Naxçivan döVLƏt universiteti 1967


NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2015,  № 7 (72)



Yüklə 4,47 Mb.
Pdf görüntüsü
səhifə68/190
tarix29.12.2016
ölçüsü4,47 Mb.
#3815
1   ...   64   65   66   67   68   69   70   71   ...   190
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2015,  № 7 (72) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 7 (72) 
 
TİBB ELMLƏRİ 
 
MALİKƏJDƏR İBRAHİMOV  
Naxcıvan Dövlət Universiteti 
UOT:618 
ANEMİYALI XƏSTƏLƏRDƏ ÜRƏYİN İŞEMİK XƏSTƏLİYİNİN GEDİŞİ VƏ 
MÜALİCƏSİ 
 
 
Ürəyin  işemik  xəstəliyi  (ÜİX)    geniş  yayılması,  əmək  qabiliyyətinin  müvəqqəti  və  daimi 
itirilməsi  və  ölüm  faizindəki  yüksək  payına  görə  bu  gün  də  səhiyyənin  vacib  problemi  olaraq 
qalmalıdır (3). Bu qrup xəstələrin ömrünün üzadılması və adekvat müalicəsi həlledici rol oynayır. 
Çox  təəssüflər  olsun  ki,  bəzi  somatik  xəstəliklər  fonunda,  xüsusilə  anemik  sindromu  (AS)  olan 
xəstələrdə ÜİX-in diaqnostikası və müalicəsində əlavə çətinliklər müşahidə edilir (9). 
 
ÜİX  olan  pasiyentlərdə  anemiyanın  yayılması  10-30%  təşkil  edir.  Digər  tərəfdən  anemiya 
şəraitində miokardın işemiyası dərinləşir və sağlam şəxslərlə müqayisədə miokardın tolerantlığının 
aşağı düşməsi müşahidə olunur (3). Bu da ÜİX olan pasiyentlərdə qırmızı qan göstəricilərinə (Ht, 
HB) və orqanizmdə dəmirin səviyyəsinə xüsusi diqqət yetirməyi tələb edir (14). Ona görə də ÜİX-
nin  diaqnostik,  profikaktik  və  müalicəvi  tədbirlərini  təmkinləşdirmək  üçün  hər  iki  patalogiyanın 
birgə inkişafının patofizioloji mexanizmilərin öyrənilməsi olduqca vacibdir (7). 
 
Məlum  olduğu  kimi  AS  zamanı  zəiflik,  iş  qabliyyətinin  aşağı  düşməsi,  xroniki  yorğunluq, 
rəngin avaziması, ürək döyünmə, fiziki yüklənmələr zamanı təngənəfəslik kimi əlamətlər müşahidə 
edilir.  Bu  simptomlar  həmcinin  ÜİX  zamanı  da  müşahidə  oluna  bilər  və  nəticədə  diaqnostik 
dəyərlənmədə  çaşqınlık  yarada  bilər.  Anemiya  amilinin  vaxtında  nəzərə  alınmaması  ÜİX-nin 
gedişatını daha da pisləşdirə bilər (6). 
 
Ədəbiyyat  məlumatlarına  görə  ÜİX  anemiya  ilə  müşayət  olunduqda  klinik  simptomatika 
daha  qabariq  olur.  Müşahidələr  göstərir  ki,  serumda  dəmirin  səviyyəsinin    artmasından    sora  
stenokordiya ağrılarının intensivliyi həm sakitlik, həm də fiziki yüklənmələr zamanı yüngülləşir və 
ağrı tutmalarının sayı azalır (6). 
 
ÜİX-in müalicəsində istifadə edilən prepatların bəziləri anemiyaya gətirib çıxara bilər. Uzun 
müddət  aspirinin  istifadə  olunması  mədə  və  12  barmaq  bağırsaqda  eroziya  və  xora  əmələ 
gətirdiyindən  MBT-də  qanaxmalar  verə  bilər.  AÇF-inhibitorlarının  tətbiq  edilməsi  eritropoetinin 
sekresiyasını  azaldır  və  bununla  da  sümük  iliyi  qanyaranması  səviyyəsində  eritopoetinin  rolunu 
blokada  etmiş  olur.  Qeyri-stabil  stenokardiya  zamanı  istifadə  olunan  böyük  dozada  nitratlar  isə 
methemoqlobinemiyaya  imkan  yaradır  və  qanın  oksigen  tutumunun  azalmasına  gətirib  çıxarır 
(12,8). 
         Ağrıkəsici  kimi  istifadə  edilən  qeyri-steroid  iltihab  əlehinə  preparatlar,  merkazolil  sümük 
iliyinin  funksiyasının  formozlanmasına  səbəb  olur.  ÜİX-in  müalicəsində  istifadə  olunan 
preparatlarla yanaşı (məsələn, aspirin) antisekretor və antasid (ranitidin) təsirli preparatlar hipoassid 
vəziyyət  yaratdığından  üçvalentli  dəmirin  ikivalentli  dəmirə  çevrilməsinin  qarşısını  alır,  nəticədə 
anemiya inkişaf edi (13). 
Deməli,  belə  nəticəyə  gəlmək  olar  ki,  ÜİX  anemiya  fonunda  yaranmışsa  yuxarıda  qeyd 
olunan preparatlardan imkan daxilində istifadə olunmalıdır (14).  
 
Təsdiq  onmuşdur  ki,  ÜİX  zamanı  eritropoetinin  təyini  miokardın  hipertrofiyasını  azaldır, 
ürəyin atım faraksiyasını, vurğu həcminin artirir. Bu eritopoetinin kardiomositlərlə biləvasitə təsiri 
ilə əlaqədar ola bilər. Bəzi müəlliflər anemiya ilə müştərək ÜİX zamanı eritropoetinlə birgə dəmirin 
parenteral  istifadəsi  zamanı  ölümün  və  hospitalizasiyanın  tezləşməsinin  azaldığını  qeyd  edirlər. 


67 
 
Bundan  başqa,  mədəciklərin  sistolik  və  diastolik  funksiyalarının  yaxşılaşması,  mədəciklərin 
diastoliyasının və hipertrofiyasının reqressiyası, fiziki yüklənməyə dözümlüyün yaxşılaşması, həyat 
keyfiyyətinin yüksəlməsi müşahidə edilir. 
 
Bəzi müəlliflər isə ÜİX, xroniki ürək catışmamazlığı olan xəstələrdə hemoqlobinin səviyyəsi 
13 q / dl-dən yüksək olduğu hallarda eritropoetini təqdiq etdikdə arzu olunmaz  nəticələrin sayının 
artdığını göstərirlər  /12/ . 
          Epidemoloji  tədbiqatlar  göstərir ki, ÜİX xəstələrdə çox vaxt müştərək  xəstəliklər, xüsusilə 
mədə-bağırsaq traktı (MBT) xəstəlikləri (atrofik  qastrit, xronik enterokolit) müşahidə edir və bu da 
malabsorbsiyaya, o cümlədən də dəmirin sorulmasının pozulmasına gətirib çıxarır /12/. 
Çox  vaxt  ÜİX-in  nəticəsi  olaraq  xroniki  ürək  çatışmamazlığı,  şiş-nekrotik  amilin 
səviyyəsinin artması müşahidə edir ki, bu da anemiyanın inkişaf etməsinə şərait yaradır /7,17/. 
          Müəyyən  edilmişdir  ki,  ÜİX  –in  müxtəlif  formalarında  xüsusilə  də  kəskin  koronar  sindrom 
zamanı  anemiya  risk  amili  rolunu  oynayır  /3,10,15,  11/.  Kəskin  koronar  sindrom  anemiya  ilə 
müşayiət  olunduqda  ÜİX-in  proqressivləşməsi,  ürək  catışmamazlığının    inkişaf  etməsi  və  ürək 
ritminin pozulması,həmçinin ölüm riski artır /12/. 
      Bəzi müəlliflərin fikrincə, miokard  infarktının  anemiya ilə kombinasiyası infarkt- 
dan  sonrakı  stenokardiyanın  yaranması,  miokard  infarktının  residivləşməsi,  ağır  kardigen  şok, 
miokard  infarktından  sonra  ürək  çatışmamazlığının  inkişaf  etmə  riskini    artırır.    Həmçinin  aşkar 
olunmuşdur  ki,  anemik sindrom  ÜİX-in  təzahür etməsində  ekstrakardial  mexanizmidir və bu da 
həminamili qeyri-stabil stenokardiyanın proqnostik qiymətləndirilməsi zamanı nəzərə alınmağa əsas 
verir /3,16/. 
      ST  seqmentinin  qalxması  ilı  müşaayiət  olunan  miokard  infarktli  xəstələrdəəgər  konar 
müdaxilədən əvvəl  anemiya müşahidə  olunmuş ilk 30 gün və eyni zamanda bir  il ərzində onlar 
arasında  qanaxma  riski  çox  olur,  yəni  anemiya  dəridən  koronar  müdaxilə  zamanı  hospitaldaxili 
ölümün  müstəqil    risk  amildir.  Belə  nəticələr  həmçinin    hemoqlodirili  aşağı    olan    xəstələrdə  
aortokoronar şüntlama zamanı da müşahidə olunur. 
      Tədbiqatlar  kəskin  miokard  infarktından  (KMİ)  baş  verən  ölümlə  stasionar  müalicənin  ilk  30 
gündə  Nt  səviyyəsi  araaında  güclü  əks  əlaqənin  olduğunu  aşkarlamışdır.      Belə  ki,  Nt  -% 
səviyyəsində  ilk  30  gündə  pasiyentlərin  17,%  -  də,  Ht  30,1%  -ə  qədər  olan  pasiyentlərin  30%-də, 
Nt- 30%  səviyyəsində pasiyentlərin 36%-də letallıq müşahidə edilmişdir. 
      Ədəbiyyat məlumat larına görə iltihab prosesi aterosklerozun ən mühüm mexanizmlərdən biridir 
və  bu  zaman  iltihab  mediatorlarıməlum  olduğu  kimi,sümük  iliyinin  funksiyasını  tormozlaya 
bilər.Tədqiqat  nəticəsində  kardial  xəstələrdə  C-reaktiv  zülal  və  hemoqlobinin  səviyyəsi  arasında 
mənfi  korrelyasiyanın  olduğu  müəyyən  edilmişdir.  Bu  halda  anemiyanın  patogenezində    ÜİX 
zamanı iltihabın, dəmir itkisinin boyük rol oynamasını düşünmək olar /10,18/. 
      Aparılmış  tədqiqatların  nəticəsinə  görə  anemiya  fonunda  ÜİX-in    müalicəsində  dəmir  
preparatları boyük rol oynayır. Bununla əlaqədar venoter və ferlatum kimi dəmir preparatları geniş 
istifadə  olunur.  Həmin  tədqiqatların  nəticəsinə  görə  bu  preparatların  terapevtik  effekti  Nb-nin 
səviyyəsinin artmasıilə müvsfiq olaraq miokardın oksigenə təlabatının normalaşması və koronar qan 
dövranının yaxşılaşması ilə müşayiət olunur ki, bu da ürəyin normal nasos funksiyası ücün lazimi 
energetik balansı təmin edir, yəni atım traksiyasını və fiziki yüklənməyə tolerantlığı artırır /2,5./  
               Beləliklə,  ürəyin  işemik  xəstəliyi  olan  xəstələrdə  anemiya  sindromunun    vaxtında  
aşkarlanması  və  onun  adekvat  korreksiyası  bu  quru  xəstələrin  kefiyyəti  və  üzünmüddətli  ömrünə 
zəmin yarada bilər.             
 

Yüklə 4,47 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin