyulmuş  
qəhvəyi dağ-meşə 
  Şahbuz rayonu   
 
Uğramamış 
3-15 
15-39 
39-51 
260,0 
200,0 
30,0 
26 
Orta 
dərəcədə 
uğramış 
0-23 
23-46 
46-70 
120,0 
100,0 
100,0 
806 
Maddələrindən  yuyulmuş  
qəhvəyi dağ-meşə 
  Ordubad rayonu 
Şiddətli    dərəcədə 
uğramış  
0-5 
5-12 
 
8,0 
8,0 
 
  
Həmin    torpaqların    eroziyaya    məruz    qalmış    növlərində    vanadiumun  miqdarı  xeyli  
azalaraq, profildə 150-310 mq\kq arasında  tərəddüd edir. Hesablamalar   göstərir ki, orta  dərəcədə 
eroziyaya    məruz  qalmış    torpaqlarda  eroziyaya    məruz  qalmamış    torpaqla  müqayisədə  
vanadiumun itkisi (0-15sm qal-da)  198 kq-a qədər  təşkil edir. 
Dağ-çəmən  torpaq  tipinin    bozqır    yarım  tipi  profilində  vanadium  çox    olması    ilə 
səciyyələnir. 
2  saylı    cədvəlin  rəqəmlərindən    göründüyü  kimi  Şahbuz    rayonunda    yerləşən    bu 
torpaqların    proflində  vanadiumun  miqdarı  100-250  mq\kq  arasındadır.  Vanadiumun    maksimum  
miqdarı üst  humuslu  qatdadır. (210,0-250,0 mq\kq). Lakin  Ordubad  rayonu ərazisində  yerləşən 
analoji  torpaq  vanadiumla    zəngin    dərəcədə  təmin    edilmişlər.    Belə  ki,  həmin    torpaqların  
eroziyaya    məruz  qalmış    növündə  vanadiumun  miqdarı  profildə  140,0-630,0  mq\kq  arasındadır. 
Burada    vanadiumun  maksimum    miqdarda  üst    humuslu    qatlarda    (410,0-60,0  mq\kq) 
toplanmışdır.Ordubad rayonunun  bozqır dağ çəmən zonası  bizim  tərəfimizdən vanadiumla zəngin 
olan    biogeokimyəvi    əyalət    kimi    ayrılmışdır.    Bu  torpaqlar  vanadiumla  zəngin    olan    bazalt, 
andezitlər,  abdezit-  bazaltlar,  bəzi  yerlərdə  isə  əsas    süxurların  allüval-dellaüvial  çöküntüləri  
üzərində  əmələ  gəlmişlər. 
Təsvir    etdiyimiz    eroziyaya  məruz    qalmış    növündə  vanadiumun  miqdarı    xeyli  azalaraq 
80,0-330,0 mq\kq arasında  tərəddüd edir. Şahbuz rayonu  ərazisində  yerləşən  bozqır  dağ-çəmən  
torpaqlarının  orta dərəcədə  eroziyaya məruz  qalmış növündə, yuyulmamış  torpaqla müqayyəsədə 
0-10  sm-lik    qatda    vanadiumun    itkisi      hektarda180  kq  təşkil    edir.  Ordubad  rayonunda    analoji  
torpağın  orta  dərəcədə  eroziyaya  məruz qalmış növünün 0-15 sm  qatında  isə vanadiumun itkisi 
465 kq\ha təşkil  etmişdir. 
Muxtar  respublikada    Şahbuz    rayonunun  qəhvəyi  dağ-  meşə  torpaqlarında  vanadiumun 
miqdarı  dağ-çəmən    zonası  torpaqlarında    azdır.  Bu  torpaqların    eroziyaya    məruz    qalmamış  
növünün    profilində    vanadiumun  miqdarı  30,0-26,0  mq\kq    arasında    tərəddüd    edir.  Vanadium 
əsasən  üst (0-40 sm)  qatlarda toplanır (200,0-260,0 mq\kq). Aşağı qatda  (39-51 sm) onun miqdarı  
kəskin    azalaraq  30,0  mq\kq  təşkil  edir.  (  3  saylı  cədvəl)  .  Vanadiumun  qəhvəyi  dağ-meşə 
torpaqlarında  toplanması  torpaqda  gedən  biri- birinə zidd olan  proses şəraitində  baş verir. Belə 
ki,  burada  torpaqda olan  turşular, onun  mineral hissəsini  parçalayir, torpaq profilindən vanadium 
birləşmələrini çıxarır, o  biri  tərəfdən isə  biogen  akkumulyasiya  vasitəsilə üst qatda onu  toplayır 
(  ağaclar  vasitəsilə).  Eroziyaya  uğramış    qəhvəyi    dağ-meşə  torpaqlarında    vanadiumun  miqdarı 
kəskin  azalır.  Belə ki,  orta  dərəcədə  yuyulmuş torpağın profilində vanadiumun miqdarı profildə  
100-120 mq\kq, şiddətli yuyulmuş  torpaqda  isə 8,0 mq\kq  təşkil edir. Hesablamalara  görə  orta 
dərəcədə    torpaqların  50  sm-lik  qatında  vanadiumun  itkisi  200  kq\ha  şiddətli  yuyulmuş  növdə  isə  
32% kq\ha təşkil edir. 
Qəhvəyi    dağ-bağ  meşə    torpaqlarında    vanadiumun  miqdarı    qəhvəyi  dağ-meşə 
torpaqlarında  olduğu  kimidir.  Bunu  4 saylı  cədvəlin  rəqəmlərində  görmək olar.  Göründüyü 
kimi    həmin    torpaqların    profilində    vanadiumun  miqdarı  72-210,0  mq\kq,  onun    maksimum  
toplanması    üst    bioloji    fəal    qatda    (210,0  mq\kq)  olmuşdur.    Bu  torpaqların    profilində 
vanadiumun  toplanmasında  ikinci    maksimum    fda  mövcuddur.  Belə  ki,  profilin    51-74  sm-lik 


119 
 
qatında  onun    miqdarı  200    mq\kq  təşkil  edir.  Vanadiumun  üst  qatda    toplanması  biogen  
akkumulyasiya, aşağı qatda isə  süxurlarla  əlaqədardır.  
Qəhvəyi    dağ-meşə  torpaq  tipinin    yarım  tipi    olan    bozqırlaşmış  dağ-qəhvəyi    torpaqda 
vanadiumun  miqdarı  minumum  həddədir.    5  saylı  cədvəlin    rəqəmlərindən  göründüyü  kimi  
eroziyaya uğramamış  bozqırlaşmış dağ qəhvəyi  torpaqların  proflində vanadiumun miqdarı 14,0-
83,0 mq\kq olub, onun  maksimum  toplanması üst  bioloji  fəal  qatda  olmuşdur. 
              Cədvəl  5 
                Qəhvəyi dağ-bağ meşə torpaqların  profilində   vanadiumun miqdarı 
Kəsim 
№ 
Torpağın adı  
Dərinlik, sm-lə  
Kobaltın miqdarı, mq\kq  
 
226 
 
Qəhvəyi dağ-bağ meşə 
  Şahbuz rayonu   
0-19 
19-51 
51-74 
210,0 
72,0 
200,0 
                                                                                                  
                                                                                                             Cədvəl  6  
             Bozqırlaşmış dağ-bağ  qəhvəyi  bağ meşə  torpaqların  profilində 
                                          vanadiumun miqdarı 
Kəsim 
№ 
Torpağın adı  
Eroziyaya 
uğrama 
dərəcəsi  
Dərinlik sm-lə  
Kobaltın 
miqdarı 
mq\kq  
313 
Bozqırlaşmış dağ- qəhvəyi  
  Şahbuz rayonu   
 
Uğramamış 
 
0-18 
18-39 
39-66 
83,0 
23,0 
14,0 
287 
Orta  dərəcədə 
uğramış 
0-10 
10-20 
66,0 
44,6 
Bu torpaqlarda  vanadiumun miqdarı qəhvəyi  dağ-meşə  torpaqlarına  nisbətən  4 dəfə  az 
olmuşdur. Təsvir etdiyimiz torpaqlar bozqırlaşma  prosesinə  məruz qaldıqdan sonra  burada  bitki  
örtüyü  seyrəkləşmiş, üzvi  maddənin  miqdarı  azalmışdır.  Bu torpaqlarda həm də  eroziya prosesi 
intensiv  gedir  ki,  bunun  da    nəticəsində    üst    münbit  qat      intensiv  yuyularaq  dərə    və  çaylara  
tökülür.  Bütün    bu    amillər    torpağın    münbitliyini   xeyli  zəiflədir  və    orada    mikroelementlər,  o 
cümlədən vanadiumun miqdarını  kəskin  azaldır.  6 saylı cədvəlin  rəqəmlərindən göründüyü kimi, 
vanadiumun profildə miqdarı 44,6-66,0 mq\kq təşkil  edir. 
                                                                                                              Cədvəl  7                      
                              Dağ-qara   torpaqların  profilində vanadiumun miqdarı 
Kəsim 
№ 
Torpağın adı  
Eroziyaya 
uğrama 
dərəcəsi  
Dərinlik, sm-lə  
Kobaltın  miqdarı, 
mq\kq  
 
 

 
 
 
Maddələrindən 
yuyulmuş    qəhvəyi 
dağ-meşə 
  Şahbuz rayonu   
 
 
Uğramamış 
0-15 
15-30 
30-50 
50-70 
70-100 
100-125 
125-150 
44,0 
60,0 
41,0 
25,0 
63,0 
33,0 
33,0 
 
 

 
Orta dərəcədə uğramış 
Uğramamış 
 
0-22 
22-30 
30-50 
50-75 
75-100 
41,0 
63,0 
33,0 
23,0 
13,0 
Tədqiqat  regionunda      məhdud    sahədə    yayılan    dağ-  qara  torpaqların    profilində 
vanadiumun  miqdarı  minimum  həddə  olaraq    eroziyaya      uğramamış  torpaqda  25,0-63,0  mq\kq 
arasında  tərəddüd edir. (7 saylı  cədvəl). Dağ-qara  torpaqlar əsas  süxurların  delyuval   çöküntüləri  


120 
 
üzərində    əmələ    gəlmişlər.  Bu  süxurlarda  vanadiumun  miqdarı  40,0-45,0  mq\kq  arasındadır. 
Gətirmə  qara  torpaqlarda  vanadiumun miqdarı  kəskin  artır. (180,0-220,0 mü\kq). Vanadiumun 
həmin torpaqlarda  kəskin  artması  onunla  izah edilir ki,  eroziya prosesi  nəticəsində  dağ-çəmən  
və  dağ-meşə    zonalarından    yuyulan    torpaqlar  qara    torpaqlar  (tranzit  zonası)  səthində  toplanır. 
Beləliklə gətirmə yolu ilə vanadiumun miqdarı  xeyli artır. Vanadiumun profildə  toplanmasında iki  
maksimum    müşahidə  edilir.    Birinci  maksimum  gil  hissəcikləri    və  kolloidlərlə    zəngin    olan  
bərkimiş  hissədə, ikinci maksimum isə  karbonatlı  qatda  müşahidə edilir. Bu torpaqların eroziyaya  
uğramış növündə vanadiumun miqdarı azalaraq profildə  13,0-63,0 mü\kq  arasında dəyişir. 
Tədqiqat həm də dağ-boz-qəhvəyi torpaqların  eroziyaya  məruz  qalmamış və orta dərəcədə  
yuyulmuş  torpaqlarda  aparılmışdır.  
 
8 saylı cədvəlin  rəqəmlərindən  göründüyü  kimi  eroziyaya məruz  qalmamış dağ-qəhvəyi  
torpaqların  profilində  vanadiumun miqdarı 180,0-240,0 mq\kq  arasında  dəyişir ki, bu da  dağ-
qara  torpaqlara  nisbətən  xeyli  çoxdur.  
                                                                                                            Cədvəl  8 
             Dağ boz-bağ  qəhvəyi  torpaqların  profilində vanadiumun  miqdarı 
Kəsim 
№ 
Torpağın adı  
Eroziyaya uğrama 
dərəcəsi  
Dərinlik sm-lə   Kobaltın 
miqdarı 
mq\kq  
 
507 
Dağ boz- qəhvəyi  
  Şahbuz rayonu   
 
Uğramamış 
 
0-17 
17-38 
38-76 
210,0 
240,0 
180,0 
 
748 
Orta 
dərəcədə 
uğramış 
0-8 
8-22 
22-36 
14,0 
41,0 
18,0 
Təsvir  etdiyimiz   torpaqlarda vanadiumun miqdarı qəhvəyi  dağ-meşə  torpaqlarda  olduğu  
kimi  (17-38  sm)    çoxdur.  (24,0mq\kq).  Dağ  -boz  qəhvəyi    zonada    eroziya  prosesi  çox  geniş  
yayılmışdır.    Məlum  olduğu  kimi    eroziya  prosesi  torpağın    münbitliyini  dağıdır.  Belə  şəraitdə  
torpaqda    vanadiumun  miqdarı  kəskin    azalır.  Qeyd  etmək    lazımdır  ki,  eroziya  prosesi  bu  
torpaqlarda vanadiumun ümumi formasının  miqdarını kəskin  azaldır. 
                                                                                                       Cədvəl 9 
                   Şabalıdı (boz- qəhvəyi)  torpaqların  profilində vanadiumun  miqdarı 
Kəsim 
№ 
Torpağın adı  
Eroziyaya 
uğrama 
dərəcəsi  
Dərinlik, sm-lə   Kobaltın miqdarı,mq\kq  
1169 
 
 
 Karbonatlı şabalıdı  
  (boz- qəhvəyi) 
  Babək rayonu   
 
Uğramamış 
0-21 
21-42 
42-56 
56-76 
72,0 
23,0 
55,0 
15,0 
1174 
Orta  dərəcədə 
uğramış 
0-15 
15-35 
35-61 
10,0 
18,0 
22,0 
 
Muxtar  respublikanın    şabalıdı  (boz-qəhvəyi)  torpaq  tipinin      yarım    tiplərinin    profilində 
vanadiumun  miqdarı    minimum    səviyyədədir.  Belə  ki,  eroziyaya    məruz  qalmamış  şabalıdı 
torpaqların  proflində    vanadiumun  miqdarı  15,0-72,0  mq\kq    arasında    dəyişir.  (9  saylı    cəvəl). 
Vanadium  əsasən  üst  qatda  toplanır  (72,0 mq\kq). Profildə  ikinci  maksimumun  olması (42-56 
sm-lik qatda 55,0mq\kq) da  təzahür  edir ki, bu da  həmin  qatda  karbonat birləşmələrinin olması  
ilə  bağlıdır.    Bu  torpaqların    eroziyaya    məruz  qalmış    növündə  vanadiumun  miqdarı  10,0-22,0 
mq\kq  arasındadır.  Eroziyaya    məruz  qalmamış  növlə    müqayisədə,  orta    dərəcədə    eroziyaya  
uğramış növün 50 sm-lik  qatında  vanadiumun itkisi 500 kq\ ha  təşkil edir. 
Muxtar respublikanın qədimdən suvarılan  boz torpaqlarının  profilində vanadiumun miqdarı 
90,0-120,0 kq\ha  təşkil edir.  Üst qatda vanadiumun miqdarı 90,0 mq\kq  təşkil edir ki, bu da  aşağı  


121 
 
qatlara nisbətən  azdır və bioloji  akkumulyasiya  müşahidə  edilir. Boz torpaqların  əkinaltı qatında  
vanadiumun  toplanması    müşahidə  olunur  ki,  bu  da    suvarma    rejimi  ilə  əlaqədardır.  Belə  ki, 
intensiv suvarma  nəticəsində vanadium  üst qatdan  aşağı  qata  yuyulur. Boz torpaqlara  nisbətən  
regionun allüvial  çəmən torpaqlarının  profilində vanadiumun miqdarı  artıqdır. 
                                                                                              Cədvəl 10 
                   Boz və allüvial çəmən torpaqlarının  profilində vanadiumun  miqdarı 
Kəsim 
№ 
Torpağın adı  
Dərinlik, sm-lə   Kobaltın miqdarı, mq\kq  
 
223 
 
 
 Qədimdən  suvarılan  boz   
     Şərur rayonu   
0-20 
20-40 
40-100 
90,0 
120,0 
120,0 
 
1226 
 
Allüvial çəmən 
  Babək rayonu 
0-28 
28-47 
47-68 
68-90 
90-113 
113-152 
110,0 
190,0 
220,0 
160,0 
180,0 
220,0 
 
Təsvir    etdiyimiz      torpaqların  profilində    vanadiumun  miqdarı  110,0-220,0  mq\kq 
arasındadır.  Vanadiumun    maksimum    miqdarı  113-152  sm-lik    qatda  (220,o  mq\kq)  müşahidə  
olunur ki,  bu da  süxurlarla   əlaqədardır.  Bu torpaqların  47-68 sm   qatında  vanadiumun miqdarı 
220,0  mq\kq    təşkil  edir.  Beləliklə,    ikinci  maksimum    qrunt  sularının    yarım    sərhəddində  
formalaşır. 
 Naxçıvan  Muxtar  Respublikasında    əsas    genetik    torpaq  tiplərində  vanadiumun    miqdarı 
yığılma   qanuna  uyğunluğunun tədqiqi  aşağıdakı nəticələrə  gəlməyə imkan verir. 
1.Yer  qabığı,  torpaq  əmələgətirən    süxurlar  və    torpaqda  vanadiumun  miqdarı  arasında 
böyük  bağlılıq mövcuddur.  
2.Torpaqların profilinində  üst qatında vanadiumun toplanması  onda olan  üzvi  maddə  ilə 
korrelyasiya  təşkil edir.  
3.  Dağ  və  dağətəyi  zonalarda    torpaq  əmələgəlmə    prosesində  vanadiumun  profildə  
paylanması  və ilkin  geokimyəvi vəziyyətin  dəyişməsi  müşahidə olunur. Bütün  bu dəyişikliklər  
şaquli  zonalıq    qanununa  uyğun  gedir.  Düzən  zonada    hidromorf  landşaftlarda    (çəmən  torpaqlar  
zonası)  vanadiumun    miqdarı  qrunt  sularının  yatım  səviyyəsi  və  minerallaşma  dərəcəsindən  xeyli 
asılıdır.  
4. Eroziya prosesi  vanadiumun itkisinə səbəb  olur. 
5.  Muxtar  respublikanın    torpaqları  vanadiumun  miqdarına    görə    aşağıdakı    cərgələrdə 
yerləşdirilir: çimli dağ-çəmən > ibtidai  çimli dağ çəmən>  qəhvəyi dağ-meşə> bozqır dağ-çəmən >  
dağ qara> şabalıdı (boz-qəhvəyi) > boz> allüvial –çəmən>.   
 
 
 

Yüklə 4,47 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin