cavab verən, eyni zamanda daha kiçik, yüngül və asan quraşdırılan metal lövhələri ilə (şəkil
2b) əvəz olunmasını təklif etdik (Удостоворение на рац.пред. Бакинского НИИТО за № 38
от 18.IV.1990 с соавт.З.А.Мамедова).
Qurğuların istifadə qaydası olduqca sadə və asandır: Müayinə olunacaq nahiyə
koordinat-çərçivə içərisinə yerləşdirilərək, 2 proyeksiyada rentgenoq-rafiya aparılır. Alınmış
rentgen şəkli üzərində, çərçivənin deşiklərinə əsaslanaraq, yad cismin kənar nöqtələrinin
koordinatları müəyyənləşdirilir. Həmin koordinatları yad cismin yerləşdiyi nahiyədəki dəri
üzərinə köçürmək və xəttlə birləşdirməklə yad cismin yerləşdiyi nahiyənin dərisi üzərində
əksi alınır (şəkil 3 a, b).
a
b